Təqvim

July 2017
M T W T F S S
« Apr    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Ağıllı məqsədlər yarat!

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Rəqəmsal İnkişaf İB

Yeni Media


Digg nədir?

Digg insanlara internet üzərindən kəşf etməyə və fikilərini bölüşməyə imkan verən məşhur sosial xəbərlər səhifəsidir.



Picnik

Sizə fotoşəkillərinizi onlayn və daha rahat bir şəkildə redaktə etməyə imkan verir. Picnik Web-də yayımlanmış şəkillərinizi cəld redaktə etmək, kəsmək və keyfiyyətini yaxşılaşdırmaq üçün əla vasitədir. Photoshop kimi Picnik də ödənişsizdir və brauzer üzərindən istifadə edilir. Beləliklə siz şəkilərinizi hər yerdə rahatca redaktə edə bilərsiniz.



MPEG Streamclip

MPEG Streamclip Mac və Windows üçün video çeviricisidir. Nə vaxt video fayl formatını çevirmək istəsəniz bu konverteri HandBrake ilə birlikdə istifdə edə bilərsiniz, çünki video redaktə proqramı hər ikisini də dəstəkləyir. MPEG Streamclip- in başqa xüsusiyyətləri haqqında ətraflı məlumat almaq üçün bu səhifəyə daxi olun.


free counters

QHT-lər üçün 10 uğurlu məsləhət

Tuesday, October 18, 2011 @ 12:10 AM

Sizin bir sosial media strategiyanız var- bəs indi nə etmək fikriniz var? Strateji məqsədlərinizi həyata keçirmək üçün sosial media alətlərindən istifadə ən düzgün yoldur, amma bəzən onlardan istifadə üçün bir neçə məsləhətə ehtiyacınız ola bilər.

QHT-lər strategiyalarına maraqlı ideyalar qatmaq üçün 50 məsləhət ( 50 Social Media Tactics for Nonprofits). Elementar səviyyədən orta səviyyəyə qədər olan bu məsləhətlər strateji məqsədləri dəstəkləmək üçün və tərəfdarlarınızı da fəaliyyətə sövq etmək üçün işlədilə bilər.
Aşağıda başlanğıc üşün sizə kömək edə biləcək 10 məsləhət var:

Facebook like düyməsini əlavə edin
1. Oxucuları sizin saytınıza və bloqunuza cəlb etmək üçün ən yaxşı yollardan biri Facebook like düyməsidir.
customizing this widget at Facebook.com
– bununla like düyməsini bir neçə dəqiqə içində saytınızda yerləşdirə bilərsiniz. Kimsə sizin bloqunuzda və ya saytınızda olan bir postu “like”etdikdə, Facebook “news feed”-də görünəcək və həmin insanın Facebook dostlarını sizin kontentinizə gətirəcək.

____________________________________________________________________________________________

Facebook icmanız üçün qaydaları göstərin
2. Bəzi təşkilatlar onların Facebook divarlarında yazılan mənfi şərhlərə görə narahat olurlar. Bu problem yarada bilər, ona görə bizim fikrimizcə, Facebook səhifənizin kənarında şərh yazma qaydaları tərtib edin. Bu sizə kontentinizi daha şəffaf idarə etməyə kömək edəcək və izləyicilərinizə düzgün fikirlər aşılayacaq. Birləşmiş Ştatların Humanitar Cəmiyyəti öz Facebook səhifələrində bundan effektiv istifadə etmişdir

____________________________________________________________________________________________

Səhifənizdə müəyyən bir faəliyyətə müraciətdən çəkinməyin
3. Facebook səhifənizdə hansısa bir fəaliyyətə təhrik yoxdursa böyük bir imkanı əldən verirsiniz. FBML tətbiqetməsindən istifadə etməklə siz proqramları və başqa fəaliyyətləri göstərən xüsusi qoşma yarada bilərsiniz. The Best Friends and Animal Society də Adopt qoşması ilə bundan effektiv istifadə edir. Səhifənizə gələn istifadəçiləri müəyyən fəaliyyətə gətirən qoşmalar bunlardır: “Hesab aç”, “Könüllü”, “Qeydiyyatdan keç”.

____________________________________________________________________________________________

Auditoriyanızı genişləndirmək üçün dost kampaniyasına başlayın
4. Yeni dostlarınızdan və digər istifadəçilərdən sizin Facebook səhifənizə qoşulmalarını xahiş etməkdə heç bir ziyan yoxdur. Facebook dostlarınızın hər birinin öz şəbəkəsi var (orta Facebook istifadəçisinin 130 dostu olur). Onlardan da öz dostlarına sizin səhifənizə qoşulmaları üçün xahiş etməkdən çəkinməyin. The California State Parks Foundation “Dost dəst gətirər” kampaniyası keçirdilər və 517 tərəfdar qazandılar. 2 həftə içində onların tərəfdarlarının sayı 517-dən 33.000-ə çatdı. İndi isə bu say 60.000-ə yaxındır.

____________________________________________________________________________________________

Bir iş barədə brendləşmiş sosial şəbəkə yaradın
5. Facebook böyük bir icmadır. Amma bəzi təşkilatlar növbəti və daha yüksək səviyyəyə keçmək üçün xüsusi sosial şəbəkələr yaratmağa ehtiyac duyurlar. Bir tərəfdən də, daxili cəmiyyətdə orta ölçü ekvivalent sosial şəbəkə olan Facebook-dan daha genişdir. Bu zaman təhlükəsizlik, branding və məlumatlar üzətində nəzarət də asanlaşır. Bundan əlavə, əgər sizin təşkilatınız daha həssas mövzularla maraqlanırsa bu sosial şəbəkələrin təhlükəsizlik xüsusiyyətləri sizi həvəsləndirə bilər. The Christopher & Dana Reeve Foundation sürətlə inkişaf edən sosial şəbəkəyə malikdir. Bu şəbəkə daha çox iflicli adamlara dəstək məqsədilə yaradılıb.

____________________________________________________________________________________________

Tərəfdarlarınızı öz sosial şəbəkələrindən istifadə etməyə həvəsləndirin
6. Alternativlərin təklif edilməsi bacarıqlı və həvəsli tərəfdarları bacarıqlı fond sahiblərinə çevirmək üçün ən maraqlı yoldur. Bir çox qeyri-komersiya təşkilatları ad günlərini, toylar, məzun günlərini və tədbirləri zamanı ən-ənəvi hədiyyələrdən çox pul mükafatına önəm verirlər. Facebook Causes bu meyli başqa istiqamə daşımış və istifadəçilərin ad günləri zamanı adi hədiyyələr yerinə ad günü arzuları ilə ianə etməyə dəvət edir. Bu yolla 7,5 milyon dollardan çox pul bəxş olunmuşdur. Belə ki, siz də öz tərəfdarlarınızı öz ad günü arzularını təqdim etməyə həvəsləndirin.

____________________________________________________________________________________________

Yenilikləri saytınızda göstərmək üçün Twitter widget-(vidjet)- lərindən istifadə edin
7. Sosial şəbəkənizi saytınız və ya bloqunuzda göstərməyiniz məzmunu yaymaq və yeni izləyicilər qazanmaq üçün əla yoldur. Saytınızda yeləşdiriləbilən vidjetlər (Widgets)  sayəsində Twitter bunu sizin üçün asanlaşdırır. Saytınızdakı axtarış vidjeti hansısa açar sözü,  haşteqi və ya təşkilat adı Twitter kontenti ilə əlaqəlndirmək üçün əla yoldur. Profil Vidjeti, Favoritlər Vidjeti və Siyahı vidjetlərini də yoxlamağa dəyər.

____________________________________________________________________________________________

Tvitləri təyin etməklə komanda əməkdaşlığını möhkəmləndirin
8. Bir çox qeyri-komersiya təşkilatlarının sosial media fəaliyyətinə nəzarət etmək və cavab vermək üçün resursları yoxdur. CoTweetHootsuite kimi alətlər çoxsaylı əməkdaşlar birgə işləməyə və tvitləri sadə bir alət üzərindən etməyə imkan verir. Planlaşdırılan komanda üzvlərini bloq postları, tədbir xatırlatmaları, xəbərlər barədə tvitləmək və tvitlərə cavab verməkdən, retvit etməkdən azad edir.

____________________________________________________________________________________________

Çoxsaylı müraciətlər üçün video annotasiyalardan istifadə edin
9. Tərəfdarlarınızı müəyyən fəaliyyətə səsləmək sosail media fəaliyyətinin verdiyi imkanlardan biridir, belə ki, bu imkanı heç vaxt əldən verməyin. YouTube-da video annotasiyalarında istifadə etmək izləyicilərinizi sizin saytınıza gəlməsi və orada qeydiyyatdan keçmələri üçün əla vasitədir. STILLER STRONG –un videolarında interaktiv menu yaratmaq üçün video annotasiyalardan necə istifadə etdiyinə baxın. Onlar həm də digər təşkilatların müraciət üçün video annotasiyalardan necə istifadə etdiklərini öyrənirlər. (YouTube-nin qeyri-komersiya təşkilatları üşün proqramından qeydiyyatdan keçdiyinizdən əmin olun)

____________________________________________________________________________________________

Nişanlama (Check-in)  ilə olduğunuz əraziləri qeyd edin.
10.Foursquare qeyri-komersiya təşkilatlarına öz missiyalarını lokal ərazidə yaymaq və tanıtmaq üçün böyük imkan verir. Görüş yerləri, gediləcək yerlər işarələnib ckeck-in ilə göstərilə bilər. Məsələn, Çarleston Park Təbiəti Mühafizə xidməti Foursquare istifadəçilərini yaxınlıqdakı parklara da yönəltmək üçün bu nişanlardan istifadə edir. (Mən həmçinin ətraf-mühiti mühafizə qruplarını da check-in dən istifadə etdiyi görmüşəm, onlar yaxınlıqdakı zibil atma yerlərini və heyvanlara qulluq mərkəzlərini Foursquare-də qeyd edirlər)

Yaradıcı olun!

Cavab göndər