Təqvim

November 2017
M T W T F S S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Ağıllı məqsədlər yarat!

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Rəqəmsal İnkişaf İB

Yeni Media


Digg nədir?

Digg insanlara internet üzərindən kəşf etməyə və fikilərini bölüşməyə imkan verən məşhur sosial xəbərlər səhifəsidir.



Picnik

Sizə fotoşəkillərinizi onlayn və daha rahat bir şəkildə redaktə etməyə imkan verir. Picnik Web-də yayımlanmış şəkillərinizi cəld redaktə etmək, kəsmək və keyfiyyətini yaxşılaşdırmaq üçün əla vasitədir. Photoshop kimi Picnik də ödənişsizdir və brauzer üzərindən istifadə edilir. Beləliklə siz şəkilərinizi hər yerdə rahatca redaktə edə bilərsiniz.



MPEG Streamclip

MPEG Streamclip Mac və Windows üçün video çeviricisidir. Nə vaxt video fayl formatını çevirmək istəsəniz bu konverteri HandBrake ilə birlikdə istifdə edə bilərsiniz, çünki video redaktə proqramı hər ikisini də dəstəkləyir. MPEG Streamclip- in başqa xüsusiyyətləri haqqında ətraflı məlumat almaq üçün bu səhifəyə daxi olun.


free counters

10 əhəmiyyətli “wordpress” qoşması

Saturday, November 12, 2011 @ 07:11 PM

Bloqunu daha güclü və hərtərəfli etmək üçün əlavələr

1. Akismet. Spamların qarşısını alır:
Bloqçuluğu “Akismet”siz təsəvvür etmək çətindir. Pulsuz “təkbaşına dayanma sistemi” və “Wordpress” qoşması “Wordpress”in banisi Met Mulenverq və 5 yoldaşı tərəfindən yaradılıb. 99 faiz halda “Akismet” size spam rəylərdən qoruyur və rəyləri fiterdən keçirir.  “Akismet” bütün “Wordpress” saytlarında hazır quraşdırılıb. Sizə “API” açarı aktivləşdirmək qalır.

2. “Dagon Design Sitemap Generator” (“Dragon Design” Sayt xəritəsi generatoru”):
Axtarış sistemlərini xoşbəxt edir. Bir çox iri axtarış sistemləri “Dagon Design Sitemap Generator” qoşmasından xoşlanır. Əvvəl sayt xəritələri insanlar üçün idi. İndi isə onlar əsasən saytınızı indeksləmək üçün axtarış sistemlərinə xidmət edir. Bu əlavə sizə imkan yaradır ki, öz “WordPress” paneliniz vasitəsi ilə bloqunuzda səhifə və yazıların yayımını, hər səhifədə nəyin nə qədər görsənməli olduğunu nizama salasınız. Bir çoxları Google XML Sitemaps da istifadə edir.

3. Broken Link Checker:
Sizin bloqunuza olan zərərli keçidlərin qarşısını alır. Əvvəllər bloqçular keçidlərinin korlanmasından təngə gəlmişdilər.  İndi , Broken Link Checker for WordPress sizin yazı və səhifələrinizi qırıq keçidlər və buraxılmış şəkillər baxımından yoxlayır və sizə paneldə bildiriş təqdim edir.

4. Creative Commons Plugin Reloaded:
Yazılarınızı paylaşmağa yardım edir. Bir müddət bundan əvvəl “Creative Common” qoşması yaradılıb və bu qoşma WordPress” istifadəçəilərinə hər yazı üçün ayrıca “CC” lisenziyası istifadə etməyə imkan yaradacaq. “Creative Common” bloqçular üçün tam gərəkli qoşmadır. Siz onu burdan yükləyə bilərsiniz. “Cerative Commons”un saytda geniş istifadəsi üçün WpLicense hələ işləyir.

5. IntenseDebate: Şərhlərin “Turbo Chage”ı.
Biz IntenseDebate ilə Disqus arasında tərəddüd edirdim, lakin axırda birincini seçdik. Burda şərhlər şəkillərlə yerləşdirilir, şərh paneli var. Həmçinin şərhləri qiymətləndirmək, WordPress, OpenID, Twitter və ya Facebook istifadəçi adları ilə daxil olma bilərlər.  (Bax: Facebook Connect qoşması.)

6. WordPress Database Backup:
Bazanın geri qaytarılması. Yeni qoşmalar əlavə edən və kodlarla oyunbazlıq edən zaman hər şey baş verə bilər. Odur ki, WordPress Database Backup yükləyib qurun ki, nə isə yanlışlıq baş versə, əvvəlki vəziyyətə qayıda biləsiniz.

7. All in One SEO Pack:
Get discovered – Kəşf olun. Burada ancaq bir işi yaxşı görə bilən başqa bir qoşma var, lakin bu çox vacibdir. All in One SEO Pack sizing bloqunuzu axtarış sistemləri üçün optimallaşdırır. Sadəcə hər yazınızda başlıq və qısa izah yerini doldurun.

8. Zemanta: Bloq yazılarını zənginləşdirir.
Mən bir ildən çox olar ki, Zemanta işlədirəm və indi bu mənim ən sevimli qoşmalarımdandır. Bu sizin yazınıza dəstəkçi keçidlər, açar sözlər və şəkillər təklif edir – hətta siz onu bitirmisinizsə, sizinn qarşınıza mətnə uyğun təkliflər siyahısı çıxır.  Bu yazının aşağısında nümunəvi görünür, Məsələn, Zemanta “Creative Commons”, “Wikipedia”, “YouTube”, “Amazon”, “BBC”, “CNN” və başqalarında şəkillər göstərir. Bu həmçinin Firefox plug-in.qoşması kimi də mümkündür.

9. Audio Player: Bloqunuza səs yazısı və musiqi gətirin.
Audio Player yüksək quraşdırılma imkanlı sadə “mp3” pleyeridir, Siz avtomatik trek informasiyası ilə olan pleyerin rəngini dəyişə və bloqunuzun qəlibinə uyğunlaşdıra bilərsiniz. Mən bunu pərçimlənmiş yayımlar (embed podcasts) üçün istifadə edirəm. Başqa bir seçim: WPAudio MP3 Player.

10. Smart Update Pinger: RSS abunəçiləriniz üçün faydalı olacaq. Siz bilirsiniz ki, hər dəfə siz bloqdakı yazılarınıızı yeniləyəndə RSS oxucularının çoxuna göndəriş gedir? Bu azacıq düzəlişlərə görə doğrudan da pisdir. Smart Update Pinger sizə imkan verir ki, yalnız yeni yazı qoyularkən oxucularınıza göndəriş getsin, redaktə zamanı yox.

Cavab göndər