Siz hal-hazırda bloq Sosial Media arxivlərinə baxırsınız.

Təqvim

November 2017
M T W T F S S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Ağıllı məqsədlər yarat!

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Rəqəmsal İnkişaf İB

Yeni Media


Digg nədir?

Digg insanlara internet üzərindən kəşf etməyə və fikilərini bölüşməyə imkan verən məşhur sosial xəbərlər səhifəsidir.



Picnik

Sizə fotoşəkillərinizi onlayn və daha rahat bir şəkildə redaktə etməyə imkan verir. Picnik Web-də yayımlanmış şəkillərinizi cəld redaktə etmək, kəsmək və keyfiyyətini yaxşılaşdırmaq üçün əla vasitədir. Photoshop kimi Picnik də ödənişsizdir və brauzer üzərindən istifadə edilir. Beləliklə siz şəkilərinizi hər yerdə rahatca redaktə edə bilərsiniz.



MPEG Streamclip

MPEG Streamclip Mac və Windows üçün video çeviricisidir. Nə vaxt video fayl formatını çevirmək istəsəniz bu konverteri HandBrake ilə birlikdə istifdə edə bilərsiniz, çünki video redaktə proqramı hər ikisini də dəstəkləyir. MPEG Streamclip- in başqa xüsusiyyətləri haqqında ətraflı məlumat almaq üçün bu səhifəyə daxi olun.


free counters

Xoş gəlmisiniz!

Hazırda "Sosial Media" veb səhifəsi Rəqəmsal İnkişaf İB-nin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Sosial Media və Sosial Şəbəkələrdən effektiv istifadə ilə bağlı resursların artırılması" adlı layihəsi çərçivəsində təkminləşdirilir.

Onlayn mesajlaşma tətbiqi olan “WhatsApp” artıq Almaniyada sim kart satışına başlayıb.

Monday, April 21, 2014 @ 12:04 AM
admin tərəfindən yazılıb
Onlayn mesajlaşma tətbiqi olan “WhatsApp” artıq Almaniyada sim kart satışına başlayıb. “WhatsApp” öz mobil rabitə tarifini istifadəyə verib. Tarif istifadəçiləri messencer hesablarında lazımi vəsait olmadıqda belə ondan istifadə edə biləcəklər.

Şirkət SİM kartların satışını Almaniyanın “E-Plus” mobil operatoru ilə birlikdə həyata keçirəcək. Bununla da “WhatsApp” həm də virtual mobil rabitə operatoruna çevriləcək.
“WhatsApp” SİM kartlarının tarifi 10 avro təşkil edir.

Photo: Onlayn mesajlaşma tətbiqi olan “WhatsApp”  artıq Almaniyada sim kart satışına başlayıb. “WhatsApp” öz mobil rabitə tarifini istifadəyə verib. Tarif istifadəçiləri messencer hesablarında lazımi vəsait olmadıqda belə ondan istifadə edə biləcəklər.

Şirkət SİM kartların satışını Almaniyanın “E-Plus” mobil operatoru ilə birlikdə həyata keçirəcək. Bununla da “WhatsApp” həm də virtual mobil rabitə operatoruna çevriləcək. 
“WhatsApp” SİM kartlarının tarifi 10 avro təşkil edir.

“Windows XP” əməliyyat sisteminin (ƏS) dəstəyi dayandırılır.

Monday, April 21, 2014 @ 12:04 AM
admin tərəfindən yazılıb
“Windows XP” əməliyyat sisteminin (ƏS) dəstəyi dayandırılır. Aprelin 8-dən “Microsoft” korporasiyası bu ƏS-dəki boşluqları aradan qaldırmayacaq və hakerlər sözügedən platforma ilə işləyən kompüterlərə daha asanlıqla hücum edə biləcəklər. Ekspertlər əmin edirlər ki, kompüterdəki informasiyanı təhlükəsiz saxlamağın üsulu “Windows” sisteminin yeni versiyasını quraşdırmaqdır.“Windows XP” əməliyyat sistemi 2001-ci il oktyabrın 25-də buraxılıb və indiyədək dünyanın ən populyar platformalarından biridir: “Windows 7”-dən sonra ikinci yerdə qərarlaşıb. Artıq aprelin 8-dən “Microsoft” şirkəti “Windows XP” sisteminin rəsmi dəstəyini və xidmət göstərilməsini dayandırır.

Photo: “Windows XP” əməliyyat sisteminin (ƏS) dəstəyi dayandırılır. Aprelin 8-dən “Microsoft” korporasiyası bu ƏS-dəki boşluqları aradan qaldırmayacaq və hakerlər sözügedən platforma ilə işləyən kompüterlərə daha asanlıqla hücum edə biləcəklər. Ekspertlər əmin edirlər ki, kompüterdəki informasiyanı təhlükəsiz saxlamağın üsulu “Windows” sisteminin yeni versiyasını quraşdırmaqdır.</p>
<p>“Windows XP” əməliyyat sistemi 2001-ci il oktyabrın 25-də buraxılıb və indiyədək dünyanın ən populyar platformalarından biridir: “Windows 7”-dən sonra ikinci yerdə qərarlaşıb. Artıq aprelin 8-dən “Microsoft” şirkəti “Windows XP” sisteminin rəsmi dəstəyini və xidmət göstərilməsini dayandırır.

Populyar “Instagram” sosial xidmətinin sayı 200 milyonu ötüb.

Monday, April 21, 2014 @ 12:04 AM
admin tərəfindən yazılıb
Populyar “Instagram” sosial xidmətinin sayı 200 milyonu ötüb.
“Facebook” şirkətinə məxsus “Instagram”ın nümayəndələri bildirib ki, istifadəçilər onun meydançasının köməyi ilə ümumilikdə 20 milyarddan çox fotoşəkil paylaşıblar. Xidmətin bloqunda dərc edilmiş məlumata əsasən, son zamanlar resursun bir çox istifadəçiləri yerli coğrafi cəmiyyətlər yaratmağa başlayıblar. Şirkətin yanvarda keçirdiyi “Worldwide InstaMeet 8” tədbirində müxtəlif “Instagram”-cəmiyyətlər bir-biri ilə ünsiyyət saxlaya biliblər.

Xatırladaq ki, 6 ay əvvəl “Instagram” xidmətinin auditoriyası 150 milyon, bir il əvvəl isə 100 milyon istifadəçidən ibarət olub.

Photo: Populyar "Instagram” sosial xidmətinin sayı 200 milyonu ötüb. 
"Facebook” şirkətinə məxsus "Instagram”ın nümayəndələri bildirib ki, istifadəçilər onun meydançasının köməyi ilə ümumilikdə 20 milyarddan çox fotoşəkil paylaşıblar. Xidmətin bloqunda dərc edilmiş məlumata əsasən, son zamanlar resursun bir çox istifadəçiləri yerli coğrafi cəmiyyətlər yaratmağa başlayıblar. Şirkətin yanvarda keçirdiyi "Worldwide InstaMeet 8” tədbirində müxtəlif "Instagram”-cəmiyyətlər bir-biri ilə ünsiyyət saxlaya biliblər. 

Xatırladaq ki, 6 ay əvvəl "Instagram” xidmətinin auditoriyası 150 milyon, bir il əvvəl isə 100 milyon istifadəçidən ibarət olub.

LINE

Monday, April 21, 2014 @ 12:04 AM
admin tərəfindən yazılıb
Photo: Ödənişsiz zəng və mesajlarla mübadilə üçün LINE tətbiqinin sahibi Yaponiyanın LINE Corporation şirkəti elan edib ki, LINE istifadəçilərinin sayı 400 milyonu ötüb.

 2013-cü ilin noyabrında LINE messencerində qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 300 milyonu ötüb. LINE istifadəçiləri sayının gündəlik artım tempi bütün dünyada sürətlə artaraq gündəlik 1.7 milyon yeni qeydiyyat göstəricini ötüb.
1 aprel 2014-cü il tarixində şirkət elan edib ki, LINE messencerinin auditoriyası 400 milyona çatıb. İlin əvvəlindən LINE istifadəçilərinin sayı 10 milyonu ötən ölkələrin də sayı artıb.
2014-cü ilin əvvəlindən LINE messencerində gündəlik 10 milyard mesaj göndərilib, həmçinin 12 milyon zəng edilib.Ödənişsiz zəng və mesajlarla mübadilə üçün LINE tətbiqinin sahibi Yaponiyanın LINE Corporation şirkəti elan edib ki, LINE istifadəçilərinin sayı 400 milyonu ötüb.

2013-cü ilin noyabrında LINE messencerində qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 300 milyonu ötüb. LINE istifadəçiləri sayının gündəlik artım tempi bütün dünyada sürətlə artaraq gündəlik 1.7 milyon yeni qeydiyyat göstəricini ötüb.
1 aprel 2014-cü il tarixində şirkət elan edib ki, LINE messencerinin auditoriyası 400 milyona çatıb. İlin əvvəlindən LINE istifadəçilərinin sayı 10 milyonu ötən ölkələrin də sayı artıb.
2014-cü ilin əvvəlindən LINE messencerində gündəlik 10 milyard mesaj göndərilib, həmçinin 12 milyon zəng edilib.

Madrid Politexnik Universitetindən ispaniyalı tədqiqatçılar Ilía Sistemas şirkətinin mütəxəssisləri ilə birgə hazırladığı yeni biometrik identifikasiya texnologiyası bədənin qoxusuna görə insanları tanımağa icazə verir.

Alimlərin sözlərinə görə, hər bir insan yalnız ona məxsus qoxuya malikdir ki, bu da kütlə içərisində insanı 85%-dən çox dəqiqliklə tanımağa icazə verir.

Bu texnologiya biometrik identifikasiyanın imkanlarını daha da yaxşılaşdıracaq. Ətirdən istifadənin identifikasiyanın dəqiqliyinə təsir edib-etməməsi barədə məlumat verilmir.

Photo: Madrid Politexnik Universitetindən ispaniyalı tədqiqatçılar Ilía Sistemas şirkətinin mütəxəssisləri ilə birgə hazırladığı yeni biometrik identifikasiya texnologiyası bədənin qoxusuna görə insanları tanımağa icazə verir. 

Alimlərin sözlərinə görə, hər bir insan yalnız ona məxsus qoxuya malikdir ki, bu da kütlə içərisində insanı 85%-dən çox dəqiqliklə tanımağa icazə verir.

Bu texnologiya biometrik identifikasiyanın imkanlarını daha da yaxşılaşdıracaq. Ətirdən istifadənin identifikasiyanın dəqiqliyinə təsir edib-etməməsi barədə məlumat verilmir.

Android platforması kiberhücumlar üçün ən populyar mobil əməliyyat sistemidir

Monday, April 21, 2014 @ 12:04 AM
admin tərəfindən yazılıb

isKasperski Laboratoriyası antivirus şirkəti öz həmkarlarının tədqiqatlarını təsdiqləyib: Android platforması kiberhücumlar üçün ən populyar mobil əməliyyat sistemidir. Mobil zərərli proqram təminatının 98 faizi məhz bu platforma üçün nəzərdə tutulub.

Kompüter təhlükəsizliyi sahəsində mütəxəssislər 2013-cü ildə smartfon və planşetlər üçün 143 mindən çox yeni virus modifikasiyası hesablayıb. Zərərli proqramların 98,05 faizi Android, 1,55 faizi J2ME, 0,27 faizi Symbian platforması üçün nəzərdə tutulub. iOS daxil olmaqla, başqa sistemlərin payı 0,13 faiz təşkil edib.

Antireytinqdə birinci yerdə Rusiya, sonrakı yerlərdə Hindistan, Vyetnam, Ukrayna və Böyük Britaniya yerləşib.

Parolun daha etibarlı olması üçün.

Monday, April 21, 2014 @ 12:04 AM
admin tərəfindən yazılıb

Məlum olduğu kimi, elektron poçt və sosial şəbəkə hesablarının oğurlanmasının əsas səbəblərindən biri də çox sadə parollardan istifadə edilməsidir.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, istifadəçilər öz şifrələrini unutmamaları üçün ya 12345 kimi olduqca sadə şifrələrdən və yaxud telefon nömrələrindən və ya təvəllüdlərindən istifadə edirlər ki, bu da onların yaxından tanıya bilən adamlara asanlıqla onların hesablarına ələ keçirməyə imkan yaradır.

Tövsiyələrə əsasən, parol bütöv bir sözü ifadə etməməli, ən azı 8 simvoldan ibarət olmalı və böyük və kiçik hərflərdən təşkil olunmalıdır. Bununla yanaşı, istifadəçilərin rəqəm və simvollardan istifadə etməli olduğu da tövsiyələrə daxildir.

İstifadəçilər bu qaydalara əməl etməklə Elçin90eLi kimi bir şifrə yarada bilər, lakin bu şifrəni çətin şifrə hesab etmək olmaz. Çünki bütöv sözü (Elçin eli) ifadə edib.

Mərkəz bildirir ki, bu halda çətin və yaddaqalan şifrə yaratmağın ən sadə üsulu sizə yaxın olan bir cümlənin baş hərflərindən istifadə etməkdir. Nəzərdə saxlayaq ki, həmin cümlədə hər hansı xüsusi rəqəmlərdən də istifadə olunması sizin şifrəni daha da çətinləşdirəcək. Məsələn, Mənim balaca qardaşım İsmayıl 14 dekabr 2005-ci ildə Bakıda anadan olmuşdur.

Bu cümləni təşkil edən sözlərin ilk hərflərindən istifadə edərək şifrəmizi yaradırıq: Mbqİ14d25iBao və ya qısa cümlədən istifadə edirik: Mən 1993-cü ildə Bakıda anadan olmuşam.

Həmin cümləni təşkil edən sözlərin ilk və son hərflərindən istifadə etməklə də öz çətin parolunuzu yarada bilərsiniz: mn13iəBaanom

Qeyd edək ki, əgər istifadəçi düşünürsə ki, bu cümləni unuda bilər, o halda həmin cümləni bir yerdə qeyd edə və unutduğuna da baxa bilər. Lakin həmin cümləni harasa qeyd edərkən altından parolum, fb parolum kimi ifadələrdən istifadə etməməli olduğunu unutmamalıdır.

password-cracking-shutterstock

Wi-Fi

Monday, April 21, 2014 @ 12:04 AM
admin tərəfindən yazılıb

Artıq 2015-ci ildə interneti daha mükəmməl auternet əvəz edəcəkdir.

Auternetin əsas üstünlüyü odur ki, dünya əhalisi imagessiqnallarını pulsuz və simsiz şəbəkə vasitəsilə ala biləcək. Bu layihə kosmik aparat vasitəsilə həyata keçiriləcək.Auternetdən istifadə üçün parola da ehtiyac qalmayacaq.

Möhtəşəm layihənin reallaşdırılması məqsədilə yerətrafı orbitə yüzlərlə miniatür sputniklər buraxılacaq ki, onun vasitəsilə kompüterlərə və mobil telefonlara çıxış təmin ediləcək. Auternet “datacasting” texnologiyası əsasında fəaliyyət göstərərək, informasiyanı geniş radiodalğaların köməyilə ötürəcək.

Layihənin həyata keçirilməsini “Media Development Investment Fund” (MDIF) təşkilatı öz üzərinə götürüb.

“Vine”

Monday, April 21, 2014 @ 12:04 AM
admin tərəfindən yazılıb

Qısamüddətli videoçarxlar dərc etməyə imkan verən “Vine” mobil tətbiqinin tərtibatçıları növbəti yeniliyə imza atıblar. Belə ki, artıq istifadəçilər bir-birlərinə mətn və ya videomesajlar göndərə biləcəklər. Həmçinin eyni anda bir neçə istifadəçinin iştirakı ilə qrup formasında çatlaşma funksiyası reallaşdırılıb. Bu halda “Vine” istifadəçiləri kənar şəxslərdən mesajların qəbulunu deaktiv edə bilərlər.Yeni funksiya “Vine” tətbiqinin “iOS” və “Android” versiyaları üçün əlçatandır1451534_10152189647174086_1010083008_n

“Ağıllı” ev üçün masaüstü lampa

Monday, April 21, 2014 @ 12:04 AM
admin tərəfindən yazılıb

“LG” şirkəti 10155471_10152188716629086_925298345_n təqdim edib. Belə ki, şirkət “ağıllı” LED lampadan sonra “ağıllı” ev üçün orqanik işıq diodlarına əsaslanan masaüstü lampa nümayiş etdirib. Masaüstü lampa “iOS” və “Android” əlavələrini dəstəkləyir və onu “Bluetooth” vasitəsilə idarə etmək mümkündür. Tətbiqin köməyi ilə işıqlandırma intensivliyini, məsələn, oxumaq və ya film izləmək üçün sazlamaq olar.