Təqvim

September 2017
M T W T F S S
« Apr    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Ağıllı məqsədlər yarat!

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Rəqəmsal İnkişaf İB

Yeni Media


Digg nədir?

Digg insanlara internet üzərindən kəşf etməyə və fikilərini bölüşməyə imkan verən məşhur sosial xəbərlər səhifəsidir.



Picnik

Sizə fotoşəkillərinizi onlayn və daha rahat bir şəkildə redaktə etməyə imkan verir. Picnik Web-də yayımlanmış şəkillərinizi cəld redaktə etmək, kəsmək və keyfiyyətini yaxşılaşdırmaq üçün əla vasitədir. Photoshop kimi Picnik də ödənişsizdir və brauzer üzərindən istifadə edilir. Beləliklə siz şəkilərinizi hər yerdə rahatca redaktə edə bilərsiniz.



MPEG Streamclip

MPEG Streamclip Mac və Windows üçün video çeviricisidir. Nə vaxt video fayl formatını çevirmək istəsəniz bu konverteri HandBrake ilə birlikdə istifdə edə bilərsiniz, çünki video redaktə proqramı hər ikisini də dəstəkləyir. MPEG Streamclip- in başqa xüsusiyyətləri haqqında ətraflı məlumat almaq üçün bu səhifəyə daxi olun.


free counters

Jurnalistlər üçün Twitter-dən 6 məsləhət

Monday, October 17, 2011 @ 11:10 PM

Twitter-də idarə paneli yaradın

1. Özünüz üçün bütün günü işləyəcək bir tətbiqetmə seçərək Twitterverse-nizi idarə edin. Yüklənilə bilən ən yaxşı 2 desktop tətbiqetməsini sizə təklif edirik: TweetdeckSeesmic Desktop, və ya Hootsuite – quraşdırıla bilən Web əsaslı tətbiqetmə.

 

___________________________________________________________________________________________

Yerli twitter istifadəçilərini tapın

2. Twitter lokal  kollektivə qoşulmaq üçün əla vasitədir. Bir neçə əməliyyat ilə tanıdığınız Twitter istifadəçilərini asanlıqla tapa bilərsiniz. Əvvəlcə Twitter-in üstün axtarış sistemini yoxlayın. Bunun üçün lazım olan mərhələlər: search.twitter.com/advanced, sonra “Near this place” bölməsində şəhər və ya ölkə kodunu daxil edin və axtarış radiusunu seçin. Axrarış nəticələri istifadəçilərin öz hesablarında göstərdikləri şəxsi məlumatlara əsasən təyin edilir. Sınamağa dəyər digər alətlər də var: TwitterLocal.net, NearbyTweets, Localtweeps, eləcə də Twinkle, TwitterFon, TweetieTwittelator Pro kimi IPhohne üçün olan müxtəlif tətbiqetmə proqramları var. Happn.in yeni lokal Twitter tətbiqetməsidir. Onun sayəsində spesifik bir ərazi üçün tendensiya olan mövzular və söhbətlər barədə xəbərdar olursunuz. Biz sizə Twellow və Twitter Yellow səhifələrini də- MrTweet and Justtweetit–  məsləhət görürük. Bu 3 alət vasitəsi ilə sizinlə eyni maraq sahəsində olan insanlarla tanış ola bilərsiniz.

___________________________________________________________________________________________

Ən son xəbərləri izləyin

3. Web-dən ən son yenilikləri izləmək üçün Twitterfall-dan istifadə edin. Maraq dairənizdə olan, müəyyən mövzular üçün xüsusu axtarış edin və onu sonrakı axtarışlar üçün yadda saxlayın. Dislokasiya panelinə yer adı daxil edib həmin yerdəki nsanların hansı mövzuları müzakirə etdiyini izləyə bilərisiniz. Bu tətbiqetmədən istifadə etməklə siz ən son xəbərlər barədə məlumat ala bilərsiniz. Bundan başqa haştəqlər vasitəsilə maraqlandığınız mövzuları izləyə bilərsiniz. Məsələn: #health, #obama və s. BreakingTweets jurnalistlərin tvitterdən topladıqları xəbərləri yerləşdirdikləri saytdır. TweetBeep vaisətsi ilə əvvəlcədən müəyyən etdiyiniz mövzular barədə saatbaşı e-mail ala bilərsiniz.

____________________________________________________________________________________________


Twitter- də aktivliyiniz və nə dərəcədə məşhur olduğunuzu yoxlayın

4. Bəzən siz Twitterville- də aktivliyinizi yoxlaya bilərsiniz. Bunun üçün çox vasitələr var. Twitter ID –nizi Twitterholic– də daxil edin (Siz həm də öz şəhərinizdən olan aktiv Twitter istifadəçilərini görə bilərisiniz). Twitter-də aktivliyinizi Twinfluence, TwitterGrader, TwittoratiTwitalyzer vasitəsi ilə də yoxlaya bilərisiniz. Retweetrank, Tweetmeme, TwitturlyRetweetist vasitəsilə “tweet”- lərinizin neçə dəfə “retweet” olunduğunu öyrənə bilərsiniz. Paylaşdığınız Url izləyiciləriniz tərəfinfən neçə dəfə kliklədiyini bilmək üçün , Bit.lyTweetStats əla vasitələrdir.

____________________________________________________________________________________________

Mənbə tapın

5. @helpareporter jurnalistlərə 100, 000-dən çox mənbə təflik edir. . Peter Shankman (@skydiver) onlara necə cavab vermək barədə postlar tvit edir. Jurnalistlər onlayn forma vasitəsilə sorğunu təstiqləyirlər, həmin mənbələr də gündə 3 e-mail göndərməklə 15-30 sualı e-poçtla onlara çatdırır.

____________________________________________________________________________________________

Olduğunuz yerdən məlumat ötürmək

6. Twitcam yeni xidmətdir. Twitter-in sadəliyi ilə  Livestream-in canlı yayım və görüntülü ünsiyyət  qabiliyyəti özündə birləşdirir. Bu əməkdaşlığa görə  Livestream -ə təşəkkürlər! Bunanla siz səhnədən çıxışları, yanğın, etiraz aksiyalları və digər son xəbərlər barədə canlı məlumat ötürə bilərsiniz. Twitter üzərindən canlı yayım səhifənizdə görüntülü söhbət edə bilərsiniz. Bütün Twitcam sessiyaları arxivləşdirilir və sizin xəbərlər səhifənizdə yerləşdirilir.

Cavab göndər