Təqvim

November 2017
M T W T F S S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Ağıllı məqsədlər yarat!

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Rəqəmsal İnkişaf İB

Yeni Media


Digg nədir?

Digg insanlara internet üzərindən kəşf etməyə və fikilərini bölüşməyə imkan verən məşhur sosial xəbərlər səhifəsidir.



Picnik

Sizə fotoşəkillərinizi onlayn və daha rahat bir şəkildə redaktə etməyə imkan verir. Picnik Web-də yayımlanmış şəkillərinizi cəld redaktə etmək, kəsmək və keyfiyyətini yaxşılaşdırmaq üçün əla vasitədir. Photoshop kimi Picnik də ödənişsizdir və brauzer üzərindən istifadə edilir. Beləliklə siz şəkilərinizi hər yerdə rahatca redaktə edə bilərsiniz.



MPEG Streamclip

MPEG Streamclip Mac və Windows üçün video çeviricisidir. Nə vaxt video fayl formatını çevirmək istəsəniz bu konverteri HandBrake ilə birlikdə istifdə edə bilərsiniz, çünki video redaktə proqramı hər ikisini də dəstəkləyir. MPEG Streamclip- in başqa xüsusiyyətləri haqqında ətraflı məlumat almaq üçün bu səhifəyə daxi olun.


free counters

Effektiv bloq postu yazmaq üçün 10 məsləhət

Sunday, October 2, 2011 @ 10:10 PM

Vətəndaş jurnalistikası dahanecə səmərəli ola bilərlər?

Potensial müştrilər: qeyri-komersiya təşkilatları, sosial dəyişiklik təşkilatları, təlimçilər, jurnalistlər, fondlar, iş adamları və ayrı-ayrı fərdlər.

Qeyri-komersiya qurumunuz və ya təşkilatınız üçün bir bloq açmaq istəyirsiniz amma haradan başlayacağınızı bilmirsiniz? Nəyi bilirsinizsə və daha çox nə ilə maraqlanırsınızsa o bərədə yazın. Vaxt keçdikcə öz tərzinizi inkişaf etdirəcəksiniz. Bununla yanaşı, bu sahədə uzun müddət təcrübəsi olan ən yaxşı jurnalist və ya bloggerlərin yazılarını da izləyin.

Daha effektiv, nüfuzlu və inandırıcı bloq postu yazmaq üçün 10 məsləhət:

1. İnsanların vaxtlarına verdikləri dəyərə hörmək edin 

  • Bloq yazısı post edən hər kəs həm də bir növ öz auditorirası ilə ünsiyyətdə olur. Bu da bəzən real həyatda olduğundan daha səmərəli olur. Müəyyən bir həfər dairəni seçin, ona hərtərəfli bələd olun və öz məzmununuzu kifayət qədər zənginləşdirməyə çalışın. İndi elə bir zamanda yaşayırıq ki, öz işinə dəyər vermək çox vacidir, dünya üzrə pulsuz paylaşılma indi çox da kömək etmir. Amma yadda saxlayın: sırf mən belə qeyd etdim deyə o demək deyil ki, qeyd-şərtsiz doğrudur.

__________________________________________________________________________________________
2. Mərkəzləşmə bir ideyanız və onunla bağlı olan fikirləriniz olsun

  • Yazıda, məsələn bir qəzet məqaləsində insanları daha çox maraqlandıran mərkəzləşmiş bir firkin, konkret ideyanın olmasıdır. Bu, öyrənilməsi çətin prinsipdir, amma siz bütün bir məqalədən və ya yazıdan ancaq bir ideya və eləcə də bu ideyanı dəstəkləyən və ya ona zidd olan, inkar edən faktları alırsınız. Bethovenin 5-ci simfoniyasını yadınıza salın: 1-ci hissə əvvəldən axıra qədər 4 notun üzərində qurulub.

___________________________________________________________________________________________
3. Yazınızda səmimiyyət olsun

  • Emosional yazılar intellektual yüklü yazılardan daha çox cəlbedici olur. Hətta nəzəri psixoloqları belə mücərrəd konsepsiyalardan çox, təqib, mübarizə, triumf kimi xüsusiyyətləri olan yazılar maraqlı gəlir. İnsanların diqqətini sizin yazlarınızda daha çox nəyin çəkdiyini və onları nəyin maraqlandırdığını müəyyən edin və bunu öz dəst-xəttiniz kimi seçin.

___________________________________________________________________________________________
4. İnsanlar, fiziki obyetlər və fəaliyyətlər barədə yazın

  • Mövzunuz nə olur olsun, fikrinizi daha çox insanlar və konkret məfhumlar üzərində cəmləşdirin. Bu zaman təxəyyül, hisslər və diqqət bu məsələ üzərində yoğunlaşır və məzmunu daha aydın, anlaşıqlı edir (növbəti bəndə baxın). Məcazilikdən, ümumilikdən, jarqonlardan və klişelərdən uzaq olun.

___________________________________________________________________________________________
5. Sadə nitqdən istifadə edin və yazı ilə real insan kimi danışın

  • Çox insan əsl niyyətlərini gizlətmək üçün şişirtmə sözlərdən və mürəkkəb cümlələrdən istifadə edir. Əgər daha sadə sözdən mənanın itkisi olmadan istifadə etmək olursa, ondan istifadə edin. Eyni qayda daha çox və daha az sözün işlənməsinə də aiddir. Əgər fikrinizi aydın izah edə bilməsəniz, bu belə təsəvvür yaradar ki, nəyi nəzərdə tutduğunuzu yaxşı başa düşmürsünüz.

___________________________________________________________________________________________
6. Sifətlərdən və zərflərdən qaçının

  • Sifətlərdən və zərflərdən çox istifadə yazınızın təsir gücünü zəiflədə və ya hər hansı mənfi təsir göstərə bilər. Yaxşı olardı daha uyğun olan isimlər və fellərdən istifadə edəsiniz.

___________________________________________________________________________________________
7. Fikrilər, hətta öz fikirləriniz də, konkret fakt deyil!

  • Öz fikirləriniz bloqu daha canlı edir. Amma yazdıqlarınızın öz fkirləriniz, yoxsa faktlar olduğunun fərqinə varın və oxucularınıza da bunu çatdırın. Bir şeyə inanmaq üçün meyl yarananda nəticəyə gəlmək çox asan olur. Oxucular etibarlı informasiya tələb edirlər. Qoyun sizin bloqunuz onların inanaraq oxuyacaqları bir mənbə olsun!

___________________________________________________________________________________________
8. Mənbələri qeyd edin

  • Hamısını CAPS LOCK ilə və çoxlu nidalarla yazsanız belə yazdıqlarınızı fakt kimi təqdim etmək kifayət deyil və müzakirə üçün bir fayda vermir. Oxucularınız bu məlumatın haradan gəldiyini bilməlidir ki, onu mahakimə də edə bilsinlər.

___________________________________________________________________________________________
10. Şəffaf olun. Maraqlanızı müəyyənləşdirin

  • Əgər kimsə bu sahədə ekspertdirsə, bu bir səbəb. Əgər insanların öz fikirlərinə inanaraq sizə qarşı maddi və ya hər hansı başqa bir marağı varsa, bu da başqa bir səbəb. İnsanların sizdən istədikləri tələblərə qarşı skeptik olun- hətta yaxınlarınıza belə- və onlarla hansı münasibətdə olduğunuzu aydınlaşdırın. Şəffaf olun.

___________________________________________________________________________________________
11. Faktları yoxlayın

  • Bir çox jurnal və milli xəbər xidmətləri, agentliklər faktları yoxlayan nəzarətçilədən istifadə edirlər amma yenə də tez-tez səhvlərə yol verirlər. İnsanlar mənbə kimi sizdən sitat gətirə bilərlər, odur ki, detalların doğruluğuna fikir verin. Həmçinin eyni səbəbə görə, düzgün yazılış qaydalarına da fikir verin!

 

Cavab göndər