Siz hal-hazırda bloq arxivlərinə Sosial Media baxırsınız June, 2013.

Təqvim

June 2013
M T W T F S S
« Apr   Jul »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Ağıllı məqsədlər yarat!

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Rəqəmsal İnkişaf İB

Yeni Media


Digg nədir?

Digg insanlara internet üzərindən kəşf etməyə və fikilərini bölüşməyə imkan verən məşhur sosial xəbərlər səhifəsidir.



Picnik

Sizə fotoşəkillərinizi onlayn və daha rahat bir şəkildə redaktə etməyə imkan verir. Picnik Web-də yayımlanmış şəkillərinizi cəld redaktə etmək, kəsmək və keyfiyyətini yaxşılaşdırmaq üçün əla vasitədir. Photoshop kimi Picnik də ödənişsizdir və brauzer üzərindən istifadə edilir. Beləliklə siz şəkilərinizi hər yerdə rahatca redaktə edə bilərsiniz.



MPEG Streamclip

MPEG Streamclip Mac və Windows üçün video çeviricisidir. Nə vaxt video fayl formatını çevirmək istəsəniz bu konverteri HandBrake ilə birlikdə istifdə edə bilərsiniz, çünki video redaktə proqramı hər ikisini də dəstəkləyir. MPEG Streamclip- in başqa xüsusiyyətləri haqqında ətraflı məlumat almaq üçün bu səhifəyə daxi olun.


free counters

Arxiv June, 2013

imagesHəqiqətən də, Twitter üzərindən kimisə izləmək çox asandır. Və siz də həmçinin onların sizi necə tez-tez izlədiklərini görürsünüz. Twritter üzərindən çox sayda marketinq və Pr dünyasında  “tanınmış” insanları izləmək olduqca əlverişlidir. Bu yol mediada nüfuzlu insanlarla, onlara zəng etmək və ya e-maillə mesaj göndərmək əvəzinə, təmas qurmaq üçün daha asandır.

Əgər siz pərakəndə satışla məşğul olan və tez-tez endirim təklifləri alan birisinizsə, siz Twitterdən istifadə etməklə bu təklifləri daha geniş kütləyə anında çatdıra bilərsiniz.
Əgər siz böyük bir ticarət sərgisində iştirak edirsinizsə və ya öz şirkət /qurum tədbirinizi keçirirsinizsə, siz Twitterdən istifadə etməklə son anda baş verən dəyişikliklər barədə və ya baş verən yeni hadisələr barədə hər şeyi Twitter üzərindən izləyicilərinizə çatdıra bilərsiniz. Bu tədbir zamanı istifadə edilə bilinəcək əla marketing alətidir.

Obyektleri tapmaq üçün geniş arama seçimlərindən istifadə edin. İnsanlar sizi, sizin məhsulu və ya xidməti tapmaq üçün search.twitter.com saytında geniş arama sistemi sizə açar sözlər yerləşdirməyə imkan yaradır. Misal üçün sizə maraqlı olan, insanlar tərəfindən tweetlənən ifadəni axtara bilərsiz. Bununla bağlı bir sıra tweetlər tapa bilərsiniz. Axtarış sistemində açar sözləri taparkən həmin tweetləri yazan insanlarla tanış olub, maraq dairəsində söhbət etmək mümkündür.
Bundan əlavə, arama funksiyasi sizə müəyyən sahələrdən tweetlər tapmağa imkan yaradır, beləliklə siz toplumun içərisində ola bilirsiniz. Bu yerli şirkətlərə öz sferalarına dair tweetlər əldə etməyə kömək edir.

Twitter mesajlaşma təkcə sizin xəbər lentinizdə fəal olmanızı saxlamır həm də online arama sistemində sizin reytinqinizi qaldırır. Tweetlərinizdə mümkün qədər çox sayda açar sözlərdən istifadə edin.
Əgər siz şirkətinizin adını və ya şəxsi adınızı Twitter handle tapa bilmirsiznizsə, o zaman siz onu öz tərcümeyi-halınıza elave edin. Çünki sizin tərcümeyi-hal Twitterdə ictimaiyyət və axtarış üçün açıqdır, orada şirkətinizin adı kimi açar sözlərdən istifadə etmək Google saytına biznesinizlə bağlı məzmunların görsənməsinə kömək edəcək.  Və sonra siz özünüzün və ya şirkətinizin adını yoxlamaq üçün Google Alerts-dən istifadə edə bilərsiniz. Insanların sizin şirkətiniz barədə nə dediklərinindən və eləcə də sizin rəqabətinizin nə dərəcədə artdığını bilməniz üçün bu ayarları yoxlayın.

 

Media ilə bağlantıya gir – Cisionin Jurnalist-Twetleri və Muckrack kimi alətlərdən istifadə sizə jurnalistləri, redaktorları və produserləri tapmaqda və onların Tweeterdə nə qədər fəal olmalarını öyrənməyə kömək edə bilər. Bu alətlər sizə işinizi nümayiş etdirmək üçün hansı media vastələrini seçməyə və orada işləyən jurnalistlərlə əlaqə qurmağa kömək edəcək.

Insanlara mobil telefonla ulaşmaq – Mobil telefonla mesajlaşma perspektivlərinizlə əlaqə yaradan ən yaxşı yollardan biridir. Tweeter platformasını seçməklə siz onun üzərindən birbaşa sizi izləyənlərə öz tweetlərinizi mətn kimi göndərə bilərsiniz.

 

instagramFacebook tərəfindən satın alınan mobil fotoqraf tətbiqetməsi olan Instagram, son zamanlar geniş diqqət cəlb edərək populyar hala gəlmişdir. Tenqidçilərin söylədiklərinə görə, o aldadıcı reklam, söz-söhbət yaratmaqla fotoqraflığı, eyni zamanda şəkillərin keyfiyyətini məhv edir və gerçək fotoqrafçılığı təhqir edir. Marketinq ekspertlərin söylədiklərinə görə isə İnstagram “vizual marketinq alət qutusu”-nun bir hissəsi olmalıdır.
Instagram platformasında əməliyyat aparan bir neçə qeyri-kommersiya təşkilatları var: Mən günün şəkilini paylaşan Charitywater təşilatını təqib edirəm. Charitywater təşkilatının baş direktoru Scott Harrison təmsil etdiyi qurumun gördüyu işlər barədə görüntüləri bölüşərək Istagramdan məharətlə istifadə edir. Bir çox digər qeyri-kommersiya rəhbərləri və işçiləri kimi Scott da “şəxsi marka ilə peşəkar markanı birləşdirir”.
Digərləri Children’s LA ve Unicef USA kimi markalı profillər İnstagram-dan istifadə edərək öz proqramları haqqında vizual hekayələri bölüşmək məqsədilə istifadə edirlər. Yeni Zellandiya, Vellingtonda ABŞ səfirliyinin bundan necə istifadə etdiklərini nəzər yetir.
Instagram şəkilləri paylaşmağı sevənlər üçün şəxsi marka ilə peşəkar markanı birləşdirib paylaşmaq üçün çox gözəl platformadır.
Instagram qeyri – kommersiya təşkilatlarının kiçik bir sınaqdan başlayıb və nəzərə çarpacaq dərəcədə uğur əldə edə biləcəyi plarformalardan biridir. Bunun üçün ilk öncə lazımdır: əla təcrübə və ölçü, öyrənmək və təkmilləşdirmək. Biznes – marketoloqları üçün olan bu təlimat qeyri-kommersiya təşkilatlatlar üçün müvafiqdir. O aşağıdakı metodlarla edilir: Curate(topla) ,Snap (seç-tut), Hashtag (“hashtag- işarələ”), Engage (nişanla) və Repeat(təkrarla)
Instagram platformasından əlavə siz statigr.am (www.statigr.am) platformasında İnstagram profilinizlə qeydiyyatdan keçib İnstagram üzrə fəallığınızın statistik ölçülərini təhlil edə bilərsiniz. ABŞ (USA) UNICEF –dən Porter Mason da həmçinin bu ölçü alətini təklif edir: Staigr.am. (www.statigr.am)
Sizin qeyri-kommersiya təşkilatınız Instagram sistemindən istifadə edir? Siz nələr aşkar etdiniz? Siz müvəffəqiyyəti necə müəyyən edirsiniz və ölçürsünüz?
www.sosialmedia.net

BagTheWeb: bilik şəbəkəsinə əlavə et.

Friday, June 21, 2013 @ 05:06 PM
posted by admin

logo-9180a0c9d8e7fe364205d6d1d856cbbcBagTheWeb: bilik şəbəkəsinə əlavə et.
BagTheWeb istifadəçilərinə veb məzmunları müxtəlif metafor üzərindən toplamağa kömək edir: Vebdən hər hansı bir məzmunu toplamaq, nəşr etmək və paylaşmaq üçün Çanta (bag) yarat. Maraqlısı odur ki, BagTheWeb istifadəçilərə “Çanta” şəbəkəsi yaratmağa imkan verir, belə ki, mövzu dairələri bir-birlərilə hər hansı bir mövzu haqqında zəngin databaza təminatı üçün əlaqəli ola bilərlər. www.bagtheweb.com

Bundlr: Multimedianla bağ yarat.

Friday, June 21, 2013 @ 04:06 PM
posted by admin

imagesBundlr: Multimedianla bağ yarat.
Bundlr vasitəsilə siz şəkilllərinizlə, videolarınızla, tweetlər və digər materiallarınızla səhifələr yaradaraq onları hər kəslə paylaşa bilərsiniz. Dundlr (www.bundlr.com – www.pinterest.com) – Pinterestlə maraqları eynidir. Sosial şəbəkədə qeydiyyatdan keçərək istənilən multimedia maraqlarınızı bir profildə bağ yaradaraq hər kəslə paylaşa bilərsiniz.

Pinterest: Sevdiyin rəsmləri paylaş

Sunday, June 16, 2013 @ 10:06 AM
posted by admin

pinterestPinterest: Sevdiyin rəsmləri paylaş
Pinterest – sizə “sevdiyiniz rəsmləri idarə etməyi və paylaşmağı təklif edir”, amma bu həqiqətən də əvəzolunmaz görüntülərə aiddir. Pinterest – bəyənilən şəkillərə Bənd atmaqla (Pin it) bu il dünyada məşhur sosial şəbəkələr üzrə Twitter və Facebook-dan sonra 3-cü yeri tutur.
Pinterest sosial şəbəkəsində qeydiyyatdan keçərək bəyəndiyiniz mövzular üzrə lövhələri izləyə bilərsiniz. Həmçinin izlədiyiniz lövhələrdən xoşladığınız şəkilləri “bəyənə” bilərsiz. Eləcə də lövhənizdə istənilən mövzu üzrə yeni lövhə yaradaraq bəyəndiyiniz şəkilləri həmin lövhəyə bənd edə bilərsiniz. Çox maraqlıdır. Siz də qoşulun. www.pinterest.com

Pearltrees: Öz maraqlarını inkişaf etdir

Tuesday, June 11, 2013 @ 02:06 AM
posted by admin

PearlTreePearltrees: öz maraqlarını inkişaf etdir.
Bu yaxınlarda yeni formatda yaranmış və kuratorluq Alət-barına daxil edilə biləcək, qabaqcıl sosial şəbəkələrdən biri sayılan Peartrees-le tanışlıq edək. Onu öyrənmək bir qədər qarışıqdır, sadəcə bir az anlamaq gərəkdir, amma onun işləmə qaydası bələdir: istifadəçilərə brauzer tətbiqetmələri “Mirvari (Pearl)” təqdim edərək səhifələrə daxil olaraq internetdə bəyəbdiyiniz hər bir şeyi paylaşmağa imkan yaradır. Twitter və ya Facebook hesabınıza daxil olun və sonra istədiyiniz mövzular haqqında “Mirvari (Pearl)” adlanan qovluqrlar yaratmağa başlayın və beləcə mirvari ağacı yaranır (“pearltrees”). İstifadəçilər istərlərsə mirvarilərini başqalarının mirvarilərilə birləşdirərək öz mirvari ağacını zənginləşdirə bilər (və ya əksinə). Siz öz mirvarilərinizi Twitter, Facebook, e-mail vasitəsilə paylaşa və ya öz saytınıza yerləşdirə bilərsiniz. Siz həmçinin mirvarilərinizi həmakarlarınız və ya komandanızla paylaşa bilərsiniz. www.pearltrees.com

Storify: Öz hekayəni yarat

Monday, June 10, 2013 @ 10:06 PM
posted by admin

storifyStorify – Öz hekayəni yarat!
Her hansı bir tədbirləri, hadisələri yaymaq və ya gündəmə gətirmək üçün Storify şəbəkəsində istifadəçi hesabı aç və sonra internetdəki dərc olunan fotoları, Twitter mesajları, videoları, yazıları və s hadisələri bir araya gətirərək gözəl bir bağ yarat. Cari hadisələri tək bir səhifədə bir araya gətirə bilmə xüsusiyətinə görə Storify – bloqerlərin, jurnalistlərin və Tweeps-lərin sevimlisine çevrilir. Siz bloqlardan, facebook , twitter, Youtube, Flickr, Istagram və bir çox digər mənbələrdən hər hansı bir məzmunu götürə və sonra onu öz WordPress, Tumblr, Posterous bloquna qoya və ya Twitter, Facebook, Google Plus səhifələrində sosial düymələr vasitəsilə bölüşə bilərsiz. www.storify.com

 

Sizin sinif üçün 5 güclü sosial media alətləri.

Sunday, June 9, 2013 @ 04:06 AM
posted by admin

Sosial media alətləri məktəb divarlarının yaratdiqi maneələri qırıb keçməyə kömək edə bilər. Belə ki, Çevrilmiş (flip) Sinif konsepsiyası günü-gündən öz tərəfdarlarının sayını çoxaldaraq tələbələr və müəllimlər arasında ünsiyyət səviyyəsinin artırmağa ehtiyac olduğunu dəfələrlə qeyd etməklə çox tanınır. Üstəlik, valideynlər də həmçinin öz uşaqlarını izləmək , tədris metodlarını qiymətləndirmək üçün və beləliklə bir gənc kimi özlərini də təhsilə cəlb etməklə bu ünsiyyət dərnəyində işhtirak edə bilər.

Nəticələr göstərir ki ,məktəb saatlari xaricində texnoloji vasitələrin köməyi ilə təlim və ünsiyyət təhsilin müasir tətbiqidir. Bu həm təlim prosesini , həm də tələbə, müəllim və valideynlər arasında əlaqəni  təkmilləşdirir. Ən çox tanınan Facebook, Twitter and YouTube kimi sosial şəbəkələr müəllimlər tərəfindən təhsili məqsədlər üçün tədbiq olunur. Baxmayaraq ki, bu sosial platformalar dünyada tanınır, onlar hələ də bəzi valideynlər və təhsil müəssələrində müəyyən dərəcədə inamsızlıq doğurur. Xoşbəxtlikdən seçimlər məhdud deyil, digər veb aletlər də müvcuddur ki, hansı ki, tələbə-müəllim-valideyn üçbucağı daxilində ünsiyyətin asanlaşdırılmasında güclü olan məktəb-spesifik alətlrlə təmin edir. Aşağida onlardan bəzilərini göstərək.


wikispaceforclassWIKISPACES
sinif- təhsil üçün nəzərdə tutulan sosial yazişma platformasıdır, hansı ki, onun vasitəsilə tələbələr öz fikirlərini, təsvirlərini, mətnlərini bölüşə, layihələri dərc etdirə, tapşırıqları müzakirə edə və özlərini sərbəst ifadə edə bilərlər. Bu məkanı öz həmkarları, müəllim və valideynləri arasında bölüşmə onları daha da yaxınlaşdıra bilər. Onların məzmununa çıxış elə məhdudlaşdırıla bilər ki,yalnız onların öz sinif yoldaşları mesajları görə bilər. Bu rabitə tərəfindən nəzarət olunan bir kanaldir, hər yaşda tələbələr üçün mükəmməldir.

image_previewEdmodo tanınmış bir təlim dairəsidir -burada müzakirələr sinif toplaşma halında davam edə bilər, tələbənin irəliləyişi dəyərləndirilir və təlimi təkmilləşdirmək məqsədilə yeni təcəssüm etdirilmiş asan-istifadə-tətbiqetmələr daxil edilir. Valideynlərin maarifləndiriməsi artirilir bele ki, onlar uşaqların çıxışlarını müşahidə edə, müəllimlərlə müzakirələr apara və müəllimlər tərəfindən yüklənmiş bütün dərs planlarını görə bilərlər.

123ContactForm-jpg-1123CONTACTFORM-ən çox tətbiq olunan online form qurğusudur.
123ContactForm -un müxtəlif platformalarda dərc oluna, bölüşə və özəlləşdirilə bilən formaları var. Tələbə formaları rəqəmsal media yoluyla təlimin interaktiv bir yoludur . Üstəlik siz sinif fəaliyyətinə dair rəy əldə etmək üçün müəllim formalarından istifadə edə bilərsiniz və hətta valideyn formaları vasitəsilə müəllim dəyərləndirilə bilər. Bu tətbiqetmə dost istifadəçi təcrübəsinə əsaslanaraq ünsiyyəti asanlashdıracaq müvafiq bir çıxış yolu təklif edir.

edublogs_logo-10xkx1oEDUBLOGS
Digər bloq-hosting platformalardan (Blogger, WordPress.com, və s.) fərqli olaraq Edublogs təhsili məqsədlər üçün xüsusi olaraq yaradılıb. Təhsil bloqları yaradıcılıq təşviqi üçün ideal variant , öz uşaqını tanımaq üçün yaxşı yol və yazı bacarıqını inkişaf etdirmək üçün daha yaxşı bir metoddur . Bloqlar tələbələr üçün pulsuz (Ad-free) və təhlükəsizdir. O müəllimlər üçün nəzarəti təmin edir və sinif yoldaşlarınla sinif ünsiyyətini artırmaq məqsədilə verilmiş və ya seçilmiş mövzu üzrə sohbət etməyə imkan yaradır.

downloadWDWDT tələbələr, valideynlər və müəllimlər üçün xüsusi bir mesajlaşma sistemidir. Bu rəqəmsal mediada bir görüş yeri olaraq valideynlər asanlıqla öz uşaqları ilə danışa və onların yerləri barədə ( harada olmalarını) bilirlər. Müəllimlər öz narahatlıqlarını ifadə edə və hətta tələbələrə fərdi şəkildə xatırlatmaları göndərə bilərlər.
Bu alətlər yalnız müəllim-valideyn ünsiyyəti üçün deyil, həmçinin tələbələr üçün də, onların öz yaradıcılıq potensiallarını artıması və öz aralarında bir bağ yaratması üçün də faydalıdır. Valideynlər bu tətbiqetmələri istifadə etməklə bir çox şey əldə edirlər. Çünki onlar tehsilə cəlbi yüksəldir və həqiqətən də öz uşaqlarına yaxın olurlar.