Təqvim

November 2017
M T W T F S S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Ağıllı məqsədlər yarat!

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Rəqəmsal İnkişaf İB

Yeni Media


Digg nədir?

Digg insanlara internet üzərindən kəşf etməyə və fikilərini bölüşməyə imkan verən məşhur sosial xəbərlər səhifəsidir.



Picnik

Sizə fotoşəkillərinizi onlayn və daha rahat bir şəkildə redaktə etməyə imkan verir. Picnik Web-də yayımlanmış şəkillərinizi cəld redaktə etmək, kəsmək və keyfiyyətini yaxşılaşdırmaq üçün əla vasitədir. Photoshop kimi Picnik də ödənişsizdir və brauzer üzərindən istifadə edilir. Beləliklə siz şəkilərinizi hər yerdə rahatca redaktə edə bilərsiniz.



MPEG Streamclip

MPEG Streamclip Mac və Windows üçün video çeviricisidir. Nə vaxt video fayl formatını çevirmək istəsəniz bu konverteri HandBrake ilə birlikdə istifdə edə bilərsiniz, çünki video redaktə proqramı hər ikisini də dəstəkləyir. MPEG Streamclip- in başqa xüsusiyyətləri haqqında ətraflı məlumat almaq üçün bu səhifəyə daxi olun.


free counters

Qeyri-komersiya qurumları üçün maraqlı video çarx hazırlamağın 4 yolu

Monday, October 24, 2011 @ 02:10 AM

Gündə 3,000- dən çox mesaj aldığımız bir zamanda qeyri-komersiya qurumları və ictimai təşkilatlar üçün bu mesajlara 1-2 dəqiqə içində cavab vermək çətindir. Amma müasir dövrün video və salyd hazırlama alətləri vasitəsilə bunu asanlıqla edə bilərsiniz. Bunun üçün yüksək keyfiyyətli video redaktə proqramlarına ehtiyacınız yoxdur. Diqqətçəkici bir mesaj, effektlər və bir az bacarıqla məzmunla musiqinin əla ahəngini yarada bilərsiniz.

Yeni multimedianın inkişaf etməsində əsasən 4 böyük şirkətin rolu var:

RockYou, Slide, AnimotoStupeflix.

Bu saytlar sizə şəkilləri yükləməyi, (əsasən Flickr və Facebook heabınızla daxil olaraq) onlara başlıqlar və musiqi əlavə etməyi asanlaşdırır, sonda isə professional və əla görünüşlü məhsul- video hazırlayır. Flickr və  Photobucket kimi şəkil paylaşma servisləri şəkilləri Web-də yerləşdirməyə və “slide show” hazırlamağa imkan verir. Gwendolyn Strong təşkilatı tərəfindən hazırlanan slide show – a baxın. Biz bu xidmətləri çox bəyənirik. Amma öz video çarxını yaratmağa imkan verən və video hazırlanmasına yeni nəfəs gətirən saytları daha çox sevirik. Bu saytların sizi necə qane edəcəyini özünüz də görəcəksiniz. Eynilə YouTube kimi.
İndi həmin saytların sizə nələr təflik etdiklərinə baxın:

Rockyou: web saytlara canlılıq gətirən “widget”- ləri ilə tanınan RockYou öz məzmununuzu yaratmağa və səhifənizi daha diqqət çəkici etməyə kömək edir. Videonuzu tamamlamaq üçün müəyyən bir tema,  musiqi, arxafon və şriftin növünü seçin. Video hazır olduqda sizə e-mail ilə göndəriləcək, bloqunuzda və ya başqa bir sosial media saytında yerləşdiriləcək. RockYou-nun ən unikal xüsusiyyəti odur ki, video hazır olan kimi siz onu kütləyə açıq edə bilərsiniz və kim istəsə onu öz Web saytında widget- lərə əlavə edə bilər. Bu da sizin və təşkilatınız fəaşliyyəti barədə məlumatın artmasında faydalıdır.

Süd vəzisi xərçəngi haqqında RockYou-da hazırlanan bir video həmin xəstəliklə problemi olanlar arasında geniş yayılmışdır. Bu tip bir video istənilən Facebook və MySpace istifadəçisinin səhifəsində yayımlanaraq daha çox insan tərəfindən izlənilə bilər.

Slide: müxtəlif dizayn və effektlərlə zəngin olan Slide sizə tamamilə fərqli bir təcrübə təklif edir. RockYou kimi burada da fayllarınızı komputerdən və ya mövcud Web hesabınızdan yükləyə bilərsiniz və onların görünüşü üçün istədiyiniz düzümü seçə bilərsiniz. Dizaynınızı slide keçidlər, örtüklər, temalar seçməklə, eləcə də musiqi və başlıq əlavə etməklə tamamlayın. Siz videonuzu kütləyə açıq və ya şəxsi edə bilərsiniz,və onu öz tanışlarınız arasında yaya bilərsiniz.

RCP hərəkatında öz tədbirlərini tanıtmaq və QİÇS barədə məlumat yaymaq üçün şəkillərdən “albom”yaradarkən də Slide- dən istifadə ediblər. Albomdakı müəyyən bir fotonun üzərində klikləməklə onların Facebook səhifələrinə keçid alırsınız. Bu da izləyicilərin sayını artırır və birliyi möhkəmləndirir.


Stupeflix: çoxlu sayda qabaqcıl multimedia texnologiyaları arasında Parisdə istehsal olunmuş Stupeflix sizə daha çox imkanlar təklif edir. Burada siz istədiyiniz temanl seçə və şəkillərinizi komputerdən, Facebook hesabınızdan, Picasa və ya Flickr– dən yükləyə bilərisiniz. Şəkilləri dartaraq və sürüşdürərək istədiyiniz kimi tərtib edə bilərsiniz, komputerinizdən musiqi fayllar seçərək soundtrack əlavə edə bilərsiniz. Yaratdığınız videonu ilkin baxışdan keçirin, pulsuz olaraq ixrac edin və bir neçə dollara onu daha yüksən keyfiyyətli formaya təkmilləşdirin. Siz bu videonu həmçinin Facebook və YouTube – da ödənişsiz və avtomatik olaraq yükləyə bilərsiniz. Stupeflix markasını silmək istəsəniz sadəcə 5$ ödəməklə öz lisenziyalı videonuza sahib ola bilərsiniz. (Əlbəttə ki, siz bütöv bir musiqi yoxsa onun kiçik bir hissəsindən istəfdə hüququnun olub olmadığı barədə əmin olmaq istəyəcəksiniz.Baxmayaraq ki, bu yazılmış qanunlara aid deyil. Yenə də, əgər sizin planlarınızda DVD satışa çıxarmaq varsa videodakı bütün məzmunlar barədə istifadə hüququnuzun təmin olunması  barədə əmin olun)

Stupeflix-də yaradılan tuxarıdakı video Avropa sahibkarlarının iclası olan Seedcamp 2008-i təqdim edir. Bu həm də marketinq materialı və bu konfransın tanıtım çarxı kimi də istifadə edilə bilər.

Stupeflix.tv də tvitlərin toplusu, Flckr-dən yüklənən və müəyyən bir mövzuya əsaslanan şəkillər qədər maraqlıdır. Qlobal istiləşmə barədə olan bu kanala baxın.

Animoto.com– da öz video slaydlarınızı yaradın. Animotonun xüsusiyyətlərində biri odur ki, sizə şəkilli, metrajlı və lisenziyalaşmış videonuzu yaratmağa imkan verir. Ən başlıcası odur ki, DVD keyfittəyli videolar yarada və yükləyə bilərsiniz. Videonun sonunda yerləşdirdiyini linkə basmaqla izləyiciləriniz sizin saytnıza keçid alacaq və fəaliyyətiniz barədə davamlı məlumatı olacaq. Qeyri-komersiya təşkilatları pulsuz Pro hesab üçün müraciət edə bilərlər,  şəkillər yükləyərək və mətn əlavə edərək Animoto sayəsində öz video məhsullarını yarada bilərlər.

The American Cancer Society də öz Düşərgə macəraları adlı proqramlarını tanıtmaq üçün belə bir video yatardılar. Bu videonu ərsəyə gətirmək üçün onlar Animomotoda şəkillər yükləyə, mətn yerləşdirə və Animoto-nun təqdim etdiyi 1, 000 musiqidən istifdə edə bildilər. Hazırladığınız videonu dərhal e-mail, Facebook, saytınız və bloqunuz, və ya YouTube üzərindən yaya bilərsiniz. Animoto barədə bizi çətnliyə salan və məyus edən tək cəhət odur ki, başqa istifadəçilərin videolarını yerləşdirə bilməzsiniz. Baxmayaraq ki, bu xüsusiyyət 1 il əvvəl mövcud idi, indi  bunu ləğv ediblər. Animoto dəstək komandasının üzvü Megan bizə dedi: “Təəssüf ki, təhlükəsizləik məsələlərinə görə biz yalnız videonu yaradan şəxsə embed koddan istifdə etməyi icazə veririk“ (Bizim fikrimizcə bu əslində mənfi cəhətdir. Xüsusən də aktiv təşkilatlar üçün. Buna görə də, öz ampulasında  bir zaman lider olan Animotonun imici aşağı düşə bilər)

Biz sizə Socialbrite üçün hazırladığımız 60 saniyəlik videonu göstərə bilərik, aşağıdakı video slayd şouları iə yox.

–       JGI Snare Removal Programs– Jane Goodall İnstitutu tərəfindən.

–       Save Darfur– (Qeyd: mövzunuza uyğun musiqi seçin)

(Qeyd: Animoto istifdəçisi qeyd edir ki, 5$ ilə Pro hesabınızı təkmillərşdirsəniz videonuzu endirə, YouTube – də yükləyə və payla.a bilərsiniz. Yaxşı üsuldur)

14 ay əvvəl şirkət qeyri komersiya təşkilatlarına və gənc aktivistlərə Anomotonun xidmətlərindən pulsuz, həm standart, həm də premium formada yararlanmağa imkan verən, Animoto for a Cause istifadəyə verdi. Animotonun Cause Case Studies page.  səhifəsində 13-ə qədər video görə bilərsiniz.

Digərləri:

Glogster

Yodio (diqqət: annoying audio introduction)

Kizoa

Masher

Photo Peach

Pixorial

Slideroll

Smilebox

 

Cavab göndər