Siz hal-hazırda Yeni-Media alətləri bölməsi üzrə arxivə baxırsınız.

Təqvim

November 2017
M T W T F S S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Ağıllı məqsədlər yarat!

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Rəqəmsal İnkişaf İB

Yeni Media


Digg nədir?

Digg insanlara internet üzərindən kəşf etməyə və fikilərini bölüşməyə imkan verən məşhur sosial xəbərlər səhifəsidir.



Picnik

Sizə fotoşəkillərinizi onlayn və daha rahat bir şəkildə redaktə etməyə imkan verir. Picnik Web-də yayımlanmış şəkillərinizi cəld redaktə etmək, kəsmək və keyfiyyətini yaxşılaşdırmaq üçün əla vasitədir. Photoshop kimi Picnik də ödənişsizdir və brauzer üzərindən istifadə edilir. Beləliklə siz şəkilərinizi hər yerdə rahatca redaktə edə bilərsiniz.



MPEG Streamclip

MPEG Streamclip Mac və Windows üçün video çeviricisidir. Nə vaxt video fayl formatını çevirmək istəsəniz bu konverteri HandBrake ilə birlikdə istifdə edə bilərsiniz, çünki video redaktə proqramı hər ikisini də dəstəkləyir. MPEG Streamclip- in başqa xüsusiyyətləri haqqında ətraflı məlumat almaq üçün bu səhifəyə daxi olun.


free counters

Yeni-Media alətləri

Wi-Fi

Monday, April 21, 2014 @ 12:04 AM
posted by admin

Artıq 2015-ci ildə interneti daha mükəmməl auternet əvəz edəcəkdir.

Auternetin əsas üstünlüyü odur ki, dünya əhalisi imagessiqnallarını pulsuz və simsiz şəbəkə vasitəsilə ala biləcək. Bu layihə kosmik aparat vasitəsilə həyata keçiriləcək.Auternetdən istifadə üçün parola da ehtiyac qalmayacaq.

Möhtəşəm layihənin reallaşdırılması məqsədilə yerətrafı orbitə yüzlərlə miniatür sputniklər buraxılacaq ki, onun vasitəsilə kompüterlərə və mobil telefonlara çıxış təmin ediləcək. Auternet “datacasting” texnologiyası əsasında fəaliyyət göstərərək, informasiyanı geniş radiodalğaların köməyilə ötürəcək.

Layihənin həyata keçirilməsini “Media Development Investment Fund” (MDIF) təşkilatı öz üzərinə götürüb.

“Vine”

Monday, April 21, 2014 @ 12:04 AM
posted by admin

Qısamüddətli videoçarxlar dərc etməyə imkan verən “Vine” mobil tətbiqinin tərtibatçıları növbəti yeniliyə imza atıblar. Belə ki, artıq istifadəçilər bir-birlərinə mətn və ya videomesajlar göndərə biləcəklər. Həmçinin eyni anda bir neçə istifadəçinin iştirakı ilə qrup formasında çatlaşma funksiyası reallaşdırılıb. Bu halda “Vine” istifadəçiləri kənar şəxslərdən mesajların qəbulunu deaktiv edə bilərlər.Yeni funksiya “Vine” tətbiqinin “iOS” və “Android” versiyaları üçün əlçatandır1451534_10152189647174086_1010083008_n

“Ağıllı” ev üçün masaüstü lampa

Monday, April 21, 2014 @ 12:04 AM
posted by admin

“LG” şirkəti 10155471_10152188716629086_925298345_n təqdim edib. Belə ki, şirkət “ağıllı” LED lampadan sonra “ağıllı” ev üçün orqanik işıq diodlarına əsaslanan masaüstü lampa nümayiş etdirib. Masaüstü lampa “iOS” və “Android” əlavələrini dəstəkləyir və onu “Bluetooth” vasitəsilə idarə etmək mümkündür. Tətbiqin köməyi ilə işıqlandırma intensivliyini, məsələn, oxumaq və ya film izləmək üçün sazlamaq olar.

“Lumia 930”

Sunday, April 20, 2014 @ 11:04 PM
posted by admin

Finlandiyanın “Nokia” şirkəti iki yeni “ağıllı” telefonunu təqdim edib. Növbəti qabaqcıl model “Lumia 930” adlanır və metal korpusa malikdir.

Aparat 2,2 QHs takt tezliyində işləyən “Qualcomm Snapdragon 800” dördnüvəli prosessoru və 1920×1080 piksel təsvir ölçülü 5 düymlü “AMOLED” ekranla təchiz edilib. “Lumia 930” modeli 2 QB əməli və 32 QB daxili yaddaş, 2420 milliamper/saat tutumunda akkumulyator, 4 ədəd mikrofon, BSI ilə təchiz edilmiş 20 meqapiksellik “PureView” kamerası, optik sabitləşmə, “Wi-Fi”, “Bluetooth 4.0”, “GPS” və “NFC” modulları, həmçinin “nanoSİM” slotu ilə təchiz edilib. Smartfonun ölçüləri 137×71×9,8 mm, çəkisi 167 qr təşkil edir.

“Lumia 930” smartfonunda avtonom iş vaxtı danışıq rejimində təxminən 15 saat, veb-sörfinq rejimində isə 7 saatdır. Qi standartlı simsiz adapter dəstəklənir və “Windows Phone 8.1” platforması ilə işləyir.
Smartfonun satışı iyun ayına planlaşdırılıb. Təxmini qiyməti 600 dollardır.10155105_10152188713019086_571658747_n

Sunday, April 20, 2014 @ 11:04 PM
posted by admin

Artıq “Twitter”in veb-versiyasında “smaylik”lərdən istifadə etmək mümkündür. Populyar “Twitter” mikrobloqlar xidmətinin tərtibatçıları elan ediblər ki, masaüstü versiyanın istifadəçilərinə “Emoji” “smaylik”lər dəsti əlçatan olub. Bundan əvvəl yalnız “Twitter”in rəsmi mobil tətbiqinin istifadəçiləri mesajlarına bu “smaylik”ləri əlavə edə bilərdilər.10154539_10152188696934086_1974834568_n

Ən yaxşi 10 sosial media idarə paneli alətləri.

Monday, August 12, 2013 @ 03:08 AM
posted by admin

Sosial media siz və ya təşkilatınız üçün daha çox hərəkət əldə etməyə və yeni yollar açmağa imkan yaradan ən səmərəli yollardan biridir. Facebook , Twitter və Linkedin kimi bütün iri şəbəkələrdən istifadə etmək istənilən hər hansı bir təşkilat (biznes) üçün bu gün bir zərurət təşkil edir.
Bəs bu çoxsaylı hesabları idarə etmək üçün sosial media mütəxəssisləri faktiki olaraq hansı alətlərdən istifadə edir?

hootsuit

 

Hootsuite

Hootsuite ictimaiyyət və təşkilatlara tək bir web panel üzərindən Facebook və Twiitter kimi bir çox sosial şəbəkələr vasitəsilə kampaniyaları birğə yürütməyə imkan vərən ən geniş yayılan sosial media idarə sistemidir.
Hootsiute internet və mobil qurğular vasitəsilə sosial medianın idarə olunmasına, söhbətlər axınının izlənməsinə, kampaniya nəticələrinin ölçülməsinə imkan vərən mühüm bir alətlər panelinə çevrilib.
Hootsuite limitsiz sosial bölmələrin idarəsi, hərtərəfli geniş analitik təhlili, zamanlanmış mesaj şkalasının təşkılı, (yəni istədiyiniz tarixə və vaxta görə tənzimləmə) google analytics və facebook insight kimi xidmətlərə inteqrasiya kimi “tətbiq”lərin heç bir pul ödəmədən profesional və təşkilati vasitələrlə həllini təklif edir.

buffer

Buffer

Buffer sosial media vasitəsilə məlumat axınının təşkil olunmasını proqramlanmasını ağıllı bir şəkildeə və asan yolla edən alətlər panelidir.
Buffer proqramınını virtual filmə bənzədərək siz ondan məlumatları toplamaq üçün istifadə edə bilərsiniz və sonra gün ərzində onların paylaşma vaxtını tənzimləyə bilərsiniz.
Bu proqram sizə bütün həftə boyunca davamlı sosial media proqramınını çatdırılma vaxtının idarəsinə dair heç bir narahatçılıq duymadan yayınlamağa imkan verir. Buffer ‘in təmin etdiyi ən gözəl xüsusiyyəti etdiyimiz paylaşımların analizini çıxarmasıdır.

Hootsuite Buffer proqramları arasında fərq nədir?
Hooutsiute yeniləmələr aparmağa və söhbətlər axınına nəzarət etməyə imkan vərən alətlər panelidir, halbuki Buffer digər insanların məlumatlarını paylaşan bir panel deyildir. Lakin Buffer proqramı Hootsiute panelinə nisbətən daha üstün zamanlama rahatlığına malik olduğundan, siz həftə boyunca vaxt şkalasını təyin edə (zamanlanmış məlumat göndərə bilərsiniz, yeni məlumatları istədiyiniz tarixə və saata görə zamanlaya bilərsiniz) və paylaşımlar edərkən variantları dəyişə bilərsiniz. Hootsuite bu yaxınlarda məlumatları istədiyiniz vaxta görə göndərmək üçün vaxt şkalasını (zamanlamanı) avtomatik təyin edən avtozamanlama funksiyasını təqdim etdi.
Bu istifadə etmək üçün sərfəli ola bilər lakin o Buffer kimi rahat deyil, beləki siz melumatın göndərildikdən sonra dəqiq nə zaman yayınlanacağını bilmirsiniz.

Sizin üçün dogru yol hansıdir? Bir çox insan hem Hootsiute (dinləmək) həm de Buffer (zamanlama) proqlamlarından istifadə edir. Və bu əslində sizin məlumat paylaşma ehtiyaclarınıza bağlıdır.
Mənim fikrimcə əgər Hootsuite daha çox zamanlama variantları təqdim edərsə, bu Buffer üçün çətinlik yarada biler.
Amma eyni zamanda Buffer də Hootsuitə təkliflərinə rəqib olacaq yeni bir panel üzərində çalışa bilərdi, bunu artıq zaman söyləyəcək.

socialoomph

SocialOomph

SocialOomph proqrami sosial mediada ödənişli və ödənişsiz olaraq məhsuldarlıq artımını təmin edən möhtəşəm bir veb alətdir. Facebook, Twitter, linkedin, Plurk platformalarına və sizin bloqunuza dair funksiyaları özündə birləşdirən bu saytla siz çox şey edə bilərsiniz. Bu proqramın Tweetleri zamanlama (zamana göre göndərilməsi), açar kəlmələri izləmə, retweetləri görüntüləmə, DM qutusunu təmizləmə, yeni izləyicilər üçün avtomatik izləmə və avtomatik DM kimi Twitter -ə xas bir çox faydalı xüsusiyyətləri var. SosialOomph, əgər istəsəniz Twitterdə sizin istənilən yeni izləyicinizi avtomatik izləyəcək və siz beləliklə əgər sizi izləyənləri dərhal izləmək istəyirsinizse vaxta qənaət etmiş olacaqsınız. SocialOomph sosial media məhsuldarlığını artırmaq fəaliyyətini genişləndirmək üçün çox səmərəlidir, lakin ötən ildən bu yana ora daxil olmaq üçün heç bir səbəb olmayıb.

tweetdeck

TWEETDECK

Tweetdeck güclü filterlərlə sizin twitter hesablarınıza nəzarəti və idarə etməni təmin edən veb və masaüstü alətdir. Ayrıca siz tweetləri planlaşdıra  zamanlaya və yeni tweetlərə dair bildirişlər ala bilərsiniz. Twitter tərəfindən satın alınan Tweetdeck -in Chrome brauzer, eyni zamanda Windows və Mac istifadəçiləri üçün də variant mövcuddur. Bu yaxınlarda onlar diqqəti yenidən veb və masaüstü platformalara yönəltmək üçün Tweetdeck -in mobil tətbiqini bağladılar.

tweepi

Tweepi

Tweepi Twitter üçün yeni izləyiciləri tapmağa, aktiv olmayan iləyiciləri tapıb izləməyə, sizi izləyələri dərhal izləməyə və maraqlı tweepləri izləməye inkam vərən unikal alətdir. Bu proqramın Pro versiyası sizə bir anda 200-ə qədər istifadəçiyə kütləvi izləmə əməliyyatlar etməyə imkan verdiyinə görə o Twitter idarəsi üçün güclü alətə çevrilir.

socialflow

Social Flow

Social Flow hədəf izləyicinin kutlənin pik diqqətini çəkməkdən ötrü məzmun yayımı üçün ən yaxşı vaxtı proqnozlaşdırmaq üçün sosial media üzərindən gerçək-zamanlı söhbətləri izləməyə imkan vərən maraqlı alətdir. National Geographic, Mashable, The Economist və The Washington Post kimi bəzi böyük yayımçılar Social flow-dan istifadə edirlər. Social Flow izləyici kutlə iştirakını genişləndirmək və müştəri başına gəliri artırmaq kimi bir sıra xidmətlər təklif edir. Bura Cadence və Crescendo həqiqi məhsullari elavə olmaqla, Social Flow proqramı Twitter və Facebook-un odənilmiş strategiyalarının əldə olunmasını və iştirakını asanlaşdıraraq marketoloqların Promoted Tweets (reklam tweetlerine), Promoted Posts (təşviq mesajlar), Sponsored Stories (sponsor hekayelerinə) harada pul xərcləmək gərəkdiyni müəyyənləşdirməyə kömək etmək üçün sosial siqnalların təhlilini aparır.

sproutsocial

Sproutsocial

Sproutsocial sosial biznes üçün guclu idarə platformasidir. Sproutsocial size heç bir mesajinizi qaçirmamaniza, Twitter, Facebook və LinkedIn platformalarına mesajlarin suretli, maneesiz gonderilmesine və gelecek mesajlari planlaşdirmaqa/zamanlamaya yardimçi olmag üçün nezerde tutulmuş bir tetbiqdir. Ayrica bu platforma onemli metrik olçumleri görüntülemeye komek etmək üçün izləmə/monitoring alətlərine və zƏngin analitiklere de malikdir.

socialbro

SocialBro

SocialBro proqramı təşkilatlara Twitter hesablarına detallı şəkildə nezarət etməyə və eyni zamanda öz izleyicilərini incələməye yardımçı olan bir tətbiqdir. Bu platforma Twitter hesabınızda sizi kimlərin izlədiyini demokrafik analizləri, hesabınızı gözdən keçirmək və önəmli olanları müəyyənləşdirmək, tweet atmaq üçün ən uyğun saatı təyin etmək, rəqiblərinizlə bağlı statistik  məlumat təqdim edir. Socialbro daha çox retweet və cavab üçün təqibçilərinizin sayı maksimumm həddə çatsın deyə sizə tweet atmaq üçün ən uyğun vaxtı göstərən hesabatı hazırlamaq üçün təqibçilərinizin zaman cədvəlini (hansı saatda paylaşımlar etdiklərini) təhlil edir.

crowdbooster

Crowdbooste

Crowdbooste proqramı sizə paylaşımların nəticələrini ölçmək və hesabınızdakı dəyişiklikləri izləmək üçün təkliflərlərlə birğə bir sıra ciddi sosial media analizi və online fəallığınızı artırmaq üçün qaynaqlar təqdim edir. Bu platforma daha asan paylaşımlar etməniz üçün paylaşimlari optimizə etməniz üçün profilinizi bir göz qırpımda analiz edib və hesabınıza daxil olmanıza və hansı saatda izləmənizə dair tövsiyyələrlə, izleyici şərhləri və məzmun planlama (yəni hansı saatlarda tweet atmanız gərəkdiyini) ilə təmin edir.

 arglysocial

Argyle social

Argyle social proqramı təcrübəli B2B matketinq üçün sosial media idarə alətidir. O yeni potensial müştəri kəşf edib cəlb etmək, daha potensial olan müştərini seçmək və sayını artırmaq və sosial media hərəkətləri ile elaqələrin möhkəmləndirilməsi üçün satış və marketinq sayı ilə sosial bazanı birləşdirməyə imkan verir.

Sosial Media – E-mail

Sunday, August 11, 2013 @ 11:08 AM
posted by admin

Print

ExactTarget
Ödənişsiz, ayda 2 dəfə e-mail poçt bülletinim “The Social Media Messenger” yaratmaq, göndərmek və izləmək üçün mən ExactTarget platformasindan istifadə edirəm. Xəbər bülletinimin ExactTarget vasitesilə göndərilməsi təyyarə üzərində uçuşa bənzəyir, amma lazim gələrsə onun güclü inkişaf etmiş funksiyanallığından istifadə etməyin mümkün olduğunu bilmək gözəl bir şeydir

feedburner

Feedburner
Gündəlik RSS-si gücləndirmək və gündəlik mesajları hər yazdıqdan sonra göndərmək üçün Google saytının Feedburner xidmətindən istifadə edin. Bu sistem mükəmməl, odənişsizdir və tətbiqi asandır. Qeyd edək ki, bu bloqa abunələrin təxminən 40%-i RSS ilə deyil, e-mail ilə olduğunu unutmayın.

flowtown

Flowtown

Bu sevimli bir alətdir. Flowtown sistemi sizə e-mail adresləri götürməyə və onların hansı sosial şəbəkədə fəal olmalarını müəyyənləşdirməyə imkan verir. Izləyicilərinizi seqmentlləşdirmək gərəkdiyində bu alət xüsusilə rahatdır. Məsələn, dostlarımı Facebook saytının Fan Page səhifəsinə dəvət edərkən onlardan hansının Facebook-da fəal olmasını müəyyənləşdirmək və yalnız o qrup insanlara e-mail göndərmək üçün sizə Flowtown sistemindən istifadə etməyi məsləhət görürəm.

nutshellmail

NutshellMail
NutshellMail sistemi sizi xeber bülletinini izləmə imkanı ilə təmin edir. Sizin sosial media fəaliyyətinizi sizə e-mail vasitəsilə çatdırır – onları e-mail poçt qutularınızda asanlıqla izləmə  imkanı verir. Sizə nələr olduğunu görmək üçün isə alətlərdən istifadə etmək qalır. Səyahət zamanı son dərəcə çox rahatdır, mən həmçinin Nutshell xidmətini təsadüfi sosial media istifadəçiləri üçün də tövsiyyə edirəm.

 

image

Instagram: Inkar edilmez son yeni amilInstagram-  hər iki i-Phone və Android tətbiqetməsi olaraq çox gözəl effektli,  son yeni şəkil  redaktə etmə proqramıdır. Bu proqramla şəkli redaktə edərkən, sizin edəcəyiniz yeganə şey şəkli çərçivəyə salmaq və müxtəlif retro-stil filterlər tətbiq edərək şəkil üzərində dəyişikliklər etməkdir. (redaktə etdiyiniz şəkili) Facebook, Twitter və Tumblr sosial şəbəkələrində paylaşılması çox asandır. Bu proqram yaradıcı qurumlar və muzeylər üçün də tövsiyyə edilə bilər.

wpid-Screenshot_2013-07-28-06-14-05-1.png

Phixr: istifadəçilərə pulsuz təqdim olunan online şəkil redaktə proqramramlarından biridir. Bu proqram şəkli kəsmə, döndərmə, şəkildəki “qırmızı göz”ü silmə, ölçüsünü dəyişdirmə kimi xüsusiyyətlərə malikdir. Siz eyni zamanda şəkilə mətn və bəzəkli sözlər, dəyişik effektlər də əlavə edə bilərsiniz.

wpid-Screenshot_2013-07-28-14-40-06-1.png

Phoenix: Gücü və sadəliyi birləşdirən.

Şəklin əsas görüntüsünə düzəliş edərək çeşitli effekler vərən Phoenix istifadəsi sadə və asan olan, desktop (masaustu) şəkil redaktoru ilə eyni xüsusiyytələrə malik web-əsaslı tətbiqetmədir.

images (1)

Google’s Creativə Kit: (Googl-un yaradici (kreativ)seti): Seçim çoxluğu.
Google’s Creativə Kit – Picasa və Google Plus-saytlarında keyfiyyətli bir şəkil redaktə proqramıdır. Siz eyni zamanda şəkillərə mətn əlavə edə və hətta bir sıra “üz boyama” kimi maraqlı filterlər seçə bilərsiniz. Istənilən platformada şəkili seçin və sonra işə başlamaq üçün “şəkili redakte et” seçin.

 

download

Pixlr: Bu ən çox tövsiyə edilən şəkil redaktə proqramlarından biridir. Bu proqramla siz şəkili kəsə, qatlar (layer) əlavə ede, şəkilin kəmənd hissələri, şəkili kəməndə salma hissələri, ölçünü dəyişdirmə, mətn daxil etmə və kompyuterinizdə müxtəlif növ fayllarda yaddaşa vərə bilərsiniz. Bu proqram ödənişsiz və veb üzərindən çalişan Photoshopa bənzəyir.

images (3)

Jing: Asan goruntu yaxalama ozelliyi
Jing –  kompyuterdə hər hansı bir iş masasında və ya masaüstündə gördüyünüz görüntünü video lentə almaq və görntünün bir hissəsindən şəkil əldə etmək üçün əlverişli proqramdır. Həmçinin hazırlanan materialları social şəbəkələrdə paylaşma imkanı verir. Digər ScreenFlow foto-redaktəni də tövsiyyə edirəm.

images (4)

Photoshop Elements: daha çox nəzarət və xüsusiyyətlər
Desktop (masaustu) çalişma olan Photoşop Elements mənim şəkil redaktə etmək üçün istifadə etdiyim proqramdır. Digər veb üzərindən çalışan şəkil redaktə etmə proqramlarındansa , mən daha çox bu proqrama üstünlük vərirəm, o mənə şəkilləri faylda asanlıqla yaddaşa vərmeyə və sonradan yaddaşda olan butun şəkil faylarını asanlıqla tapmağa imkan verir, və Starbucksda məhdud internet bağlantısından asılı deyil. Qiymeti $62 və ya yuxarıdır.

 

imagesHəqiqətən də, Twitter üzərindən kimisə izləmək çox asandır. Və siz də həmçinin onların sizi necə tez-tez izlədiklərini görürsünüz. Twritter üzərindən çox sayda marketinq və Pr dünyasında  “tanınmış” insanları izləmək olduqca əlverişlidir. Bu yol mediada nüfuzlu insanlarla, onlara zəng etmək və ya e-maillə mesaj göndərmək əvəzinə, təmas qurmaq üçün daha asandır.

Əgər siz pərakəndə satışla məşğul olan və tez-tez endirim təklifləri alan birisinizsə, siz Twitterdən istifadə etməklə bu təklifləri daha geniş kütləyə anında çatdıra bilərsiniz.
Əgər siz böyük bir ticarət sərgisində iştirak edirsinizsə və ya öz şirkət /qurum tədbirinizi keçirirsinizsə, siz Twitterdən istifadə etməklə son anda baş verən dəyişikliklər barədə və ya baş verən yeni hadisələr barədə hər şeyi Twitter üzərindən izləyicilərinizə çatdıra bilərsiniz. Bu tədbir zamanı istifadə edilə bilinəcək əla marketing alətidir.

Obyektleri tapmaq üçün geniş arama seçimlərindən istifadə edin. İnsanlar sizi, sizin məhsulu və ya xidməti tapmaq üçün search.twitter.com saytında geniş arama sistemi sizə açar sözlər yerləşdirməyə imkan yaradır. Misal üçün sizə maraqlı olan, insanlar tərəfindən tweetlənən ifadəni axtara bilərsiz. Bununla bağlı bir sıra tweetlər tapa bilərsiniz. Axtarış sistemində açar sözləri taparkən həmin tweetləri yazan insanlarla tanış olub, maraq dairəsində söhbət etmək mümkündür.
Bundan əlavə, arama funksiyasi sizə müəyyən sahələrdən tweetlər tapmağa imkan yaradır, beləliklə siz toplumun içərisində ola bilirsiniz. Bu yerli şirkətlərə öz sferalarına dair tweetlər əldə etməyə kömək edir.

Twitter mesajlaşma təkcə sizin xəbər lentinizdə fəal olmanızı saxlamır həm də online arama sistemində sizin reytinqinizi qaldırır. Tweetlərinizdə mümkün qədər çox sayda açar sözlərdən istifadə edin.
Əgər siz şirkətinizin adını və ya şəxsi adınızı Twitter handle tapa bilmirsiznizsə, o zaman siz onu öz tərcümeyi-halınıza elave edin. Çünki sizin tərcümeyi-hal Twitterdə ictimaiyyət və axtarış üçün açıqdır, orada şirkətinizin adı kimi açar sözlərdən istifadə etmək Google saytına biznesinizlə bağlı məzmunların görsənməsinə kömək edəcək.  Və sonra siz özünüzün və ya şirkətinizin adını yoxlamaq üçün Google Alerts-dən istifadə edə bilərsiniz. Insanların sizin şirkətiniz barədə nə dediklərinindən və eləcə də sizin rəqabətinizin nə dərəcədə artdığını bilməniz üçün bu ayarları yoxlayın.

 

Media ilə bağlantıya gir – Cisionin Jurnalist-Twetleri və Muckrack kimi alətlərdən istifadə sizə jurnalistləri, redaktorları və produserləri tapmaqda və onların Tweeterdə nə qədər fəal olmalarını öyrənməyə kömək edə bilər. Bu alətlər sizə işinizi nümayiş etdirmək üçün hansı media vastələrini seçməyə və orada işləyən jurnalistlərlə əlaqə qurmağa kömək edəcək.

Insanlara mobil telefonla ulaşmaq – Mobil telefonla mesajlaşma perspektivlərinizlə əlaqə yaradan ən yaxşı yollardan biridir. Tweeter platformasını seçməklə siz onun üzərindən birbaşa sizi izləyənlərə öz tweetlərinizi mətn kimi göndərə bilərsiniz.

 

instagramFacebook tərəfindən satın alınan mobil fotoqraf tətbiqetməsi olan Instagram, son zamanlar geniş diqqət cəlb edərək populyar hala gəlmişdir. Tenqidçilərin söylədiklərinə görə, o aldadıcı reklam, söz-söhbət yaratmaqla fotoqraflığı, eyni zamanda şəkillərin keyfiyyətini məhv edir və gerçək fotoqrafçılığı təhqir edir. Marketinq ekspertlərin söylədiklərinə görə isə İnstagram “vizual marketinq alət qutusu”-nun bir hissəsi olmalıdır.
Instagram platformasında əməliyyat aparan bir neçə qeyri-kommersiya təşkilatları var: Mən günün şəkilini paylaşan Charitywater təşilatını təqib edirəm. Charitywater təşkilatının baş direktoru Scott Harrison təmsil etdiyi qurumun gördüyu işlər barədə görüntüləri bölüşərək Istagramdan məharətlə istifadə edir. Bir çox digər qeyri-kommersiya rəhbərləri və işçiləri kimi Scott da “şəxsi marka ilə peşəkar markanı birləşdirir”.
Digərləri Children’s LA ve Unicef USA kimi markalı profillər İnstagram-dan istifadə edərək öz proqramları haqqında vizual hekayələri bölüşmək məqsədilə istifadə edirlər. Yeni Zellandiya, Vellingtonda ABŞ səfirliyinin bundan necə istifadə etdiklərini nəzər yetir.
Instagram şəkilləri paylaşmağı sevənlər üçün şəxsi marka ilə peşəkar markanı birləşdirib paylaşmaq üçün çox gözəl platformadır.
Instagram qeyri – kommersiya təşkilatlarının kiçik bir sınaqdan başlayıb və nəzərə çarpacaq dərəcədə uğur əldə edə biləcəyi plarformalardan biridir. Bunun üçün ilk öncə lazımdır: əla təcrübə və ölçü, öyrənmək və təkmilləşdirmək. Biznes – marketoloqları üçün olan bu təlimat qeyri-kommersiya təşkilatlatlar üçün müvafiqdir. O aşağıdakı metodlarla edilir: Curate(topla) ,Snap (seç-tut), Hashtag (“hashtag- işarələ”), Engage (nişanla) və Repeat(təkrarla)
Instagram platformasından əlavə siz statigr.am (www.statigr.am) platformasında İnstagram profilinizlə qeydiyyatdan keçib İnstagram üzrə fəallığınızın statistik ölçülərini təhlil edə bilərsiniz. ABŞ (USA) UNICEF –dən Porter Mason da həmçinin bu ölçü alətini təklif edir: Staigr.am. (www.statigr.am)
Sizin qeyri-kommersiya təşkilatınız Instagram sistemindən istifadə edir? Siz nələr aşkar etdiniz? Siz müvəffəqiyyəti necə müəyyən edirsiniz və ölçürsünüz?
www.sosialmedia.net