Siz hal-hazırda Yazarlar bölməsi üzrə arxivə baxırsınız.

Təqvim

November 2017
M T W T F S S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Ağıllı məqsədlər yarat!

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Rəqəmsal İnkişaf İB

Yeni Media


Digg nədir?

Digg insanlara internet üzərindən kəşf etməyə və fikilərini bölüşməyə imkan verən məşhur sosial xəbərlər səhifəsidir.



Picnik

Sizə fotoşəkillərinizi onlayn və daha rahat bir şəkildə redaktə etməyə imkan verir. Picnik Web-də yayımlanmış şəkillərinizi cəld redaktə etmək, kəsmək və keyfiyyətini yaxşılaşdırmaq üçün əla vasitədir. Photoshop kimi Picnik də ödənişsizdir və brauzer üzərindən istifadə edilir. Beləliklə siz şəkilərinizi hər yerdə rahatca redaktə edə bilərsiniz.



MPEG Streamclip

MPEG Streamclip Mac və Windows üçün video çeviricisidir. Nə vaxt video fayl formatını çevirmək istəsəniz bu konverteri HandBrake ilə birlikdə istifdə edə bilərsiniz, çünki video redaktə proqramı hər ikisini də dəstəkləyir. MPEG Streamclip- in başqa xüsusiyyətləri haqqında ətraflı məlumat almaq üçün bu səhifəyə daxi olun.


free counters

Yazarlar

Ən yaxşi 10 sosial media idarə paneli alətləri.

Monday, August 12, 2013 @ 03:08 AM
posted by admin

Sosial media siz və ya təşkilatınız üçün daha çox hərəkət əldə etməyə və yeni yollar açmağa imkan yaradan ən səmərəli yollardan biridir. Facebook , Twitter və Linkedin kimi bütün iri şəbəkələrdən istifadə etmək istənilən hər hansı bir təşkilat (biznes) üçün bu gün bir zərurət təşkil edir.
Bəs bu çoxsaylı hesabları idarə etmək üçün sosial media mütəxəssisləri faktiki olaraq hansı alətlərdən istifadə edir?

hootsuit

 

Hootsuite

Hootsuite ictimaiyyət və təşkilatlara tək bir web panel üzərindən Facebook və Twiitter kimi bir çox sosial şəbəkələr vasitəsilə kampaniyaları birğə yürütməyə imkan vərən ən geniş yayılan sosial media idarə sistemidir.
Hootsiute internet və mobil qurğular vasitəsilə sosial medianın idarə olunmasına, söhbətlər axınının izlənməsinə, kampaniya nəticələrinin ölçülməsinə imkan vərən mühüm bir alətlər panelinə çevrilib.
Hootsuite limitsiz sosial bölmələrin idarəsi, hərtərəfli geniş analitik təhlili, zamanlanmış mesaj şkalasının təşkılı, (yəni istədiyiniz tarixə və vaxta görə tənzimləmə) google analytics və facebook insight kimi xidmətlərə inteqrasiya kimi “tətbiq”lərin heç bir pul ödəmədən profesional və təşkilati vasitələrlə həllini təklif edir.

buffer

Buffer

Buffer sosial media vasitəsilə məlumat axınının təşkil olunmasını proqramlanmasını ağıllı bir şəkildeə və asan yolla edən alətlər panelidir.
Buffer proqramınını virtual filmə bənzədərək siz ondan məlumatları toplamaq üçün istifadə edə bilərsiniz və sonra gün ərzində onların paylaşma vaxtını tənzimləyə bilərsiniz.
Bu proqram sizə bütün həftə boyunca davamlı sosial media proqramınını çatdırılma vaxtının idarəsinə dair heç bir narahatçılıq duymadan yayınlamağa imkan verir. Buffer ‘in təmin etdiyi ən gözəl xüsusiyyəti etdiyimiz paylaşımların analizini çıxarmasıdır.

Hootsuite Buffer proqramları arasında fərq nədir?
Hooutsiute yeniləmələr aparmağa və söhbətlər axınına nəzarət etməyə imkan vərən alətlər panelidir, halbuki Buffer digər insanların məlumatlarını paylaşan bir panel deyildir. Lakin Buffer proqramı Hootsiute panelinə nisbətən daha üstün zamanlama rahatlığına malik olduğundan, siz həftə boyunca vaxt şkalasını təyin edə (zamanlanmış məlumat göndərə bilərsiniz, yeni məlumatları istədiyiniz tarixə və saata görə zamanlaya bilərsiniz) və paylaşımlar edərkən variantları dəyişə bilərsiniz. Hootsuite bu yaxınlarda məlumatları istədiyiniz vaxta görə göndərmək üçün vaxt şkalasını (zamanlamanı) avtomatik təyin edən avtozamanlama funksiyasını təqdim etdi.
Bu istifadə etmək üçün sərfəli ola bilər lakin o Buffer kimi rahat deyil, beləki siz melumatın göndərildikdən sonra dəqiq nə zaman yayınlanacağını bilmirsiniz.

Sizin üçün dogru yol hansıdir? Bir çox insan hem Hootsiute (dinləmək) həm de Buffer (zamanlama) proqlamlarından istifadə edir. Və bu əslində sizin məlumat paylaşma ehtiyaclarınıza bağlıdır.
Mənim fikrimcə əgər Hootsuite daha çox zamanlama variantları təqdim edərsə, bu Buffer üçün çətinlik yarada biler.
Amma eyni zamanda Buffer də Hootsuitə təkliflərinə rəqib olacaq yeni bir panel üzərində çalışa bilərdi, bunu artıq zaman söyləyəcək.

socialoomph

SocialOomph

SocialOomph proqrami sosial mediada ödənişli və ödənişsiz olaraq məhsuldarlıq artımını təmin edən möhtəşəm bir veb alətdir. Facebook, Twitter, linkedin, Plurk platformalarına və sizin bloqunuza dair funksiyaları özündə birləşdirən bu saytla siz çox şey edə bilərsiniz. Bu proqramın Tweetleri zamanlama (zamana göre göndərilməsi), açar kəlmələri izləmə, retweetləri görüntüləmə, DM qutusunu təmizləmə, yeni izləyicilər üçün avtomatik izləmə və avtomatik DM kimi Twitter -ə xas bir çox faydalı xüsusiyyətləri var. SosialOomph, əgər istəsəniz Twitterdə sizin istənilən yeni izləyicinizi avtomatik izləyəcək və siz beləliklə əgər sizi izləyənləri dərhal izləmək istəyirsinizse vaxta qənaət etmiş olacaqsınız. SocialOomph sosial media məhsuldarlığını artırmaq fəaliyyətini genişləndirmək üçün çox səmərəlidir, lakin ötən ildən bu yana ora daxil olmaq üçün heç bir səbəb olmayıb.

tweetdeck

TWEETDECK

Tweetdeck güclü filterlərlə sizin twitter hesablarınıza nəzarəti və idarə etməni təmin edən veb və masaüstü alətdir. Ayrıca siz tweetləri planlaşdıra  zamanlaya və yeni tweetlərə dair bildirişlər ala bilərsiniz. Twitter tərəfindən satın alınan Tweetdeck -in Chrome brauzer, eyni zamanda Windows və Mac istifadəçiləri üçün də variant mövcuddur. Bu yaxınlarda onlar diqqəti yenidən veb və masaüstü platformalara yönəltmək üçün Tweetdeck -in mobil tətbiqini bağladılar.

tweepi

Tweepi

Tweepi Twitter üçün yeni izləyiciləri tapmağa, aktiv olmayan iləyiciləri tapıb izləməyə, sizi izləyələri dərhal izləməyə və maraqlı tweepləri izləməye inkam vərən unikal alətdir. Bu proqramın Pro versiyası sizə bir anda 200-ə qədər istifadəçiyə kütləvi izləmə əməliyyatlar etməyə imkan verdiyinə görə o Twitter idarəsi üçün güclü alətə çevrilir.

socialflow

Social Flow

Social Flow hədəf izləyicinin kutlənin pik diqqətini çəkməkdən ötrü məzmun yayımı üçün ən yaxşı vaxtı proqnozlaşdırmaq üçün sosial media üzərindən gerçək-zamanlı söhbətləri izləməyə imkan vərən maraqlı alətdir. National Geographic, Mashable, The Economist və The Washington Post kimi bəzi böyük yayımçılar Social flow-dan istifadə edirlər. Social Flow izləyici kutlə iştirakını genişləndirmək və müştəri başına gəliri artırmaq kimi bir sıra xidmətlər təklif edir. Bura Cadence və Crescendo həqiqi məhsullari elavə olmaqla, Social Flow proqramı Twitter və Facebook-un odənilmiş strategiyalarının əldə olunmasını və iştirakını asanlaşdıraraq marketoloqların Promoted Tweets (reklam tweetlerine), Promoted Posts (təşviq mesajlar), Sponsored Stories (sponsor hekayelerinə) harada pul xərcləmək gərəkdiyni müəyyənləşdirməyə kömək etmək üçün sosial siqnalların təhlilini aparır.

sproutsocial

Sproutsocial

Sproutsocial sosial biznes üçün guclu idarə platformasidir. Sproutsocial size heç bir mesajinizi qaçirmamaniza, Twitter, Facebook və LinkedIn platformalarına mesajlarin suretli, maneesiz gonderilmesine və gelecek mesajlari planlaşdirmaqa/zamanlamaya yardimçi olmag üçün nezerde tutulmuş bir tetbiqdir. Ayrica bu platforma onemli metrik olçumleri görüntülemeye komek etmək üçün izləmə/monitoring alətlərine və zƏngin analitiklere de malikdir.

socialbro

SocialBro

SocialBro proqramı təşkilatlara Twitter hesablarına detallı şəkildə nezarət etməyə və eyni zamanda öz izleyicilərini incələməye yardımçı olan bir tətbiqdir. Bu platforma Twitter hesabınızda sizi kimlərin izlədiyini demokrafik analizləri, hesabınızı gözdən keçirmək və önəmli olanları müəyyənləşdirmək, tweet atmaq üçün ən uyğun saatı təyin etmək, rəqiblərinizlə bağlı statistik  məlumat təqdim edir. Socialbro daha çox retweet və cavab üçün təqibçilərinizin sayı maksimumm həddə çatsın deyə sizə tweet atmaq üçün ən uyğun vaxtı göstərən hesabatı hazırlamaq üçün təqibçilərinizin zaman cədvəlini (hansı saatda paylaşımlar etdiklərini) təhlil edir.

crowdbooster

Crowdbooste

Crowdbooste proqramı sizə paylaşımların nəticələrini ölçmək və hesabınızdakı dəyişiklikləri izləmək üçün təkliflərlərlə birğə bir sıra ciddi sosial media analizi və online fəallığınızı artırmaq üçün qaynaqlar təqdim edir. Bu platforma daha asan paylaşımlar etməniz üçün paylaşimlari optimizə etməniz üçün profilinizi bir göz qırpımda analiz edib və hesabınıza daxil olmanıza və hansı saatda izləmənizə dair tövsiyyələrlə, izleyici şərhləri və məzmun planlama (yəni hansı saatlarda tweet atmanız gərəkdiyini) ilə təmin edir.

 arglysocial

Argyle social

Argyle social proqramı təcrübəli B2B matketinq üçün sosial media idarə alətidir. O yeni potensial müştəri kəşf edib cəlb etmək, daha potensial olan müştərini seçmək və sayını artırmaq və sosial media hərəkətləri ile elaqələrin möhkəmləndirilməsi üçün satış və marketinq sayı ilə sosial bazanı birləşdirməyə imkan verir.

Sosial Media – Content Creation / məzmun yaratma

Sunday, August 11, 2013 @ 04:08 AM
posted by admin

tubemogulTubeMogul

Video yükleme və birləşdirmə üçün mən tez-tez TubeMogul istifadə edirəm, hansı ki, bir videoklipi təkcə YouTube saytına deyil, onlarca belə video sayta yükləmə imkanı verir. TubeMogul digər bir özəlliyi isə saytlardakı video izlənmə nisbəti, videoların və ya video yükləyənlərin təqibinə və digərlərinə dair ətraflı məlumat əldə etməyə imkan verməsidir. Məsələn, hər saytda videonuza nə qədər şərh yazılıb, hər saytda tamaşaçılar tərəfindən klipinizə ortalama nə qədər baxilib və s.

slideshareSlideShare
Mən əsasən təqdimatlarımın əksəriyyətini yükləmək üçün SlideShare xidmətindən istifadə edirəm və onun izləyici artırmaq üçün dəyərli bir qaynaq/mənbe olduğunu düşünürem. Mənim “7 Ways to Build Stunning Business (Biznes qurmanin 7 esas yolu” ) və Personal Brands in Social Media” (“Sosial mediada ferdi markalar (brendler)”) adli təqdimatlarim ilkin olaraq 35 kişiye verildi. Onları Slideshare saytına yukledikdən sonra isə 12,360 dəfə baxilib. Slideshare saytının daha böyük gücü odur ki, o həmçinin indi sizə təqdimatlarınızın müşaiyəti üçün audio-musiqi yükləməyə də imkan verir.

Sosial Media alətləri – Şəkil Əlavələri

Sunday, August 11, 2013 @ 03:08 AM
posted by admin

apture

Apture

Apture proqramı tək bir tıklama (click) ilə yazılarınızı pərçimləyərək və ya link əlavə etməklə yerleşdirdiyiniz şəkilləri, videoları, linkləri və əlaqədar məzmunları tapan rahat bir əlavədir. Müəyyən veb səhifələrə linklərin yerləşdirilməsi və əlavə edilməsi üçün olduqca rahatdır.

 

Flickr

 

Flickr Creative Commons Search –foto paylaşım saytı

Bu sayt sizi bloq yazılarınıza və təqdimatlarınız üçün Şəkillərə görə muraciet edə biləcəyiniz mənbədir. Flickr proqramının ətraflı axtarış funksiyasından istifadə edərək, siz Creative Commons lisensiyası ilə bütün haqları qoruyaraq yayımlana bilinən və bloq yazılarda sahibi göstərilməklə istifadəsinə icazə verilən Şəkillərə baxa bilərsiniz.

 

shutterstock.

Shutterstock

Bir az daha yüksək effektli Şəkil və ya geniş axtarış aparmaq istərkən Shutterstock proqramından istifadə edə bilərdiz. Stock fotoqraflıq üçün elə də baha olmayan bu etibarlı mənbə təqdimatlarınız və çalışma işləriniz üçün sizin gizli Şəkil yuvanız ola bilər. Qiyməti sərfəlidir və siz onu kompyuterinizə yükləyə bilərsiniz .

hero_skitchSkitch

Photoshop üzrə peşəkar olmayan və şəkil manupulyasiyası (Şəkil işləmə) üzrə həvəskar biri  məhz bu proqramdan istifadə edə bilər. İnanılmaz sürətlə və asanlıqla ekran görüntüsü yaxalayan Skitch proqramından istifadə edin. Daha bir üstünlüyü də odur ki, onu pulsuz olaraq yukləmək mümkündür.

Sosial Media alətləri – Əlavələr

Sunday, August 11, 2013 @ 02:08 AM
posted by admin

WWSGD

What Would Seth Godin Do
Mükəmməl bir qoşmadır. Oxuculardan sizin RSS-yə abunə olmağı xahiş edərək hər yazışmadan əvvəlki və sonrakı kiçik mesajları daxil etmək üçün WWSGD istifadə et. Bu qoşmanın özəlliyi ondan ibarətdir ki, (Seth Godin adı ilə bağlıdir) siz ilk dəfə ziyarət edənlərə bir mesaj və təkrar ziyarət edənlərə ikinci mesajı yerləşdirə bilərsiniz. Üstəlik istifadəçilərə neçənci ziyarətlərinin ardından bu pəncərənin görünməyəcəyini bildirərək insanları rahatsız etməkdən də qurtarmış olursunuz.

 

ALL IN ONE SEO

All In One SEO Pack
Bir çox bloqçular arama matoru  çalışması üçün yazıları optimizə etmək üçün bu mükəmməl All in One SEO Pack qoşmasından istifadə edirlər.
Bu mükəmməl proqram sizə tək bir kod yazmadan səhifə başlığı, məlumatları, şərhləri və hər yazi üçün hədəf  kəlmələri dəqiqləşdirməyə imkan verir.

 

imagesHəqiqətən də, Twitter üzərindən kimisə izləmək çox asandır. Və siz də həmçinin onların sizi necə tez-tez izlədiklərini görürsünüz. Twritter üzərindən çox sayda marketinq və Pr dünyasında  “tanınmış” insanları izləmək olduqca əlverişlidir. Bu yol mediada nüfuzlu insanlarla, onlara zəng etmək və ya e-maillə mesaj göndərmək əvəzinə, təmas qurmaq üçün daha asandır.

Əgər siz pərakəndə satışla məşğul olan və tez-tez endirim təklifləri alan birisinizsə, siz Twitterdən istifadə etməklə bu təklifləri daha geniş kütləyə anında çatdıra bilərsiniz.
Əgər siz böyük bir ticarət sərgisində iştirak edirsinizsə və ya öz şirkət /qurum tədbirinizi keçirirsinizsə, siz Twitterdən istifadə etməklə son anda baş verən dəyişikliklər barədə və ya baş verən yeni hadisələr barədə hər şeyi Twitter üzərindən izləyicilərinizə çatdıra bilərsiniz. Bu tədbir zamanı istifadə edilə bilinəcək əla marketing alətidir.

Obyektleri tapmaq üçün geniş arama seçimlərindən istifadə edin. İnsanlar sizi, sizin məhsulu və ya xidməti tapmaq üçün search.twitter.com saytında geniş arama sistemi sizə açar sözlər yerləşdirməyə imkan yaradır. Misal üçün sizə maraqlı olan, insanlar tərəfindən tweetlənən ifadəni axtara bilərsiz. Bununla bağlı bir sıra tweetlər tapa bilərsiniz. Axtarış sistemində açar sözləri taparkən həmin tweetləri yazan insanlarla tanış olub, maraq dairəsində söhbət etmək mümkündür.
Bundan əlavə, arama funksiyasi sizə müəyyən sahələrdən tweetlər tapmağa imkan yaradır, beləliklə siz toplumun içərisində ola bilirsiniz. Bu yerli şirkətlərə öz sferalarına dair tweetlər əldə etməyə kömək edir.

Twitter mesajlaşma təkcə sizin xəbər lentinizdə fəal olmanızı saxlamır həm də online arama sistemində sizin reytinqinizi qaldırır. Tweetlərinizdə mümkün qədər çox sayda açar sözlərdən istifadə edin.
Əgər siz şirkətinizin adını və ya şəxsi adınızı Twitter handle tapa bilmirsiznizsə, o zaman siz onu öz tərcümeyi-halınıza elave edin. Çünki sizin tərcümeyi-hal Twitterdə ictimaiyyət və axtarış üçün açıqdır, orada şirkətinizin adı kimi açar sözlərdən istifadə etmək Google saytına biznesinizlə bağlı məzmunların görsənməsinə kömək edəcək.  Və sonra siz özünüzün və ya şirkətinizin adını yoxlamaq üçün Google Alerts-dən istifadə edə bilərsiniz. Insanların sizin şirkətiniz barədə nə dediklərinindən və eləcə də sizin rəqabətinizin nə dərəcədə artdığını bilməniz üçün bu ayarları yoxlayın.

 

Media ilə bağlantıya gir – Cisionin Jurnalist-Twetleri və Muckrack kimi alətlərdən istifadə sizə jurnalistləri, redaktorları və produserləri tapmaqda və onların Tweeterdə nə qədər fəal olmalarını öyrənməyə kömək edə bilər. Bu alətlər sizə işinizi nümayiş etdirmək üçün hansı media vastələrini seçməyə və orada işləyən jurnalistlərlə əlaqə qurmağa kömək edəcək.

Insanlara mobil telefonla ulaşmaq – Mobil telefonla mesajlaşma perspektivlərinizlə əlaqə yaradan ən yaxşı yollardan biridir. Tweeter platformasını seçməklə siz onun üzərindən birbaşa sizi izləyənlərə öz tweetlərinizi mətn kimi göndərə bilərsiniz.

 

Storify: Öz hekayəni yarat

Monday, June 10, 2013 @ 10:06 PM
posted by admin

storifyStorify – Öz hekayəni yarat!
Her hansı bir tədbirləri, hadisələri yaymaq və ya gündəmə gətirmək üçün Storify şəbəkəsində istifadəçi hesabı aç və sonra internetdəki dərc olunan fotoları, Twitter mesajları, videoları, yazıları və s hadisələri bir araya gətirərək gözəl bir bağ yarat. Cari hadisələri tək bir səhifədə bir araya gətirə bilmə xüsusiyətinə görə Storify – bloqerlərin, jurnalistlərin və Tweeps-lərin sevimlisine çevrilir. Siz bloqlardan, facebook , twitter, Youtube, Flickr, Istagram və bir çox digər mənbələrdən hər hansı bir məzmunu götürə və sonra onu öz WordPress, Tumblr, Posterous bloquna qoya və ya Twitter, Facebook, Google Plus səhifələrində sosial düymələr vasitəsilə bölüşə bilərsiz. www.storify.com

 

Twitter-li və Twitter-siz həyat

Tuesday, January 31, 2012 @ 01:01 PM
posted by admin

@RaziNurullayev

5 il əvvəl kiçik bir komanda bizim Twitter kimi tanıdığımız mikrobloq xidməti üzərində işə başlayıb. Bu kiçik komanda kim idi: Noah Glass (Twitter: @Noah), Twitter adının müəllifi və layihənin o zamankı meneceri, Florian Weber (Twitter: @florian və @csshsh) və Jack Dorsey (Twitter: @jack) proqramçılar, Biz Stone (Twitter: @Biz) dizayner, və Evan Williams (Twitter: @Ev). Evan Williams layihəyə rəhbərlik edib, eyni zamanda həmtəsisçilərdən biridir. O, həm də Twitter-in ilk baş icraçı direktoru olub. Xatırlatmaq yerinə düşər ki, hamımızın sevə-sevə ilətdiyimiz www.blogger.com bloq yaratma platformasını da Evan Williams yaradıb.

2006-cı il martın 21-də Jack Dorsey ilk “twit”-ini, yəni “civilti”sini göndərir. Bu “civilti” belə olub: “just setting up my twttr” – “twttr hesabımı yaradıram”.
Twitter-in Azərbaycan dilində tərcüməsi “çərənləmək”, “cikkildəmək”, “civildəmək” və s. anlamını verir. Amma Twitter yaradıcıları onu quş civiltisi anlamında işlədiblər. Demək ki, milli dilimizdə Twitter “Civilti” və ya “Cikkilti” deməkdir.

Daha ətraflı