Təqvim

September 2017
M T W T F S S
« Apr    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Ağıllı məqsədlər yarat!

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Rəqəmsal İnkişaf İB

Yeni Media


Digg nədir?

Digg insanlara internet üzərindən kəşf etməyə və fikilərini bölüşməyə imkan verən məşhur sosial xəbərlər səhifəsidir.



Picnik

Sizə fotoşəkillərinizi onlayn və daha rahat bir şəkildə redaktə etməyə imkan verir. Picnik Web-də yayımlanmış şəkillərinizi cəld redaktə etmək, kəsmək və keyfiyyətini yaxşılaşdırmaq üçün əla vasitədir. Photoshop kimi Picnik də ödənişsizdir və brauzer üzərindən istifadə edilir. Beləliklə siz şəkilərinizi hər yerdə rahatca redaktə edə bilərsiniz.



MPEG Streamclip

MPEG Streamclip Mac və Windows üçün video çeviricisidir. Nə vaxt video fayl formatını çevirmək istəsəniz bu konverteri HandBrake ilə birlikdə istifdə edə bilərsiniz, çünki video redaktə proqramı hər ikisini də dəstəkləyir. MPEG Streamclip- in başqa xüsusiyyətləri haqqında ətraflı məlumat almaq üçün bu səhifəyə daxi olun.


free counters

Sosial Media Vasitəsilə Vəsait toplamağın 24 yolu

Friday, October 21, 2011 @ 12:10 AM

Təşəbbüsə dəstək almaq üçün necə vəsait toplamaq olar

Hədəf kütləsi: Qeyri-kommersiya təşkilatları, sosial dəyişiklik təşkilatları, firmalar.

Son zamanlar sosial mediada böyük dəyişikliklər yaranıb. Feysbuk, Tvitter və digər sosial şəbəkələrin sayəsində öz layihəniz üçün vəsait toplayarkən daha geniş kütləyə müraciət edə bilərsiniz. Belə onlayn fəaliyyətdən əldə olunan nəticələr arasında böyük fərqlər var: Flora London Marafonundakı atletlər Justgiving adlı onlayn platformanın vasitəsilə 7.3 milyon dollar vəsait toplayıblar.

Trail of Tails Pet Walk and Festival isə sosial medianın imkanlarından istifadə edərək Jacksonville, Fla., Humane Society üçün daha az miqdarda, 41.000 dollar vəsait topladılar. Nyu York rəqqasəsi Amanda Gravel, ChipIn vidjetindən istifadə edərək döş xərçənginə qarşı kampaniyasına 988 dollar vəsait topladı.

Onlar buna necə nail oldu? Sosial alətlər sayəsində fond yaratma vidjet və ya nişanlarından, Tvitter və ya Causes müraciətlərindən ( Feysbukun bir hissəsi) istifadə edərək daha asan yolla vəsait toplamaq olar. Vəsait toplayanlar Network for Good və ya Paypal vasitəsilə fəaliyyətlərini tənzimləyərək öz mesajlarını daha kəsərli ifadə edir və düzgün insanları hədəf ala bilərlər. Hamı eyni üsuldan istifadə etmir: Bəziləri layihənizə dəstək üçün saytınıza reklam yerləşdirməyə və ya şəxsi veb səhifə yaratmağa şərait yaradır. Kampaniyanızın böyüklüyü və büdcəsi də böyük rol oynayır və hazırda kiçik qeyri-kommersiya təşkilatlarının istifadə edə biləcəyi çoxlu alətlər var- aşağıda orta miqyaslı və böyük təşkilatlar haqda məlumat verəcəyik.

DoGoodHQ: Soial faydalılıq üçün baxış

DoGoodHQ mütləq səmərələlik aləti olmasa da, üstü örtülü şəkildə fəaliyyət göstərir və QHT-lər və sosial aktivistlər üçün diqqət mərkəzində olmağın yaxşı yoludur. DoGoodHQ brauzer üçün yüklənən qoşmadır. Ödənişsiz olan və quraşdırılması saniyələr çəkən bu qoşma görmək istəmədiyiniz ən-ənənəvi elanları görmək istədiyiniz və dəstəklədiyiniz elanlarla əvəz edir. Biz QHT-lərə DoGoodHQ ilə əlaqə qurmağı və öz reklamlarını DoGoodHQ şəbəkəsində necə yerləşdirəcklərini öyrənməyi məsləhət görürük.

ChipIn: Vəsait toplamağın asan yolu.

ChipIn- Bölüşdürülmüş fond üçün istifadə edilən ən məşhur vidjet. Bu öz veb saytınıza və ya Feysbuk profil səhifəsinə yerləşdirə biləcəyiniz sadə bir alətdir.

Bu həm də kampaniyanızın irəliləyişini ölçmək üçün vəsait bağışlama əmri (düyməsi) təşkil edir. Əgər öz saytınız yoxdursa ChipIn-ə abunə olun və onlar sizin kampaniyanızı heç bir ödəniş tələb etmədən idarə edəcəklər. ChipIn-abunə olmaq ödənişsizdir, amma ianələri qəbul etmək üçün  PayPal hesabınız olmalıdır. Chipİn tərəfindən edilən hər pul-kredit töhfəsi bağışlanan vəsaitin 2.5 faiz miqdarında hesablanır.

GlobalGiving: Kütləvi layihələrə maliyyə ayırın.

GlobalGiving hər kəsin öz ideyasını bölüşdüyü və onlara maliyyə cəlb etdiyi xeyriyyəçilik üçün onlayn bazardır. Qeyri-Hökümət təşkilatı donorları Birləşmiş Ştatlarda və ondan kənarda dəstəyə ehtiyacı olan sosial layihə təşkilatları ilə əlaqələndirir. Dəstək olmaq istədiyiniz layihəni seçirsiniz, gəlir vergisindən çıxılan töhvə verirsiniz və müntəzəm olaraq yeniliklərdən xəbərdar olursunuz – beləliklə nə dərəcədə səmərəli olduğunuzu da öyrənirsiniz. Təşkilat sizin əlavə olaraq ödəyəcəyiniz 15 faiz gəliri özünə saxlayır, yəni ki, bəxşişinizin 100 faizi ianə etdiyiniz layihəyə bağışlanır.

Change.org: İnsanları fəaliyyətə həvəsləndirmə

Sosial müəssisə olan Change.org öndə gedən təşkilatlarla əməkdaşlıq sayəsində sosial məsələlər barədə məlumatlılığın artmasına kömək edir və insanları fəallığa həvəsləndirir. Faəliyyətlər hansısa təşkilata qoşulmaqdan, onlayn əzirələr hazırlamağa qədər ola bilər, və ya evsizlik və ya ərzaq probleminə görə hansısa konqres üzvünün ofisinə edilən müraciətlər də ola bilər .Ərizələr imzalamaq və şərhlər yazmaqdan əlavə, fotolar, videolar, logotiplər və əlavə materiallar yerləşdirilən səhifə yaratmaqla maliyyə tapa bilərsiniz. Change.org-un fond təşkil edən səhifələrdə artan qiymətlərdən xəbərdar olmaq üçün pul bağışlamaq əmri verən vidjetlərdən istifadə olunur. Üzv olmaq pulsuzdur; Fərdi səhifəyə sahib olmaq istəyənlər isə ayda 20 dollar ödəməlidir. İanə prosesinin ödəniş haqqı: hər işin 4.75 faizi.

ChangingThePresent: Dünyanı gözəlləşdir

ChangingThePresent sizi 1,500 –dən çox qeyri-adi xeyriyyə yönümlü kampaniyalar ilə birləşdirən qeyri-komersiyadır — məsələn, “20$  -a qlobal istiləşməni dayandırın″ və “ 40$-a pələngə qəyyumluq edin.” Təşəbbüsün və ya təşkilatınn adı ilə axtarış edərək dostlarınız və ya özünüz üçün xeyriyyə kampaniyaları tapın . Bu xidmət həm də donorları ana səhifələri üzərindən kiçik məbləğdə ianələr verməyə həvəsləndirir. Premium profiling qiyməti ilə 100 $ -dır. İanə prosesinin ödəniş haqqı: Hər ianədən 3 faiz və əlavə üstəgəl 30 sent.

Causes: Hər kəsi dünyanı dəyişməyə səsləyir

Causes insanların diqqətini hansısa bir təşəbbüsə yönəltmək üçün ən yaxşı vasitədir. Facebook üzərindən idarə olunan Causes qrant qəbul edənlərə ünsiyyətdə olduğu insanlar vasitəsilə bəxşişlər tapmağa kömək edir və cause-nin adından iştirak etmək istəyən könüllüləri toplayır. Saytdan sosiallaşmaq vasitəsi kimi istifadə etmək istəyənlər maliyyə qazana biləcək ideyaların reallaşmasına Cause profillərini Facebook səhifələrində paylaşmaqla qoşula bilərlər. İanə prosesinin ödəniş haqqı: Network for Good (Sosial şəbəkə ilə yaxşıya doğru) kampaniyasının 4.75 faizi; sadəcə Facebook üzvləri ianə edə bilər.

Givezooks!: bir neçə dəqiqə içində hədəfinizi dəstəkləyin!

Givezooks!, onlayn fond tapma platformasıdır, fərdlərə, QHT-lərə, fondlara və şirkətlərə burada hesab açaraq müəyyən bir iş üçün maliyyə tapmağa kömək edir. Onun yeni givezooks!events aləti ilə qeyri-komersiya qurumları onlayn tədbirlər (events) təşkil edir, e-mail dəvətləri və xatırlatmaları hazırlayır, göndərir və izləyir, layihələrin Facebook vəTwitter vasitəsilə tanıtımını aparır, biletlər satır və RSVP-ləri idarə edir. Tədbirlərin həyata keçirilmə haqqı: alınan və ya ianə ilə əldə edilən hər biletin 2.5 faizi (hər biletə maksimum 19.95$ ). QHT-lər  üçün onlayn kampaniyalar zamanı aylıq abunələr 129 $-dan başlayır.

FirstGiving: Xeyriyyə məqsədlərindən xeyir götürmək üçün

FirstGiving U.K. istehsalı olan JustGiving-in U.S istehsallı yardımçısıdır. Sayt xeyriyyə işlərində faydalı çıxmaq üçün alətlər təklif edir. Abunəçilər saytda öz veb səhifələri üzərndən fondlar tapa bilərlər. Sadə platforması ödənişsizdir. Səhifələrini fərdiləşdirmək, inkişaf etdirmək və səhifənin keçidini öz saytlarında qoymaq istəyənlər üçün isə illik ödəniş haqqı 300$ -dır. İanə prosesinin qiyməti: kredit kart proseslərinin 5 faizi və əlavə olaraq 2 faizi.

 

Razoo: Maliyyə yardımı etməyin həzzini yaşayın

Razoo onlayn pul bağışlamaq və ianə etmək üçün yeni vasitədir. İanə vermək istəsəniz, sevimli qeyri-komersiya təşkilatınız üçün fond ayırın və ya qeyri-komersiya təşkilatı kimi pul yığın. Razoo məqsədlərinizə çatmaq üçün asan alətlər təklif edir. Washington DC –də yerləşən qeyri-komersiya təşkilatı olan Razoo donorlara qrantlar vermək üçün həvəsləndirici imkanlar təklif edir və qeyri-komersiya təşkilatlarına, kpnüllülərə qrantlar, sosial media alətləri və ianə posesi təqdim olunan səhifələri tapmağa kömək edir.

 

SixDegrees: Yaxşılıq qığılcımlarını alovlandırın!

SixDegrees.org, Network for Good sosial şüur ilə sosial şəbəkə qurulmasına imkan verir. Saytda siz favorit hesab etdiyinz xeyriyyəçilik aksiyalarına inanə edərək və ya maliyyə yardımı tələb edən emblemlər göstərərək dəstək ola bilərsiniz— həmçinin digər insanların, məsələn məşhurların təşəbbüsləri ilə də maraqlanın.  Vebdə yerləşdirilə bilən alətlər vasitəsilə, məsələn, ianə vidjetləri ilə insanları asanlıqla ianə verməyə, yardımlara həvəsləndirilir. SixDegrees tərəfindən hazırlanan emblemlər şəkillərin, videoların və mətnlərin əlavə edirlməsi ilə fərdiləşdirilə bilər. Nişanların ölçü alətləri olmasa da irəliləyişi onların yuxarı hissəsindən izləmək olar. İanə prosesinin qiyməti: verilən bəxşişin 4.75 fazi, quraşdırılma pulsuzdur.

RT2Give: layiqli təşəbbüsü retvit et, 10$ xeyir ver.

RT2Give, Twitpay-in ianə proseslərini sosial şəbəkələrdə, məsələn Twitterdə təhlükəsiz həyata keçirən və qeyri-komersiya təşkilatların qrat tapmaq problemini həll edən xidmətdir. Misal üçün Dünya Malyaria günündə, 3 təşkilat 1 həftəlik birləşib komanda yaradaraq RT2Give-dən istifadə edərək xəstəliyin qarşısını alan yataq toru üçün maliyyə topladılar. (Hər 10$ bəxş Case Foundation 25,000$ -a qədər tərəfindən yığılıb.) Twitter özü TwitPay platformasından özünün Hope140 adlı #EndMalaria kampaniyasında pul bağışlarından istifadə edib. Sayt bir neçə redaktə edilmiş variantlardan istifadə edir:Orada deyilir: “bank heabı ilə ödəniş edin”, amma sonra kredit kartınızın nömrəsini soruşur. Twitterdə bu cür kampaniyaların daha çox olmasını istərdim. (qeyd: Twitter əsaslı Tipjoy da uğurlu alətdir).

JustGive: xeyriyyə bəxşişləri önündəki maneələri qaldırın
JustGive-də maliyyə tələb edən ve səhifə açmaqla qeyri-komersiya təşkilatları maliyyə dəstəyi tapa bilərlər və “Donate Now” (İanı ver) əmri olan düyməni quraşdırmaqla öz saytlarında da bundan istifadə edə bilərlər. İanə vermə haqqı: verilən məbləğin 3 faizi, quraşdırılma (qeydiyyatdan keçmə) haqqı və aylıq ödəniş yoxdur.

Crowdrise: vəsait tapmaq üçün sosial şəbəkələrdən istifadə
Crowdrise fərqli idea sahiblərinə fondlar tapmağın yolunu asanlaşdıran xidmətdir. Müəyyən məqsədləriniz varsa, könüllü kimi fəaliyyət göstərirsinizsə və ya hansısa ideyanızın həyata keçməsi barədə narahatsızsa sizə vəsait toplamağa kömək edəcək veb səhifələr yaradın, milyonlarla xeyriyyəçi içindən sizə maliyyə ayırmaları üçün seçim edin və onu sosial şəbəkələrdə paylaşın. Crowdrise istifadəçilərə qiymətlərə əsasən bonus xallar verməklə onları həvəsləndirir və stimul verir.

YourCause: Şəxsi veb səhifələr vasitəsilə qrant toplamaq

YourCause –un missiyası fərdlərə dünyamızı dəyişmək istəyi aşılamaqdır— səsinizdən, şəbəkələriniz və təsir sferanızdan başqalarının inkişafı üçün istifadə etməkdir. Peşəkar Your Cause komandası maliyyə dəstəyinə ehtiyac olan və cəlbedici ideyaların həyata keçməsi üçün səfərbər olur.

Better The World: Vebdə sörfinq (axtarış) etməklə məqsədləriniz üçün vəsait tapın
Better The World sizə Vebdə axtarış etməklə və baxdığınız səhifələrdə müyyən reklamları göstərən yan paneli yükləməklə öz ideyalarınız üçün vəsait tapmağa kömək edəcək platformadır—bütün dünya üzrə yayılan xeyriyyə tədbirləri şirkət tərəfindən istifadəçilrə verilən istədiklərini seçmək imkanı ilə hissələrə ayrılmışıdr.

Pifworld: İrəli apar

Pifworld –dakı PİF hərfləri bunu bildirir: “play it forward.” (irəli apar) Bu, xeyriyyə tədbirlərinə onlyn ianə vermək və dostlarınızzı da bundan istifadəyə dəvət etmək üçün vasitədir. Saytın əsası 2009-cu ilin Martında Amsterdamda qoyulub və halhazırda platformada 45 xeyriyyə layihələri var. İctimai birlikləri səfərbər edərək birlikdə müsbət dəyişikliklər edə bilərik, məsələn, vəhşi təbiəti, cəngəllikləri qoruya və ya məktəblər tikə bilərik.

 

PincGiving: Vəsait tapmaq üşün onlayn platforma
PincGiving korporasiyalara və xeyriyyə qurumlarına öz məqsədlərini həyata keçirməyə kömək edir. Birləşmiş Ştatıar, Kanada, Birləşmiş Krallıq və Avstralyadakı xeyriyyəçilik seçimlərinizə ianə veron; təşkilatınızn veb səhifəsində bağışlamalar yerləşdirin; qarşılıqlı fond tapmaq kampaniyası başladın və ya qrant hesabından istədiyiniz valyutada miyonlarla vəsait götürün.

 

Universal Giving: Qlobal təşəbbüslərə könüllü yardım et və ya ianə

Universal Giving insanlara bütün dünyadakı öndə gedən layihələrdə könüllü olmaq və ya ianə vermək üçün inkan yaradan bir şəbəkədir. İanə etdiriniz vəsait 100 faiz qeyri-komersiya təşkilata çatır və təşkilat ona toxunmur.

 

SocialVibe: Xeyriyyə işlərinə dəstək olmaq üçün markalarla əməkdaşlıq
SocialVibe qeyri-komersiya təşkilatlarını və fərdlri markalarla birləşdirən, onları donorlarla ünsiyyətdə olmağa və məqsədlərini həyata keçirmək xatirinə markalaşmış kontenti sosial şəbəkədə paylaşmağa həvəsləndirən mikro fond tapma üzrə sosial media vasitəsidir. SocialVibe korporasiya əməkdaşlarını reklamın interkaktiv yollarından istifadəyə həvəsləndirərək 40-dan çox qeyri-komersiya təşkilatı üçün 700,000$ vəsait ayırıb. İstifadəçilər donorların etdiyi kimi bütün xeyriyyə kampaniyalarını hamısına ianə etməli deyillər. Adi istifadəçilərdən istənilən kömək sadəcə öz saytlarında, sosial şəbəkə səhifələrində, məsələn, MySpace, Facebook və ya bloqlarında yan paneldə SocialVibe vidjetləri yerləşdirməkdir.

Giving Impact: Donorları paylaşma vasitəsilə həvəsləndirin

Giving Impact, Minds on Design  tərəfindən hazırlanan Web əsaslı servisdir və özünü  “qeyri-komersiya təşkilatları üçün fondlar təqdim edən, donorlara paylaşa vasitəsilə stimul verən və təşkilatlara münasib qiymətə və adi ianə kampaniyası ilə müxtəlif kampaniyaları idarə etmək üçün uyğunlaşma qabiliyyəti təklif edən onlayn platforma” kimi təqdim edir, hər yeni avadanlıq kimi ehtiyatla idarə olunur amma biz onlar üçün daha yaxşı nəticənin olmasını arzulayırıq. Aylıq ödəniş 30$ dir və 20$-dan çox olan ianələr zamanı sövdələşmə üçün 1$; ianələr PayPal vasitəsilə həyata keçiriləcək

Daha çox fond axtarışları üçün alətlər
QHT-lər məharətli nəticələr təqdim edən kampaiyalarla maraqlanırlar və bu axtarış daha geniş vəsait toplamağa imkan verən paketlərin tapılmasına imkan verər.Tələblərinizdən asılı olaraq, bu həll yolları uzun müddətli və ya geniş miqyaslı kampaniyaların həyata keçməsinə dəstək ola bilər. Ümumiyyətlə, bu xidmətlər kampaniyalar üçün ayda bir neçə dollardan minlərlə dollara qədər ola bilər. Bu fond tapmaq məsələsinin mükəmmək həlli yolu deyil amma təklif edə biləcəyimiz xidmətlər də var:

Donor Perfect: Donor münasibətlrinin inkişafına kömək edir və maraqlı fond tapma nəticələrini arxivləşdirir

Donor Perfect Kiçik və inkişaf edən QHT-lər üçün ayr paketdə, orta və böyük təşkilatlar üçün dı ayrıpaketdə təklif olunur. Təşkilatınızn böyük-kişikliyindən asılı olaraq, Donor Perfect tərəfdarları ianə verməyə həvəsləndirmək üçün onlayn proqram təminatı həlli yolları təklif edir. Daha kiçik paketlər 39 $-dır və aya 119$ ödənilir, və əsas paketin qiyməti aya 199 $-dır.

 

Care2: Sosial aktivistlərin geniş əhatəsinə giriş

Care2 həm sosial və ətraf mühit mövzularında internetdə aktiv olan 12 milyondan çox istifadəçidən ibarət onlayn əhatə kimi, həm də aktivlik və fond tapmaq üçün polatforma kimi xidmət göstərir. Qeyri-komersiya təşkilatlarını, ayrı-ayrı fərdləri və sosial məsuliyyətli biznes qurumlarını bir araya gətirməklə, təşkilatlara və şitkətlərə işlərində yeni tərəfdarlar tapmağa kömək edə bilir və bu proses boyunca tərəfdarlar, aktivistləri və donorlardan ibarət e-mail listini genişləndirməyə imkan verir. Təxminin 500 böyük və orta miqyaslı qeyri-komersiya təşkilatları Care2-nun sosial şəbəkə strategiyalarından istifadə edib, bura hımçinin – ianə etmək üçün kliklə-  , email strategiyaları, onlayn ərizələr, sağlam həyat yolları, eco-shopping and e-kartlar aiddir. Kampaniya xərcləri 5,000$-dan başlayır.

Convio: Fanatları donorlara çevirir

Convio – QHT-lər üçün marketing, vəsait toplama, vəkillik yardımı və donor haqqında məlumat bazası olan alətlərlə təmin edir. OnunTeamRaiser for Special Events modulu istifadəçilərə öz missiyalarını onlyn və yenilənmiş, həm də istifadə edə biləcəkləri, fərdlərlə əməkdaşlıqda olub onları daimi tərəfdarlara çevirə biləcəkləri marketing proqramlarına yönəldir. İstifadəçilər fərdləri və komandanı fond tapmağa imkan verən məlumatlandırıcı səhifələrlə təmin edir. Constituent360, onlayn qanunverici məlumat bazasıdır və TeamRaiser –in tərki hissəsinə aiddir.

Kintera: Təşkilatınızın fond tələb edən komanda şəklində tədbirlərini dəstəkləyir

Kinetanın Friends asking Friends kampaniyası qeyri-komersiya təşkilatları tərəfindən geniş istifadə olunur, məsələn Amerikda Amnesty International tərəfindən. Müxtəlif səhifələri olan fond toplayanların təcrübəli və xüsusi bölünmüş kampaniyalarına icazə verir deyə, geniş miqyaslı kampaniyalar üçün əlverişli alətə çevrilib. Bu proqramın köməkliyi ilə, nə qədər tərəfdar və ya könüllü olmasından, və ya xeyriyyə məqsədi ilə nə qədər səhifənin yarsdılmasından asılı olmayaraq, idarəetmə mərkəzləşdirilə bilər. Friends Asking Friends-dən  istifadə qiyməti 1,400$, əlavə olaraq, hər qazanılan ianənini bir faizi

 

Artez: Tərəfdarlarınızı  maliyyə dəstəkçilərinə çevirin

Artez Interactive – sizi QHT-nizin müəyyən tələblərinə uyğun gələn kampaniyalara başlamaq üçün onlayn vəsait toplama alətləri ilə təmin edir. Tərəfdarlar rahatlıqla ianə verə və ya bir tədbirə bilet ala bilərlər.  Artez həmçinin sizə tədbirinizi genişləndirmək və ya brendinizin sosial mediayaya daxil olmasına imkan yaradır və müştəriləri zəngin məlumat alətləri ilə təmin edir.

 

Cavab göndər