Təqvim

September 2017
M T W T F S S
« Apr    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Ağıllı məqsədlər yarat!

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Rəqəmsal İnkişaf İB

Yeni Media


Digg nədir?

Digg insanlara internet üzərindən kəşf etməyə və fikilərini bölüşməyə imkan verən məşhur sosial xəbərlər səhifəsidir.



Picnik

Sizə fotoşəkillərinizi onlayn və daha rahat bir şəkildə redaktə etməyə imkan verir. Picnik Web-də yayımlanmış şəkillərinizi cəld redaktə etmək, kəsmək və keyfiyyətini yaxşılaşdırmaq üçün əla vasitədir. Photoshop kimi Picnik də ödənişsizdir və brauzer üzərindən istifadə edilir. Beləliklə siz şəkilərinizi hər yerdə rahatca redaktə edə bilərsiniz.



MPEG Streamclip

MPEG Streamclip Mac və Windows üçün video çeviricisidir. Nə vaxt video fayl formatını çevirmək istəsəniz bu konverteri HandBrake ilə birlikdə istifdə edə bilərsiniz, çünki video redaktə proqramı hər ikisini də dəstəkləyir. MPEG Streamclip- in başqa xüsusiyyətləri haqqında ətraflı məlumat almaq üçün bu səhifəyə daxi olun.


free counters

Sosial mediadakı aktivliyinizi ölçmək üçün 14 ödəşsiz alət

Friday, November 11, 2011 @ 04:11 AM

Apardığınız online kampaniyalar nə dərəcədə təsirlidir?

Hədəf kütləsi: Qeyri-komersiya təşkilatları, şirkətlər, fondlar, QHT-lər, sosial və ictimai birlik təşkilatları, Veb  naşirlər, təlimçilər və fərdi şəxslər.

Əgər sosial media planınız varsa, orada məqsədlər, onların yerinə yetirilməsi haqqında məlumat və ölçülərin olması vacidir. Axırıncı bənd – ölçülərin olması prinsipi bəzən ötürülür, çünki bu hələ inkişaf etmək mərhələsindədir və nəyin ölçülməsi barədə dəqiq bir qərar  yoxdur.(Məsləhət görərdik ki, qeyri-komersiya təşkilatınızın sosial mediada uğurunu necə ölçə biləcəyiniz haqda danışan bu linkə keçid alın)

Bütün alətlər eyni bir meyarı ölçmür. Belə ki, siz işinizə yarayacaq bir neçə alət tapa bilərsiniz. Bundan əlavə, başlqaları sizin sosial şəbəkələrdəki fəaliyyətinizi qiymətləndirərkən, siz də saytınız və ya bloqunuzun nə qədər axtarışa verildiyini bu alətlər vasitəsilə öyrənə bilərsiniz. Bizim kritariyamız nədir? Alət faydalı və əlverişli, ödənişsiz (premium versiyalara da icazə verilir) olmalıdır və ondan biz özümüz də isifadə etməliyik.

Burada təşkilatınızın sosial mediadakı və vebdəki təsirini, fəaliyyətini ölçmək üçün 14 pulsuz alət var. Sizin də öz favoritləriniz varsa, lütfən şərhlərdə qeyd edin!

SEMRush: Saytınız hansı meyara əsasən ölçülür?

Sizə çox faydası olacaq SEMrush haqqında məlumat vermık istəyirəm. Sizin üçün. Sadəcə saytınız və ya bloqunuzun URL adresini səhifənin yuxarısındakı axtarış bölümünə yazın. SEMrush özü sizə saytınız və ya bloqunuzdakı ən yüksək göstəricisi olan açar sözləri göstərəcək. Məsələn, mənim 4 examples of corporate social responsibility done right (düzgün yerinə yetirilmiş ümumi sosial məsuliyyətə aid 4 nümunə) adlı məqaləmin Google-dəexamples of corporate social responsibility (sosial məsuliyyətə aid nüminələr) başlıqla axtarışla nömrə 1 olduğunu blmirdim. Və ya başqası, Google-da sms campaign. (sms kampaniyası) axtarışı ilə bizim How to set up an SMS campaign system (Necə sms kampaniyası başlatmaq olar) adlı məqaləmizin axtarışda 2-ci yer tutduğunu bilmirdim. SEMrush sizə saytınızın hansı meyarlara, (aşar sözlərinə) görə ölçüldüyünü, həmçinin rəqiblərinizn dərəcəsini, eləcə də hansı Google AdWords –dən istifadə etməli olduğunuzu və bloq postlarınızda daha çox hansı terminlərlə diqqət vermli olduğunuzu göstərir.

Woopra: İzləyicilərinizin davranışı necədir?

Veb analitik aləti olan və istifadçilərin sizin saytınıza nə vaxt daxil olması barədə dərhal məlumat verən  Woopra-da gördüyümüz xüsusiyyətlər bizim çox xoşumuza gəldi. Ziyarətçi sizin saytınızda gəzdikcə siz onun haradan daxil olduğunu, yerini, saytınızda nələr etdiyini və vaxt saytdan çıxdığını görə bilərsiniz.Woopra premium modelə də sahibdir. Ödənişsiz versiyasını bəzi xüsusiyyətləti limitli olsa da, Tunc versiyada (Aya 4.95 $) və Gümüş versiyada (Aya 14.95 $) Facebook, Twitter or StumbleUpon-dan ziyarətçilər qazanmağa, fərdi məlumatları çap etməyə və trendləri (ən son yenilikləri) izləməyə imkan verir. SEMRush kimi Woopra da social şəbəkəyə çıxmazdan əvvəl öz platformanızı yaratmağa imkan verir.

Klout: Üç sosial şəbəkədən fayda götürmək

Klout sizə təşkilatınızın və ya komanda üzvlərinizn sosial mediadakı, xüsusən də Twitter (retvitlər, izləyicilərin sayı, sihayıya alınan üzvlüklər, mentions (xatırlatmalar)) , Facebook və Linkedİn-dəki aktivliyi barədə gündəlik xülasə təklif edir. Kloutun Twitter tətbiqetmələri ilə birləşdirilə bilən proqram interfeysi var: 750-dən çox partnyorumuz Hootsuite, CoTweet and Attensity 360 daxil olmaqla Klout materiallarından istifadə edir. Onun analitik platfroması çox zəngindir və Klout Hesabında işlədilən metodologiya bir az qəliz olsa da istifadəsi rahatdır. Kloutun bütöv icmalına baxın.

Facebook Insights: İstifadə edə biləcəyiniz statistika

Facebook bu il özünün Insights xidmətini inkişaf etdirdi və effektini yaxşılaşdırdı. Facebook Insights indi bir çox xüsusiyyətlərinə görə Google Analytics -ə oxşayır. Səhifə admini olaraq, idarə paneli sizə lazımi məlumatları verir: gündəlik aktiv istifadəçilər, aylıq aktiv istifadəçilər, gündəlik edilən “like” -lar, gündəlik qarşılıqlı ünsiyyət, məsələn şərhlər, ziyarətçilərinizin coğrafi mövqeyi (ölkə, şəhər və dil göstəriciləri), yönəldici keçidlər, bloq daxili keçidlər və başqaları. İnsights həm də sizə oxucularınızn daha çox nəyi maraqlandırdığını göstərəcək və bununla siz və sizin komandanız imkişaf tendensiyalarını öyrənəcəksiniz. Ən böyük məhdudiyyəti isə odur ki, 1 həftədən artıq qalan məlumatları görə bilmirsiniz.

Bit.ly: Təhrikçiliyiniz işə yarayır?

URL qısaldıcısı olan  bit.ly hər qısaldılmış keçid üçün analitiklər və kliklərin sayını təklif etməklə iki işi birdən görür. Kliklərin sayını bilmək sizə sosial mediada apadığınız həvəsləndirmə kampaniyalarının nə dərəcədə effektiv olduğunu göstərir. Kliklərin sayını bilmək üçün sadəcə hesabınıza daxil olmaq kifayətdir. Yeni xüsusiyyət olan keçidləri qruplara ayırmaq sizə eyni və ya oxşar mövzudan olan keçidləri bir yerə qruplaşdırmağa kömək edir.Bit.ly- nin həm ödənişiz həm də pullu (Bit.ly Pro) versiyası  sahibkarlığın inkişaf etdirilməsi üçün (Aya 995 $) lazım olan meyarları təklif edir.

TubeMogul: Videonuza kimlər baxır?

TubeMogul haqqında məlumatınız varsa çox güman ki, ona videolarınızı müxtəlif saytlarda yerləşdirmək üçün olan və dəfələrlə video yükləməkdən təngə gəldiyiniz bir vasitə kimi baxırsınız. Amma TubeMogul öz imkanlarını son vaxtlar daha da inkişaf etdirib, belə ki, statistikadan videonuza nə qədər internet istifadəçisinin baxdığını görə bilərsiniz. Burada idarəedici panel vasitəsilə videolara olan baxışlara, baxılan dəqiqələrin sayına, ziyarətçinin sizin saytınıza daxil olarkən olduğu coğrafi mövqeyə, embed və yönəldici saytlara, axtarışa verilən terminlər və ya ifadələrə baxa bilərsiniz. Kateqoriya üzrə qarşılıqlı müqayisə, məzmun ifadə etmə şəbəkəsi, reklam və video oxuyucu. Bunların hamısı ödənişsizdir!

YouTube Insight: Videonuzun hansı hissələri daha çox baxılandır?

YouTube Insight özünə xidmət analitikası və məlumat alətidir. Bu alət YouTube hesabı olan hər kəsə sayta yükləldiyini videoya baxan izləyicilərin statistikası barədə məlumat almağa imkan verir. Həm YouTube, həm də YouTube-dən kənarda səylərinizi analiz edib qiymətləndirmək üçün informasiyadan istifadə edin, kampaniyalarınızı ən yaxşı necə optimallaşdırmaq olar qərar verin. Videoya baxın və onun məşhurluğunu müəyyən edin, insanların sizin saytınıza necə keçid aldığını, klik etdiyi məzmunu, hər dəfə sayta daxil olanda daha çox baxdığı səhifələri, videonuzun hansı hissələrinin bəyənildiyi və ya bəyənilmədiyini, demokrafik məlumatları və ictimai birliyinizin əsas öhdəliklərini öyrənin.

Google Analytics: Güclü və istifadəsi rahat.

Google Analytics – analitiklər içində ayrılmaz yer tutur, ona görə də təəccüblü deyil ki, biz artıq bundan bezməyə başlamışıq! Amma bu alətin üstünlüklərini də unutmaq olmaz: bunun sayəsində pulsuz olaraq saytınıza girişi və onun tanınmasını artırırsınız. Hədəflərinizi daha yaxşı əhatə edən reklam hazırlayın, satışları və çevirmələri izləyin, saytla bağlı məqsədlərinizi dəyərləndirin, veb- də  işldilə bilən telofon və mobil tətbiqetmələri izləyin, işgüzar informasiyalar alın və Google Analytics məlumatına giriş əldə edən tətbiqetmələlri inkişaf etdirin. Yeri gəlmişkən, Facebook səhifənizə də Google Analytics əlavə edə biləsiniz.

Alexa & Compete: Özünüzlə necə fəxr edirsiniz?

Axırıncı dəfə nə vaxt bloqunuzun və ya saytınızın aktivliyini yoxlamısınız? Google Analytics sizə Compete,Quantcast və  Alexa kimi digər analitik xidmətlərdən daha çox informasiya ilə təmin edəcək. Amma həmin xidmətlər də trendləri, fərqli demokrafik fikirləri, başlıcası isə saytınızın rəqiblərinizə nisbətən necə irəlidə olmasını göstərir. Alexa əsasən axtarış sistemini müşahidə edir və axtarış zamanı hansı sözlərin, ifadələrin, və .s sayəsində oxucuların sizin bloqunuza(və ya saytınıza) gəldiyini göstərir. Siz də tələblərinizə ən  çox uyğun olanı seçin.

 

Feedburner: Məlumatlarınız yayılır?

Google tərəfindən alınan Feedburner məlumatlarınızı yaymaq üşün ən asan yoldur. Sonra rahatca əyləşib statiskadan irəliləyişlərə baxa bilərsiniz. O sizə bloqunuza və ya saytınıza, hətta bloqunuzda bölmələr ayırsanız oraya da neçə nəfərin üzv olduğunu göstərəcək. Bir az axtarış edin, Statistika İdarə Panelini görəcəksiniz,  orta statisrik abunəçiləri, ən məşhur və ya ən son yayılmış məlumatı və başqa maraqlı faktları görəcəksiniz. Məsələn, biz Feedburner-də onu müəyyən edənə qədər bilmirdik ki, Kembric İctimai Televiziyası Socialbritenin açıq müsabiqəsində bizim məlumatları bir yerə yığıb istifadə edib. Əla!

Twitter alətləri! Seçim çoxluğu

Tvitterdə aktikliyinizi müəyyən etmək üçün çoxlu alətlər var. Burada favoritlərimizdən bir neçəsi var:

Twitalyzer– İstənilən Tvitter hesabı üçün işləyir, təsir gücü (prosentil hesabı) və tipləri haqqında informasiya verir.

Grader.com – marketing cəhdlərinizi ölçən və analiz edən alətlər dəstidir. Bu alət axtardığınız Tvitter istifadəçinin şəxsi məlumatları, yeri, keçmiş tvitləri və izləlyicilərinin sayı barədə məlumat verir.

Twittercounter– İdarə etdiyiniz müəyyən bir təşkilat və ya şirkətin hesabına qeydiyyatlar və şərhlərin sayını bildirir.

Backtweets– Tvitterdə neçə nəfərlə ünsiyyətdə olduğunuzu, və insanların sizin brendiniz və ya məzmunuzla necə əlaqədə olduqlarını göstərir.

Tvitter İD-nizi Twitterholic –də (sizin şəhərinizdən olan məşhur Tvitter istifadəçilərini buradan tapa bilərsiniz),Twinfluence və ya Twittorati –də yazın və aktivliyinizi yoxlayın.

Tvitiniz nə qədər istifadəçiyə gedib çatır? tweetreach marketing və PR mütəxəssislərinə ölçü meyarları, statisrika v analizlər təklif edir. RetweetrankTweetmemeTwitturly və Retweetist ilə tvitlərinizin nə qədər retvit olunduğunu görə bilərsiniz.

Tweeteffect sizə hansı tvitinizə görə izlyici qazandığınızı və ya itirdiyiniz öyrənməyə imkan verir.

My Tweeple– kimisə necə izləmək və ya sizin necə izlənildiyinizi göstərən sadə alətdir.

Twittersheep– izləyicilərinizin hansı oxşar məşğuliyyətlərə sahib olduğunu göstərmək üçün onların profilini analiz edir.

Və başqa Tvitter analitik tətbiqetmələri var.

PostRank: izləyici idarəetmə paneli

PostRank – Tweeter, Stumble, Digg və FriendFeed- hamısı barədə bir yerdə detaylı  məlumat verir. Çoxlu məzmunlu bloqlara, saytlara uyğunlaşdırılır. Ödənişsiz plan vasitəsilə öz saytınıza və digərlərinə  göz gəzdirin – 5 sayta qədər və ümumi sosial imicinizi təyin edin. Siz həmçinin statiskanıza göz gəzdirə və 10 sayta qədər saytdan kənar kontenlərə də (PDF fayllar, YouTube videolar, SlideShare kontenti) baxa bilərsiniz.

Flickr: Şəkilləriniz trend yarada bilir?

Flickr – Neçə nəfərin sizin şəkillərinizə baxdığını göstərən alətlərlə təmin edən və çoxdan istifadə olunan sosial şəbəkələrdən biridir. Məsələn, siz fotolarınız, albomlarınız və qaleriyalarınıza olan baxışlar barədə statistikadan belə bir məlumat ala bilərsiniz- bu gün, dünən və həmişə (3.4 milyon nəfər mənə baxıb, bəs sənə?). Ən çox baxılan şəkilləriniz və videolarınız, onların neçə dəfə nişan olunduğu (tag) və şərhlər yazıldığını da öyrənə bilərsiniz. Mən istədim ki, Flickr neçə nəfərin öz saytlarında mənim şəklimi yerləşdirdiyi barədə də məlumat versin.

Soovox: Marka sevənlər üçün

Soovox – Klout-dan fərqli modelə sahibdir. Sosial İQ-nuzu (intellekt səviyyənizi) öyrənin, bəyəndiklərinizi paylaşın və mükafatlar qazanın. Sizin “sosial təsir faktorunuz” sizin onlayn sosial aktivliyini ölçür və mükafata layiq görülən fəaliyyətinizi dəyərləndirir. Qazandığınız pul ya sizin təşkilatınıza ya da sevimli xeyriyyə qurumunuza gedir. Soovox daha çox sevdikləri markalar və məhsullar barədə fikirlərini bölməyi xoşlayan adamlara aiddir, amma yenə də yoxlamağa dəyər!

 

Cavab göndər