Təqvim

September 2017
M T W T F S S
« Apr    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Ağıllı məqsədlər yarat!

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Rəqəmsal İnkişaf İB

Yeni Media


Digg nədir?

Digg insanlara internet üzərindən kəşf etməyə və fikilərini bölüşməyə imkan verən məşhur sosial xəbərlər səhifəsidir.



Picnik

Sizə fotoşəkillərinizi onlayn və daha rahat bir şəkildə redaktə etməyə imkan verir. Picnik Web-də yayımlanmış şəkillərinizi cəld redaktə etmək, kəsmək və keyfiyyətini yaxşılaşdırmaq üçün əla vasitədir. Photoshop kimi Picnik də ödənişsizdir və brauzer üzərindən istifadə edilir. Beləliklə siz şəkilərinizi hər yerdə rahatca redaktə edə bilərsiniz.



MPEG Streamclip

MPEG Streamclip Mac və Windows üçün video çeviricisidir. Nə vaxt video fayl formatını çevirmək istəsəniz bu konverteri HandBrake ilə birlikdə istifdə edə bilərsiniz, çünki video redaktə proqramı hər ikisini də dəstəkləyir. MPEG Streamclip- in başqa xüsusiyyətləri haqqında ətraflı məlumat almaq üçün bu səhifəyə daxi olun.


free counters

Twitter-li və Twitter-siz həyat

Tuesday, January 31, 2012 @ 01:01 PM

@RaziNurullayev

5 il əvvəl kiçik bir komanda bizim Twitter kimi tanıdığımız mikrobloq xidməti üzərində işə başlayıb. Bu kiçik komanda kim idi: Noah Glass (Twitter: @Noah), Twitter adının müəllifi və layihənin o zamankı meneceri, Florian Weber (Twitter: @florian və @csshsh) və Jack Dorsey (Twitter: @jack) proqramçılar, Biz Stone (Twitter: @Biz) dizayner, və Evan Williams (Twitter: @Ev). Evan Williams layihəyə rəhbərlik edib, eyni zamanda həmtəsisçilərdən biridir. O, həm də Twitter-in ilk baş icraçı direktoru olub. Xatırlatmaq yerinə düşər ki, hamımızın sevə-sevə ilətdiyimiz www.blogger.com bloq yaratma platformasını da Evan Williams yaradıb.

2006-cı il martın 21-də Jack Dorsey ilk “twit”-ini, yəni “civilti”sini göndərir. Bu “civilti” belə olub: “just setting up my twttr” – “twttr hesabımı yaradıram”.
Twitter-in Azərbaycan dilində tərcüməsi “çərənləmək”, “cikkildəmək”, “civildəmək” və s. anlamını verir. Amma Twitter yaradıcıları onu quş civiltisi anlamında işlədiblər. Demək ki, milli dilimizdə Twitter “Civilti” və ya “Cikkilti” deməkdir.

Twitter nədir və onu necə istifadə etməli?

Twitter bizim qısa ismarıc kimi tanıdığımız SMS xidmətinə çox bənzəyir. O, mobil telefonda olduğu kimi 140 simvol ilə istədiyinizi yazmağa imkan verir. Ödənişsiz bir xidmət olaraq, Twitter istifadəçilərə imkan verir ki, anında  dostlarınızla, tanışlarınızla, tanımadığınız və tanıdıqlarınızla əlaqə yaradasınız və hər hansı xəbəri paylaşa biləsiniz. Onun digər özəlliyi ondan ibarətdir ki, bütün məlumatlar elektron poçtunuza və yaxud mobil telefonunuza göndərilə bilir.

Twitter hesabı açmaq da çox asandır. Sadəcə, http://www.twitter.com ünvanına daxil olursan və səhifə ingilis dilində açılır. Səhifənin aşağısında dil seçimini də edə bilərsiniz. Avropanın aparıcı dilləri ilə yanaşı ən çox istifadə etdiyimiz Rus və Türk dillərindən birini seçə və açılan pəncərədə adınızı və elektron poçtunuzu daxil edə, şifrənizi seçə və hesabınızı yarada bilərsiniz.

Hesabınızı yaradandan sonra siz istədiyiniz adamları real adlarıyla və ya istifadəçi adlarıyla araya bilərsiniz. Tapan zaman, onları izləyə və ya oxuya bilərsiniz. Istifadə etdiyiniz dildən asılı olaraq səhifənizdə izləmək və ya oxumaq istədiyiniz adamın profilinin sağ tərəfində gördüyünüz – Ingilis dilində “Follow”, Rus dilində “Çitay”, Türk dilində isə “Takip et” düyməsini basın. Twitter-in fəlsəfəsində dayanan ideya izlədiklərinizin və ya oxuduqlarınızın həmin an nə etdiyini bilməkdir.
Twitter-də sizi də izləyəcəklər. Sizləri kimlərin izlədiyini öyrənmək üçün profil səhifənizdə sağ kənar paneldə Ingilis dilində “Followers”, Rus dilində “Çitateli”, Türk dilində isə “Takipçileri” düyməsinə basın. Açılan səhifədə sizləri kimlərin izlədiyini görə biləcəksiniz. Digər tərəfdən sizləri izləyənlər haqqında məlumatlar da elektron poçtunuza daxil olacaq.

Ən vacibi unutmayın: açılan səhifənizdə: Türkcə “Neler oluyor?”, Rusca “Çto proisxodit?” və Ingiliscə “What’s happening?” yazılan cümlənin altında 140 simvolla qısa “civilti”nizi yazın və dostlarınız nə etdiklərinizdən xəbərdar olsun.
Twitter-in bir üstünlüyü də var. Onun mobil telefonda istifadəsi çox asandır və istənilən telefonda qurula bilir. Mobil telefonda istifadəsi zamanı da sürətlə açılır və internet trafikini də az istifadə edir. O qədər effektlidir ki, sanki mobil telefonunuzda SMS yazırsınız. 140 simvol yazmaq da o qədər çətin deyil.

Tanınmışlar Twitter-də

Siyasətçilərin ən çox olduğu yer Twitter platformasıdır. Siz orada tanınmışlardan Türkiyə prezidenti və baş nazirini, Rusiya, Amerika, Azərbaycan prezidentlərini, Azərbaycan siyasətçilərindən Əli Kərimli və Isa Qəmbəri də izləyə və oxuya bilərsiniz.
Sevimli müğənnilərinizin də əksəriyyətini burada izləyə, oxuya və onlarla əlaqə yarada bilərsiniz. Məşhur müğənni Lady Gaganı 18, 678, 978 nəfər oxuyur, ABŞ prezidenti Barak Obamanı isə 12, 242, 226 nəfər. Maraqlıdır, elə deyilmi?

Cavab göndər