Siz hal-hazırda bloq arxivlərinə Sosial Media baxırsınız April, 2013.

Təqvim

April 2013
M T W T F S S
« Mar   Jun »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Ağıllı məqsədlər yarat!

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Rəqəmsal İnkişaf İB

Yeni Media


Digg nədir?

Digg insanlara internet üzərindən kəşf etməyə və fikilərini bölüşməyə imkan verən məşhur sosial xəbərlər səhifəsidir.



Picnik

Sizə fotoşəkillərinizi onlayn və daha rahat bir şəkildə redaktə etməyə imkan verir. Picnik Web-də yayımlanmış şəkillərinizi cəld redaktə etmək, kəsmək və keyfiyyətini yaxşılaşdırmaq üçün əla vasitədir. Photoshop kimi Picnik də ödənişsizdir və brauzer üzərindən istifadə edilir. Beləliklə siz şəkilərinizi hər yerdə rahatca redaktə edə bilərsiniz.



MPEG Streamclip

MPEG Streamclip Mac və Windows üçün video çeviricisidir. Nə vaxt video fayl formatını çevirmək istəsəniz bu konverteri HandBrake ilə birlikdə istifdə edə bilərsiniz, çünki video redaktə proqramı hər ikisini də dəstəkləyir. MPEG Streamclip- in başqa xüsusiyyətləri haqqında ətraflı məlumat almaq üçün bu səhifəyə daxi olun.


free counters

Arxiv April, 2013

banjoBanjo, sosial media ilə real dünyanı bir araya gətirən bir mobil tətbiqdir. Banjo ilə ətrafınızda nələr olub bitdiyini öyrənə bilər, yoldaşlarınızın yanında ətrafınızda olan sosial şəbəkə istifadəçilərinin nələr etdiyini görə bilərsiniz.

Banjo, yerləşmə əsaslı xidmətlərin məlumatlarından faydalanaraq, istifadəçilərinə ətraflarındakı sosial şəbəkə üzvlərini və onların paylaşmalarını göstərən bir tətbiqdir.

Banjo ilə məsələn, yan küçənizdə oturan bir Twitter istifadəçisinin, tweetlerini təqib edə bilər və ya iş yerinizin ətrafında yeni bir restoran axtararkən, Facebook və ya Foursquare üzərindən edilən checkinləri darayaraq bir fikir sahibi ola bilərsiniz.

Banjo, istifadəçilərinə ətraflarındakı 16 adamın sosial şəbəkələrdəki paylaşmalarını təqdim edir. Bununla birlikdə xəritədə gəzişərək o sırada, fərqli yerlərdə nələr olub bitdiyini də görə bilirsiniz.

Who Near – “Yerin müəyyən olunması”

Saturday, April 27, 2013 @ 01:04 AM
posted by admin

who near“Yerin müəyyən olunması” əsaslı sosial şəbəkə layihələri önümüzdəki ilə damğasını vuracaq kimi görünür. Ağıllı telefonların yerli bazarda daha da yayılacağını düşündüyümüz 2013də həm sosial şəbəkə vərdişlərini həm də mövqe əsaslı xidmətləri bir araya gətirən xidmətlər çox qazanclı çıxacaq kimidir.

Who Near “Yerin müəyyən olunması” məlumatlarına söykənən bir sosial şəbəkə təcrübəs(n)i təqdim edir. Yaxın bir zamanda iOS versiyas(n)ı da gözlənilən ancaq bu an üçün yalnız Android əməliyyat sistemində xidmət edən Who Near,”Yerin müəyyən olunması” məlumatlarını istifadə edərək istifadəçiləri bir araya gətirən və qarşılıqlı təsir halında olmalarını təmin edən bir tətbiqdir.

Who Near istifadə edən kəslər yerləşmələri əsas götürülərək bir-birlərindən xəbərdar edilir və hətta məlumat ala bilir. Məsələn yerləşmə xidmətiniz açıqsa dostunu sizə 150 metr yaxın bir məsafədə olduğu haqqında məlumat ala bilirsiniz. Təbii Who Near-i belə bir vəziyyət üçün istifadə etmədən əvvəl dostunuzla razılaşmağınız şərt.

Twitterin “yerləşdiyi yer” əsaslı kəşf xidməti tezliklə

Saturday, April 27, 2013 @ 12:04 AM
posted by admin

Twitter, istifadəçilərə olduqları bölgədə paylaşılan tweetleri göstərən bir xüsusiyyət üzərində çalışır. Yeni xüsusiyyət ilə birlikdə yerli məlumatlarını paylaşan istifadəçilər yaxın ətraflarında olub bitənləri öyrənə biləcək və qonşularını daha yaxından tanıyacaq.

AllthingsD tərəfindən qeyd olunan yeni xüsusiyyət üçün istifadəçilərin bir-birlərini izləmələri lazım deyil. Hələ test mərhələsində olan bu xüsusiyyət ilə qonşuluq əlaqələrinin yanında idman təşkilatları, konsertlər və digər fəaliyyətlərdəki Twitter təcrübəsinin artması hədəflənir.

Twitterin bəhs etdiyimiz yeni xüsusiyyəti “hashtaga” bənzədilə bilər. Hashtagler ilə eyni başlıq altında görüşən Twitter istifadəçiləri lokal kəşf etmə vasitəsiylə də olduqları məkanlar üzərindən bir araya gələ biləcəklər.

Bu sosial şəbəkələr üçün yeni bir xüsusiyyət deyil. Hətta Twitterin bu yenilik üçün bir az gecikdiyini belə söyləyə bilərik. Keçdiyimiz iki ildə bənzər xüsusiyyətlər təqdim edən sosial şəbəkələr və ya tətbiqlər ilə tez-tez qarşılaşdıq. Who Near və Banjo kimi məşhur xidmətlərin yanında Tweetie və Twinkle kimi üçüncü partiya proqramlar da Twitter istifadəçiləri üçün bənzər xüsusiyyətlər təqdim edirdi.

Twitterin “yerləşdiyi yer” əsaslı kəşf xidmətini nə vaxt istifadəyə veriləcəyi bilinmir. Hələ mövzu haqqında sosial şəbəkə rəhbərliyindən yaxın zamanda bir aktuallaşdırma ilə mobil cihaz sahiblərinə təqdim edilməsi gözləmilir.