Təqvim

July 2017
M T W T F S S
« Apr    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Ağıllı məqsədlər yarat!

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Rəqəmsal İnkişaf İB

Yeni Media


Digg nədir?

Digg insanlara internet üzərindən kəşf etməyə və fikilərini bölüşməyə imkan verən məşhur sosial xəbərlər səhifəsidir.



Picnik

Sizə fotoşəkillərinizi onlayn və daha rahat bir şəkildə redaktə etməyə imkan verir. Picnik Web-də yayımlanmış şəkillərinizi cəld redaktə etmək, kəsmək və keyfiyyətini yaxşılaşdırmaq üçün əla vasitədir. Photoshop kimi Picnik də ödənişsizdir və brauzer üzərindən istifadə edilir. Beləliklə siz şəkilərinizi hər yerdə rahatca redaktə edə bilərsiniz.



MPEG Streamclip

MPEG Streamclip Mac və Windows üçün video çeviricisidir. Nə vaxt video fayl formatını çevirmək istəsəniz bu konverteri HandBrake ilə birlikdə istifdə edə bilərsiniz, çünki video redaktə proqramı hər ikisini də dəstəkləyir. MPEG Streamclip- in başqa xüsusiyyətləri haqqında ətraflı məlumat almaq üçün bu səhifəyə daxi olun.


free counters

İstifadə edə biləcəyiniz 11 açıq mənbə

Thursday, November 10, 2011 @ 09:11 AM

Bir neçə il əvvəl əksəriyyətimiz sənəd yaratmaq, rəqəmlərdən istifadə etmək, vebdə axtarış etmək və videolara baxmaq üçün xüsusi proqram təminatına etibar edirdiksə,  indi bu mənzərə tamamilə dəyişib. On minlərlə insan indi əvvəlkilərlə bərabər, hətta daha üstün xüsusiyyətlərə malik olan açıq mənbə proqramlarından istifadə edir.

Ən faydalı, etibarlı və məhsuldar proqramlar açıq mənbə metodlarından – şəffaflıq, əməkdaşlıq, per icmalı və yoxlama – istifadə sayəsində inkişaf etmişdir və məhsulların yaxşılaşdırılmasını təmin etməkdədir. Aşağıda göstərilən açıq mənbə alətlərinin çoxu GPL (GNU General Public License) ilə paylanmışdır və məhsulları daha elastik, yüksək keyfiyyətli edərək korporativ rəqibləri qiymət məsələsində daha da qıcıqlandırır. Bunların bəziləri də fondlar tərəfindən inkişaf etdirilir.

Buyurun, bunlar da təşkilatınızın istifadə etməli və dəstəkləməli olduğu 12 açıq mənbə aləti.

Ofis alətləri

OpenOffice: Bütün xüsusiyyətlərə sahib səmərəlilik dəsti

İcraedici tələblərinizi yerinə yetirə biləcək bütün xüsusiyyətlərə sahib olan OpenOffice.org hər bir Qeyri-Hökümət təşkilatının arzusudur. Paket özündə mətn prosessorlarını, iri formatlı cədvəlləri, qrafik proqramları və istənilən kompüterin verilənlər bazası girişini əhatə edir. OpenOffice-nin əsas üstünlüyü ondan ibarətdir ki, sizin Microsoft Office  proqramlarınız olmasa belə Word dokumentlərdən istifadə edə və yaddaşa verə bilərsiniz, Excel iri formatlı cədvəllərdən, PowerPoint dokumetlərindən istifadə edə bilərsiniz. Microsoft Windows, GNU/Linux, Sun Solaris və Apple Mac əməliyyat sistemləri ilə uyğunlaşdırıla bilən OpenOffice asan quraşdırılır və istifadəçilərin beynəlxalq kollektiv dairəsinə çevrilir. Hər kəs təkmilləşmə yolları təklif

Təsis idarəetmə

CiviCRM sizə izləyicilərinizə nəzarət etməyə  imkan verən, vətəndaş sektoru üçün ödənişsiz və açıq mənbədir. Verilənlər bazasından daha çox Web əsaslı CiviCRM vəkillərin, qeyri-komersiya qurumlarının və qeyi-hökümət təşkilatlarının tələblərini yerinə yetirmək üçün hazırlanıb. Vimeo-dakı 4 dəqiqəlik izahat videosuna baxın. CiviCRM könüllülər, aktivistlər, donorlar, işçilər, müştərilə, satıcılar və başqaları daxil olmaqda bütün əməşdaşlarınız haqqında məlumatı idarə etməyə imkan verən və gəlir gətirən  eCRM əlaqə sistemidir. CiviCRM  Sosial Başlanğıc Fondu və açıq mənbə icması olan CiviCRM LLC tərəfindən yaradılıb. Hansı kontent idarə sistemlərinin dəstəkləndiyini bilmək üçün bu səhifəyə baxın.

Audio-vizual alətlər dəsti

Miro: Web videolara yüksək keyfiyyətdə baxın

Miro Video Player ilə videonuzun yayımlanması artıq daha asan və ödənişsizdir. Participatory Culture Foundation adlı Qeyri Hökümət təşkilatının layihəsi olan Miro, internet bağlantısı imkanlarından asılı olmayaraq, istifadəçilərə video yükləmək və istənilən yerdən tam ekranda HD keyfiyyətli videoyaya baxmaq imkanı verir. Bir dəfə yükləndikdən sonra Miro YouTube və Blip.tv kimi saytlardan olduğu kimi, podkastlardan və torrent fayllardan da alınan HD kontentə sahib olur. İstifadəçilər video kanallara və xəbərlər bölümünə abunə olur və yeni kontent əmələ gələn kimi avtomatik olaraq yeni yükləmələr də işə keçir.

Miro Qeyri-Hökumət təşkilatları üçün sərfəlidir, çünki onları video oxucularını birgə markalaşdırmağa və getdikcə genişlənən Miro icmasına təqdim edir – video keçən il ərzində 4 milyon dəfə yüklənilib və Miro indi də hər ay yüz minlərlə istifadəçi qazanır. Açıq mənbə olan Miro sadəcə 10 nəfər əməkdaş tərəfindən idarə olunur və işin qalan əksər hissəsini, tərcümə, kodlaşdırma, tədqiq edilmiş problemlərin həlli və yeniləşdirmə işlərini, dünyanın müxtəlif yerlərindəki könüllülər yerinə yetirir. Miro Video Oxuyucu  yükləyin.

  • Miro Video Converter (Miro Video Çevirici) də  bu sahəyə aid ödənişsiz servisdir. Bu mükəmməl və yükləniləbilən tətbiqetmə istənilən formatda olan videonu MP4, WebM (vp8), Ogg Theora, formatlarına və ya Android, iPhone və başqaları üçün uyğun formatlara çevirə biər.

Audacity: Bütöv səs redaktə etmə sistemi

Audacity hər kəsə müxtəlif formatda olan audio faylları yazmaq, çevirmək, idxal və ixrac etmək, redaktə etmək və uyğunlaşdırmaq işini asanlaşdıran ödənişsiz audio redaktordur. Saytdan istifadə Kəs, Kopyala, Yapışdır, Sil əmrləri ilə daha asan olur və Ləğv et/ Təkrarla əmrləri ilə buraxılmış səhvləri düzəltmək olur. Audacity istifadəçilərə dialoqlar üzərində musiqi yerləşdirməklə yüksək keyfiyyətli podkast hazırlamaq imkanı verir, səs yazısının yüksəkliyini və tempini dəyişə biləcək effektlər təklif edir, hər hansı fon musiqisini uzaqlaşdıra və ya yeni səs effektləri, məsələn exo effekti əlavə edə bilər. Açıq mənbə olan Audacity Wiki Tutorials hər bir istifadəçi tərəfindən redaktə olunur, “layihələri iTunes-ə necə ixrac etmək olar?”, “oxunan mahnını halhazırda necə yükləmək olar?” kimi suallara cavab tapmağa kömək edir. Audacity yüklə.

Songbird: Musiqinizi idarə edin

Bu media oxuyucu iTunes, YouTube və Pandora ilə kombinasiya quraraq sizə geniş audio-vizual təcrübə verir. Songbird sizə favorit musiqinizi sifariş etməyə və yükləməyə imkan verir, dinlədiyin hər mahnıya uyğun video, foto şəkillər, xəbərlər və məlumatlar yerləşdirməyə imkan verir, bəyənəcəyiniz musiqilər təklif edir, sinxronlaşdırılmış mobil qurğunuza yüklənilə bilən pleylistinizi tərtib etməyə və ona nəzarət etməyə imkan verir. İstifadəçilər tətbiqetmələri yükləmək və kodu təqdim etmək ilə inkişafa kömək etmək üçün həvəsləndirilir. Songbird yükləyin.(Soldakı mahnı oxuyan quşun şəkli Songbird saytına məxsus deyil. Loqo kimi balaca oğlan şəklinə üstünlük vermişik)

VLC Media oxuyucu: Çoxplatformalı media oxuyucu

Bu media oxuyucusu müxtəlif platformaları özündə birləşdirir və istifadəsi çox asandır. Sadə və pulsuz quraşdırılma ilə DVD, Audio CD, QuickTime və başqa faylları oxuya bilən media oxuyucusu əldə edə bilərsiniz. VLC Windows Media Player və ya QuickTime kimi proqramlarda tanınmayan video və audio faylları oxutmaq üçün ideal seçimdir. Onun həm də zədələnmiş faylların zadə görmüş hissələrini ötürərək oxutmaq qabiliyyəti var. VLC media oxuyucusunu yüklə.

 

HandBrake: DVD kolleksiyanızı açın

HandBrake DVD çeviricisi DVD və DVD-yə bənzər resursları qəbul edir və fayllar hasilatını MP4, H.264, Theora video, MKV və bir neçə səs seçimlərinə  çevirir. Hətta çevrildikdən sonra da mediada fəsil seçimləri, başlıqlar və başqa xüsusiyyətlər saxlanılır və sonda sizə istənilən saytda, komputerdə, iPod-da dəstəklənən DVD keyfiyyətində fayl təqdim edir. Ən əsası odur ki, HandsBrake sizə DVD-lərinizn müəllif hüquqlarının qorunmasına imkan verir. HandBrake-nin güclü dəstək kollektivi barədə suallar soruşmaq üçün onun wiki səhifəsinə baxın. HandBrake yükləyin.

Web axtarış alətləri

Firefox: web əlinizin altında

Mozilla Firefox dünyada ikinci ən məşhur web brauzerdir və açıq mənbə məhsuludur. Yüklənilməsi çox asandır və Mac, Windows və Linux əməliyyat sistemləri üzərində işləyir. Mozilla hər dəfə Firefox-un yeni versiyalarını istifadəyə verir və cari versiya olan Firefox 3.6, 121 milyon dəfədən çox yüklənilib. İstifadəçilər icmaya qoşula, qüsurları şikayət edə, yeniliklər təklif edə və yarada bilərlər, həmçinin 6.000-dən çox əlavəyə öz töhvələrini verməklə brauzeri sizə və komandanıza uyöun şəkildə qurulmasına kömək edə bilərsiniz. Cari əlavələr sadəcə web-də axtarış etməklə sosial şəbəkə əlavələrinizi bir tətbiqetmədə birləşdirmək, xeyriyyə işləti üçün maliyyə tapmaq, bloqlar yaratmaq, əlfəcinləri idarə etmək və başqa əməliyyatlar zamanı işi asanlaşdırır. (Better The World Fundraising Sidebar) . Mozilla Firefox yülləyin.

Website (vebsayt)  idarəetmə alətləri

Drupal: Məşhur kontent (məzmun) idarə etmə  platforması

Sizin təşkilatınız kontent idarə  etmə sisteminə ehtiyacı var? Drupal-ın açıq mənbə proqram təminatı paketi istifadə üçün ödənişsizdir və sizə üzvləri idarə etməyə, icazələri təyin etməyə və məzmununuzu saytınızda göstərməyə imkan verir. Drupal forumlardan, kollektiv portallardan tutmuş öz təşkilatınızın saytı və ya bloqunun yaradılıb idarə edilməsinə qədər hər yerd istifadə oluna bilər. Onun professional kollektivi xidməti inkişaf etdirmək üçün hər dəfə yeni versiya və yeni əlvələri istifadəyə verirlər. Drupal qeyri-komersiya təşkilatları üçün çoxlu xeyir təklif edir: bu daha münasibdir, miqyaslanabiləndir, saytınızı idarə və redaktə etməyə imkan verir, orada podkastlar, multimedia faylları və başqa sosial media alətləri yerləşdirməyi asanlaşdırır. 350.orgMother Jones daxil olmaqla çoxlu əksər qeyri-komersiya təşkilatları Drupaldan istifadə edir. Drupaldan istifadə etməyə başlayın.

Digər məşhur CMSs or Web strukturlarına Joomla, PloneRuby on Rails aiddir.

WordPress: Dünyanın ən yaxşı bloq platforması

19 yaşlı 1-ci kurs kollec tələbəsi tərəfindən sadə bir bloq platforması kimi yaradılan WordPress indi dünyanın ən böyük və eləcə də ən qanunauyğun bloqçuluq platformasıdır. Biz WordPress.org –a üstünlük veririk. O, yükləyə biləcəyiniz və rahatca quraşdıra biləcəyiniz, bloqunuzu və ya saytınızı qurub idarə etməyə imkan verən proqram təminatıdır. Siz öz web hostinq platformanızı tapa və ya hotinq üçün WordPress partner seçə bilərsiniz. WordPress-in minlərlə pulsuz qoşmaları, vidjetləri və (əksəri pulsuz olan) temaları sizə gözoxşayan seçimlər təklif edir (istifadədə həddini aşmayın!) və sizin saytınızı və ya bloqunuzu ən yaxşı şəkildə quraşdırmağa və markalaşmasına kömək edir. WordPress kollektivi proqramı inkişaf etdirmək üçün ya uzaqdan ya da WordCamp konfranslarda iştirak edərək daim fəaliyyətədirlər. Qeyd: Socialbrite.org WordPress –i davamıdır! WordPress –dən istifadə etməyə başlayın.

Mesajlaşma alətləri

Pidgin: Söhbət tətbiqetmələri vasitəsilə ünsiyyət qurun

Hansı mesajlaşma tətbiqetməsindən istifadə etmələrindən asılı olmayaraq, fərqi yoxdur, Pidgin (əgər PC-dən istifadə edirsinizsə) yoxsa Adium (Mac-dan istifadə edirsinizsə), təşkilatınızda heyət üzvləri ilə, könüllülərlə və əhatənizdəki digər insanlarla əlaqə qura bilərsiniz. Hər ikisi tüklənəbilən və AIM, MSN, Jabber, Yahoo, Google Talk, MSN, IRC, Facebook və eyni zamana başqa şəbəkələrdən istifadə etməyə imkan verən tətbiqetmələrdir. Söhbət tətbiqetmələrini unikal tərzdə fərdiləşdirin və kontaktda olduğunuz insanların siyahısını tərtib edin. Pidgin və ya Adium yükləyin.

Digər açıq mənbə alətləri

Biz burada bütü açıq mənbə alətlərini qeyd edə bilmədik. Əgər sizin favoritiniz olan başqa bir alət varsa onu aşağıda şərhlər bölümündə qeyd edin. Digər açıq mənbə proqram təminatlarına bunlar aiddir:

  • Bean pulsuz, asan istifadə olunan, Mac OS X üçün hazırlanmış və  yazı prosesini daha rahat, effektiv edən mətn prosessorudur (daha dəqiq desək, zəngin mətn redaktorudur). Saytdan: “MS Word, OpenOffice və s. insanların bütün işlərində yararlı olmağa çalışırlar. Amma bəzən hər işin öz alətinə ehtiyac duyulur. Bean-in fərqi də bundadır!”
  • Thunderbird: Mozilla onun açıq mənbə elektron poçt proqramı ilə yenidən özünü göstərir. Bu mesajlaşma sistemi istifadçilərə e-mailləri, zəruri mesajları, sosial şəbəkə mesajları və başqalarını bir alət vasitəsilə idarə etmək imkanı verir. Siz çoxsaylı e-mail adresləri Thunderbird ilə əlaqələndirə bilərsiniz və sizə gələn bütün məktubları bir qutunun içində görə bilərsiniz, qoşmaları Firefox-da olduğu kimi aça bilərsiniz, bu da sizə bütün e-poçtları dərhal görməyə imkan verir. Sistemi istədiyiniz kimi və tələblərinizə uyğun şəkildə konfiqurasiya edə bilərsiniz. Thunderbird kollektivi onun xüsusiyyətlərini genişləndirmək üçün əlavələr də yaratmışdır. Thunderbird yükləyin.
  • Gimp: Foto redaktə tətbiqetməsi olan Gimp şəkilləri redaktə etməkdə və yenilərini yaratmaqda Photoshopla rəqabət aparır. Windows, Mac və Linux- də dəstəklənir. Gimp yükləyin.
  • Inkscape: İncape detallı cizglərlə işlməyə imkan verən və İllustrator ilə eyni xüsusiyyətlərə sahib qrafik tətbiqetmədir. Windows, Mac və Linux üzərində işləyir. İnkscape yükləyin.

MAC OS X üçün digər açıq mənbə proqram təminatları barədə məlumat almaq üçün  Open Source Mac səhifəsinə baxın.

Cavab göndər