Təqvim

November 2017
M T W T F S S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Ağıllı məqsədlər yarat!

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Rəqəmsal İnkişaf İB

Yeni Media


Digg nədir?

Digg insanlara internet üzərindən kəşf etməyə və fikilərini bölüşməyə imkan verən məşhur sosial xəbərlər səhifəsidir.



Picnik

Sizə fotoşəkillərinizi onlayn və daha rahat bir şəkildə redaktə etməyə imkan verir. Picnik Web-də yayımlanmış şəkillərinizi cəld redaktə etmək, kəsmək və keyfiyyətini yaxşılaşdırmaq üçün əla vasitədir. Photoshop kimi Picnik də ödənişsizdir və brauzer üzərindən istifadə edilir. Beləliklə siz şəkilərinizi hər yerdə rahatca redaktə edə bilərsiniz.



MPEG Streamclip

MPEG Streamclip Mac və Windows üçün video çeviricisidir. Nə vaxt video fayl formatını çevirmək istəsəniz bu konverteri HandBrake ilə birlikdə istifdə edə bilərsiniz, çünki video redaktə proqramı hər ikisini də dəstəkləyir. MPEG Streamclip- in başqa xüsusiyyətləri haqqında ətraflı məlumat almaq üçün bu səhifəyə daxi olun.


free counters

Təşkilatınızda əməkdaşlarınızı fəaliyyətə səfərbər edin

Wednesday, October 5, 2011 @ 01:10 AM

İşinizi asanlaşdırmaq üçün 12 mərhələ

1. Qulaq asın
Sizə maraqlı olan icmanın nəyi müzakirə eydiyini  bilmək üçün qulaq asın. Dəstək istəməzdən əvvəl bir işlə, məşğuliyyətlə təmin edin.

2. Dəqiq məqsədlərinizi təyin edin
Nail olmaq istədiyiniz məqsədlərinizi aydınlaşdırın və şirkətinizin fəallığını yoxlamaq üçün müəyyən ölçüləri təyin edin.

3. Müəyyən bir mövzu təyin edin
Mövzu və məqsədinizi güclü və tək bir cümlədə ifadə edin. Başqalarının işləri ilə, məsələn Vittana ilə müqayisə aparın: Hər kəsin universiyeydə oxumağı üçün kömək edin!

4. Öz əhvəlatınızı danışın
Oxucularınıza təsirli bir həyat hekayənizi danışmaqla onlarla emosional əlaqə yaradın. Təsir gücünü artırmaq üçün arxibinizdəki şəkillərdən və videolardan istifadə edin.

5. Fəaliyyət üçün dəqiq müraciət üsulu tərtib edin
İnsanları daha asan və həvəsli şəkildə işləmələri üçün onları ruhlandırın və fəaliyyət üçün həvəsləndirin. Bu işi ən sadə şəkildə edin.

6. Müzakirələrin keçiriləcəyi bir yer seçin
Cari və gələcək tərəfdarlarınızla harada məşğul olmaq istəyirsiniz? Sizin bir bloqa və ya yüksək səviyyəli platformaya ehtiyacınız ola bilər.

7. Sosial şəbəkələrdəki dostlarınızı göstərin
İzləyicilərinizin siyahısını tərtib edərək sosial şəbəkədəki dostluğunuzu yayın. Qoşmalardan və müxtılif xidmətlərdən istifadə edin.

8. Mobil komponenti nəzərə alın
Resurslarınızın limitli olmasını nəzərə alaraq onları harada istifadə edəcəyinizi qərara alın. Qrant verən kompaniyalara müraciət etmək effektivdir.

9. Tərəfdarlarınız siyahısını tərtib edin
Məqsədlərinizə ən çox nəyin təsir etdiyini məüyyən etmək üçün dinləmə bacarığınızdan istifadə edin. Məruzə tərtib edin və ondan sonra fəaliyyət keçin. Mövzunuza uyğun tvitləri axtarılb onların da listini tərtib edin

10. Kiçik aksiyalar həyata keçirin
Kampaniyanız çərçivəsində kiçik aksiyalar təşkil edin. Buna müsabiqə, canlı söhbətlərin keçirilməsi, və.s aid ola bilər. Tərəfdarlarınızı yeniləmələrdən xəbərdar etmək üçün onları izlədiyinizdən əmin olun.

11. Vaxtdan səmərəli istifadə  edin
Başlıqlardan istifadə edin. İnsanlar arasında artıq məşhur olan və çox danışılan tədbirlərdə həll edici rol oynayın. Müraciət üçün son tarixdən (deadline) istifadə edin. İnsanların fəaliyyətinə start vermək üçün son müraciət tarixini də müəyyən edin.

12. İnternetdən kənar (oflayn) tədbirlər təşkil edin
Online fəaliyyət növlərindən, məsələn müsabiqələrdən, twitterdə təşkil olunan görüşlərdən (twit partilər) istifadə edərək əməkdaşlarınızı internetdən kənar tədbirlərdən iştiraka da həvəsləndirə bilərsiniz, bu da sizinlə onlar arasında sıx ünsiyyətin yaranmasına səbəb olar.

Cavab göndər