Təqvim

November 2017
M T W T F S S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Ağıllı məqsədlər yarat!

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Rəqəmsal İnkişaf İB

Yeni Media


Digg nədir?

Digg insanlara internet üzərindən kəşf etməyə və fikilərini bölüşməyə imkan verən məşhur sosial xəbərlər səhifəsidir.



Picnik

Sizə fotoşəkillərinizi onlayn və daha rahat bir şəkildə redaktə etməyə imkan verir. Picnik Web-də yayımlanmış şəkillərinizi cəld redaktə etmək, kəsmək və keyfiyyətini yaxşılaşdırmaq üçün əla vasitədir. Photoshop kimi Picnik də ödənişsizdir və brauzer üzərindən istifadə edilir. Beləliklə siz şəkilərinizi hər yerdə rahatca redaktə edə bilərsiniz.



MPEG Streamclip

MPEG Streamclip Mac və Windows üçün video çeviricisidir. Nə vaxt video fayl formatını çevirmək istəsəniz bu konverteri HandBrake ilə birlikdə istifdə edə bilərsiniz, çünki video redaktə proqramı hər ikisini də dəstəkləyir. MPEG Streamclip- in başqa xüsusiyyətləri haqqında ətraflı məlumat almaq üçün bu səhifəyə daxi olun.


free counters

Parolun daha etibarlı olması üçün.

Monday, April 21, 2014 @ 12:04 AM

Məlum olduğu kimi, elektron poçt və sosial şəbəkə hesablarının oğurlanmasının əsas səbəblərindən biri də çox sadə parollardan istifadə edilməsidir.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, istifadəçilər öz şifrələrini unutmamaları üçün ya 12345 kimi olduqca sadə şifrələrdən və yaxud telefon nömrələrindən və ya təvəllüdlərindən istifadə edirlər ki, bu da onların yaxından tanıya bilən adamlara asanlıqla onların hesablarına ələ keçirməyə imkan yaradır.

Tövsiyələrə əsasən, parol bütöv bir sözü ifadə etməməli, ən azı 8 simvoldan ibarət olmalı və böyük və kiçik hərflərdən təşkil olunmalıdır. Bununla yanaşı, istifadəçilərin rəqəm və simvollardan istifadə etməli olduğu da tövsiyələrə daxildir.

İstifadəçilər bu qaydalara əməl etməklə Elçin90eLi kimi bir şifrə yarada bilər, lakin bu şifrəni çətin şifrə hesab etmək olmaz. Çünki bütöv sözü (Elçin eli) ifadə edib.

Mərkəz bildirir ki, bu halda çətin və yaddaqalan şifrə yaratmağın ən sadə üsulu sizə yaxın olan bir cümlənin baş hərflərindən istifadə etməkdir. Nəzərdə saxlayaq ki, həmin cümlədə hər hansı xüsusi rəqəmlərdən də istifadə olunması sizin şifrəni daha da çətinləşdirəcək. Məsələn, Mənim balaca qardaşım İsmayıl 14 dekabr 2005-ci ildə Bakıda anadan olmuşdur.

Bu cümləni təşkil edən sözlərin ilk hərflərindən istifadə edərək şifrəmizi yaradırıq: Mbqİ14d25iBao və ya qısa cümlədən istifadə edirik: Mən 1993-cü ildə Bakıda anadan olmuşam.

Həmin cümləni təşkil edən sözlərin ilk və son hərflərindən istifadə etməklə də öz çətin parolunuzu yarada bilərsiniz: mn13iəBaanom

Qeyd edək ki, əgər istifadəçi düşünürsə ki, bu cümləni unuda bilər, o halda həmin cümləni bir yerdə qeyd edə və unutduğuna da baxa bilər. Lakin həmin cümləni harasa qeyd edərkən altından parolum, fb parolum kimi ifadələrdən istifadə etməməli olduğunu unutmamalıdır.

password-cracking-shutterstock

Cavab göndər