Təqvim

November 2017
M T W T F S S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Ağıllı məqsədlər yarat!

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Rəqəmsal İnkişaf İB

Yeni Media


Digg nədir?

Digg insanlara internet üzərindən kəşf etməyə və fikilərini bölüşməyə imkan verən məşhur sosial xəbərlər səhifəsidir.



Picnik

Sizə fotoşəkillərinizi onlayn və daha rahat bir şəkildə redaktə etməyə imkan verir. Picnik Web-də yayımlanmış şəkillərinizi cəld redaktə etmək, kəsmək və keyfiyyətini yaxşılaşdırmaq üçün əla vasitədir. Photoshop kimi Picnik də ödənişsizdir və brauzer üzərindən istifadə edilir. Beləliklə siz şəkilərinizi hər yerdə rahatca redaktə edə bilərsiniz.



MPEG Streamclip

MPEG Streamclip Mac və Windows üçün video çeviricisidir. Nə vaxt video fayl formatını çevirmək istəsəniz bu konverteri HandBrake ilə birlikdə istifdə edə bilərsiniz, çünki video redaktə proqramı hər ikisini də dəstəkləyir. MPEG Streamclip- in başqa xüsusiyyətləri haqqında ətraflı məlumat almaq üçün bu səhifəyə daxi olun.


free counters

Uğurlu elektron kitab nəşr etmək üçün bələdçi

Thursday, November 10, 2011 @ 02:11 AM

Smashwords: Rəfdə 25 000 e-kitab  var

Smashwords işlərinizi iPad, Nook, Sony Reader, Kobo və digərləri üzərindən görmək üçün ən əlverişli pulsuz xidmətdir. 11,000-dən çox müəllifin 25,000 orijinal işinin nəşr edildiyi Smashword yeni başlayanlar üçün də yaxşı seçimdir.

  • Qəbul edilmiş fayl formatları: Microsoft Word Smashwords Style Guide ilə uyğun  gəlir. (bu həm də e-kitablarını başqa yerdən nəşr edənlər üçün də pulsuz və faydalı mənbədir).
  • Paylanma: Apple iPad iBookstore, Barnes & Noble, Kobo, Sony, Diesel və başqa pərakəndə satıcılar. Sənədlər Smashwords Premium Catalog –da göstərilən direktivlərə uyğun olmalıdır.
  • Xidmət haqqı: Ödənişsizdir.
  • Müəllif qonorarı: Müəlliflər Smashwords.com pərakəndə saytındakı təmiz satışın 85%-ni və əsas e-book pərakəndə satıcılarından (Alma, B&N, Kobo, Soni, etc). preyskurant qiymətinin 60%-ni qazanırlar, pərakəndə satıcı 30%i alır və Smashwords isə 10%-i  alır. E-kitabın qiymətini siz müəyyə edirsiniz və bu istənilən vaxt dəyişə bilər.

FastPencil:Elektron kitab nəşri indi daha rahat

FastPencil yazını sadələşdirmək üçün professional kitab şabonlarından, onların nəşri və satış prosesindən istifadə edir. Siz bütün prosesə nəzarəti itirmədən əlinizin altındakı müxtəlif nəşr paketləri ilə qrafik, redaktə və üz qabığı ilə bağlı peşəkar yardım ala bilərsiniz.

  • Qəbul edilmiş fayl formatları: İstənilən format! Sadəcə məzmununuzu Publishing Wizard – da yerləşdirin və e-kitabınız avtomatik olaraq iki məşhur fayl genişlənməsi olan ePUB və PDF-yə formatlanacaq.
  • Paylanma: Hansı paketi seçdiyinizdən asılı olaraq sizin e- kitabınız Amazon və  Barnes & Noble daxil olmaqla 32,000-dən çox onlayn pərakəndə satıcıların rəflərində yer ala bilər. Paylaşdırma qiymətləri 9.99 $-dan 149 $-a qədər dəyişir.
  • Xidmət haqqı: Qeydiyyatdan keçmək ödənişsizdir, pulsuz və ya bir-neçə yüz dollara publishing packagesvə individual services (nəşr paketləri və fərdi xidmətlər) təklid edir.
  • Müəllif qonorarı: FastPencil məsləhət görür ki, heç bir kitab 9.99 $-dan baha olmasın. Bu qiymətə əsaslanaraq, internetdəki təmiz satışın təxminən 80%i qazanırsınız və hakim pərakəndə satıcılardan preyskurant qiymətinin 55% -ni alırsınız.

Amazon: Kindle– yə gedin.

Amazon’s Digital Text Platform (Amazon Rəqəmsal Mətn Platforması) müəlliflərlə öz işlərini pulsuz və Amazon Kindle mağazaları üçün nəşr etməyə imkan verir. Kindle Amazonun bərk cildli kitablarından, Newsweek məlumatlarından daha çox satış istehsalı edir.

  • Qəbul edilmiş fayl formatları: Kindle HTML, MP3, PDF və TXT faylları dəstəkləyir, amma Rəqəmsal Mətn Platformasından nəşr edərək məzmununuzu HTML, ePUB, TXT kimi yükləyin, DOC və ya və PDF  kimi yükləmək mürəkkəbdir, həm də çevrimə zamanı formatı itə bilər.
  • Paylanma: Amazon Kindle Mağazası
  • Xidmət haqqı: Yoxdur
  • Müəllif qonorarı: Amazon rəqəmsal işlər üçün 35% Lisenziyalı ödəniş seçimi və ya 70% Lisenziyalı ödəniş seçimi təklif edir. 35% lik Lisenziyalı ödənişi seçdiyinizdə, sizin e-kitabınızın qiyməti minimum 99 sent olacaq, fayl ölçülərinə və maxing-ə əsasən $200 da ola bilər. 70% Lisenziyalı ödənişi seçdikdə isə e-kitabınıın qiyməti 2.99 $-dan 9.99 $-a qədər dəyişir və siz yalnız Birləşmiş Ştatlarda satışdan 70%i götürə bilərsiniz, xarici satışlardan isə 35% əldə edirsiniz.

 

Pubİt: İşlərinizi Nook ilə həll edin

PubIt! By Barnes & Noblee müəlliflərə dünyanın 1 №-li kitab satıcısı olan Nook eReader vasitəsilə kitablarını satmağa imkan verir. Sadəcə 3 sadə etapdan sonra sizn elektorn kitab arzunuz gerçəkliyə çevriləcək.

 

 

  • Qəbul edilmiş fayl formatları: PubIt! sizin DOC, DOCX, HTML, RTF, TXT fayllarınızı və şəkillərinizi Nook-da məşhur olan ePUB formatına dəyişəcək.
  • vasitəsilə satın
  • Xidmət haqqı: Yoxdur
  • Müəllif qonorarı: E-kitabınızın qiyməti 99 sentlə 199.99 $ arasında dəyişməlidir. Əksərən 2.99 $ və 9.99 $ arası qiyməti olan elektron kitabların satışından müəlliflər preyskurant qiymətinin 65%ini götürür. Əgər qiymət 2.99 $-dan az və ya 9.99 $-dan çox olrsa müəlliflər preyskurant qiymətinin 40%i qazanır.

Google eBooks: Özünüz həll edin!

Həm virtual kitab mağazası həm də kitabxana olan Google eBooks kitabsevərlər üçün geniş imkanlanr təklif edir. Yeni nəşrlər və bestsellerlərdən tutmuş klassiklərə qədər hər kateqoriyadan 3 milyondan çox kitabı (əsasən köhnə ictimai domen adları) pulsuz yükləmək imkanı və satış üçün yüz minlərlə ad təklif edir. Onun qeyri-adi nailiyyəti odur ki,  Google eBooks açıq platformaya malikdir və müxtəlif qurğular ilə işləmək mümkündür: blaknot, smart fonlar, kompüterlər, hətta əksər e-mürəkkəb qurğuları.

Google eBooks Partner Program və Library Project məhsuludur. İndiyə kimi, onun partnyorları ənənəvi və kiçik naşirlər (universitetlər və kitabxanalar) olmuşdur, amma bu hal-hazırda müstəqil e-kitabın yaradılmasına kömək etmir. Google belə güman edir ki, əlinizdə artıq tamamlanmış e-kitabınız var və onu yaymaq və tanıtmaq üçün onların marketinq imkanlarından istifadə etmək istəyirsiniz.

  • Fayl formatları: Google-nin elektorn kitabları birbaşa brauzer və ya tətbiqetmə üzərindən komputer və ya smartfonlar tərəfindən oxuna bilir. Əlavə olaraq, müəllif eReader-də oxunan başqa formatlar da yükləyə bilər.
  • Paylanma: Google elektron kitabları Google eBookstore-dan və ya kitab satıcılarından və Indie Bookstores, Alibris və  Powell’s Books kimi pərakəndə satış nöqtələrindən ala bilərsiniz.  Google eBooks tətbiqetməsi Apple iPad və iPhone üçün yüklənilə bilir.
  • Ödəniş haqqı: Google eBook Store-də öz kitablarını əlsvə etsinlər deyə müəlliflər üşün ödənişsizdir.
  • Müəllif qonorarı: Qeyri müəyyən amma artandır! Best Ebook Readers müəlliflərə öz kitablarını Google eBook Store –da necə yerləşdirmək lazım olduğu barədə göstəriş verir. Amma burada qiymətlər barədə heç bir mövzuya toxunulmayıb. Google eBooks müəlliflərə kitablarını satara pul qazana biləcəklərini vəd etsədə bunu necə etmək lazım olduğunu izah etmir.

Lulu: IPad-a nəşr edin

Lulu kitablarınızı özünüz nəşr etmək üçün yaxşı vasitədir. Lulu eBooks sizin Apple’s iBookstore-da (harada ki, İpad –də 150,000 kitab tapmaq mümkündür) olan işinizi 3 mərhələ ilə asanlaşdırır. Əvvəllər 1, 000-dən çox kitab Apple’s iBookstore-larda tapılırdısa, indi bu rəqəm 5, 000 mindən daha çoxdur və müəlliflərin aldığı lisenziyalı ödəniş 23 000 $-dır. (Bookstore adlarının çoxu ənənəvi naşirlərdən gəlir

  • Fayl formatları: Baxmayaraq ki, iBookstore-lar ePUB. Formatını tələb edir, DOC, RTF, WPS, ePUB, PDF, PS, JPG, GIF, PNG fayllar da qəbul edilir.
  • Paylanma: E-kitabınızı Lulu-nun mağazalarında və iBookstore-lərdə satın.
  • Ödəniş haqqı: Yoxdur
  • Müəllif qonorarı: Kitabınızı Lulu vasitəsi ilə satsanız internet satışınından gələn pulun 80%- i sizin olur. iBookstore-lərdən satsanız Apple preyskurant qiymətinin 30%ini alır, sizə də geri qalan preyskurant qiymətinin 70%inin 80%i ilə təmin edir.  (Bizim hesablamalarımıza görə bu qiymət 56%-dir)

BookLocker: Sadələşdirilmiş nəşr

BookLocker elektron kitabınızı nəşr etmək üçün ən asan vasitədir. Sadəcə qeydiyyatdan keçmək üçün qısa formu doldurun, daxil etditiniz məlumatları təstiq edin və istədiyiniz formada kitabınızın reklamlna başlayın.

  • Fayl formatları: BookLocker sorğularında sizin kitabınızında adını siyahıda qeyd etmək üçün PDF formatı tələb olunur. Ona görə fayllarınızı  PDF şəklində təstiq edin. Bunu http://createpdf.adobe.com/ -dan (və ya başqa pulsuz servisdən) özünüz də edə bilərsiniz. BookLocker-də isə buna görə sizdən 35 $ ödəniş alınır.
  • Paylanma: BookLocker bunu sizin ixtiyarınıza buraxır, amma hərhalda sizin kitabınızı öz siyahısında göstərir.
  • Ödəniş: BookLocker sizin kitabınızı sistemdə qeydiyyatdan keçirmək üçün heç bir ödəniş tələb etmir amma kitabınızın qiymətinin 5.95 $ və daha yüksən olmasını tələb edir.
  • Müəllif qonorarı: Qiyməti 8.95 $  və ya daha yüksək olan kitablardan müəlliflər preyskurant qiymətinin 70%i qazanır. 8.95 $ -dan aşağı olduqda preyskurant qiymətinin 50%-ni qazanır.

Əlbəttə ki, elektron kitabları oxumaq və yaymaq üçün başqa onlayn resurslar da var. Bunlardan biri də bizim favoritimiz olan və 2.2 milyon e-kitabı olan dünyanın ən geniş elektron kitab mağazası Diesel dir.

Cavab göndər