Siz hal-hazırda Qeyri – Hökumət Təşkilatları bölməsi üzrə arxivə baxırsınız.

Təqvim

November 2017
M T W T F S S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Ağıllı məqsədlər yarat!

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Rəqəmsal İnkişaf İB

Yeni Media


Digg nədir?

Digg insanlara internet üzərindən kəşf etməyə və fikilərini bölüşməyə imkan verən məşhur sosial xəbərlər səhifəsidir.



Picnik

Sizə fotoşəkillərinizi onlayn və daha rahat bir şəkildə redaktə etməyə imkan verir. Picnik Web-də yayımlanmış şəkillərinizi cəld redaktə etmək, kəsmək və keyfiyyətini yaxşılaşdırmaq üçün əla vasitədir. Photoshop kimi Picnik də ödənişsizdir və brauzer üzərindən istifadə edilir. Beləliklə siz şəkilərinizi hər yerdə rahatca redaktə edə bilərsiniz.



MPEG Streamclip

MPEG Streamclip Mac və Windows üçün video çeviricisidir. Nə vaxt video fayl formatını çevirmək istəsəniz bu konverteri HandBrake ilə birlikdə istifdə edə bilərsiniz, çünki video redaktə proqramı hər ikisini də dəstəkləyir. MPEG Streamclip- in başqa xüsusiyyətləri haqqında ətraflı məlumat almaq üçün bu səhifəyə daxi olun.


free counters

Qeyri – Hökumət Təşkilatları

Parolun daha etibarlı olması üçün.

Monday, April 21, 2014 @ 12:04 AM
posted by admin

Məlum olduğu kimi, elektron poçt və sosial şəbəkə hesablarının oğurlanmasının əsas səbəblərindən biri də çox sadə parollardan istifadə edilməsidir.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, istifadəçilər öz şifrələrini unutmamaları üçün ya 12345 kimi olduqca sadə şifrələrdən və yaxud telefon nömrələrindən və ya təvəllüdlərindən istifadə edirlər ki, bu da onların yaxından tanıya bilən adamlara asanlıqla onların hesablarına ələ keçirməyə imkan yaradır.

Tövsiyələrə əsasən, parol bütöv bir sözü ifadə etməməli, ən azı 8 simvoldan ibarət olmalı və böyük və kiçik hərflərdən təşkil olunmalıdır. Bununla yanaşı, istifadəçilərin rəqəm və simvollardan istifadə etməli olduğu da tövsiyələrə daxildir.

İstifadəçilər bu qaydalara əməl etməklə Elçin90eLi kimi bir şifrə yarada bilər, lakin bu şifrəni çətin şifrə hesab etmək olmaz. Çünki bütöv sözü (Elçin eli) ifadə edib.

Mərkəz bildirir ki, bu halda çətin və yaddaqalan şifrə yaratmağın ən sadə üsulu sizə yaxın olan bir cümlənin baş hərflərindən istifadə etməkdir. Nəzərdə saxlayaq ki, həmin cümlədə hər hansı xüsusi rəqəmlərdən də istifadə olunması sizin şifrəni daha da çətinləşdirəcək. Məsələn, Mənim balaca qardaşım İsmayıl 14 dekabr 2005-ci ildə Bakıda anadan olmuşdur.

Bu cümləni təşkil edən sözlərin ilk hərflərindən istifadə edərək şifrəmizi yaradırıq: Mbqİ14d25iBao və ya qısa cümlədən istifadə edirik: Mən 1993-cü ildə Bakıda anadan olmuşam.

Həmin cümləni təşkil edən sözlərin ilk və son hərflərindən istifadə etməklə də öz çətin parolunuzu yarada bilərsiniz: mn13iəBaanom

Qeyd edək ki, əgər istifadəçi düşünürsə ki, bu cümləni unuda bilər, o halda həmin cümləni bir yerdə qeyd edə və unutduğuna da baxa bilər. Lakin həmin cümləni harasa qeyd edərkən altından parolum, fb parolum kimi ifadələrdən istifadə etməməli olduğunu unutmamalıdır.

password-cracking-shutterstock

Sosial Media – E-mail

Sunday, August 11, 2013 @ 11:08 AM
posted by admin

Print

ExactTarget
Ödənişsiz, ayda 2 dəfə e-mail poçt bülletinim “The Social Media Messenger” yaratmaq, göndərmek və izləmək üçün mən ExactTarget platformasindan istifadə edirəm. Xəbər bülletinimin ExactTarget vasitesilə göndərilməsi təyyarə üzərində uçuşa bənzəyir, amma lazim gələrsə onun güclü inkişaf etmiş funksiyanallığından istifadə etməyin mümkün olduğunu bilmək gözəl bir şeydir

feedburner

Feedburner
Gündəlik RSS-si gücləndirmək və gündəlik mesajları hər yazdıqdan sonra göndərmək üçün Google saytının Feedburner xidmətindən istifadə edin. Bu sistem mükəmməl, odənişsizdir və tətbiqi asandır. Qeyd edək ki, bu bloqa abunələrin təxminən 40%-i RSS ilə deyil, e-mail ilə olduğunu unutmayın.

flowtown

Flowtown

Bu sevimli bir alətdir. Flowtown sistemi sizə e-mail adresləri götürməyə və onların hansı sosial şəbəkədə fəal olmalarını müəyyənləşdirməyə imkan verir. Izləyicilərinizi seqmentlləşdirmək gərəkdiyində bu alət xüsusilə rahatdır. Məsələn, dostlarımı Facebook saytının Fan Page səhifəsinə dəvət edərkən onlardan hansının Facebook-da fəal olmasını müəyyənləşdirmək və yalnız o qrup insanlara e-mail göndərmək üçün sizə Flowtown sistemindən istifadə etməyi məsləhət görürəm.

nutshellmail

NutshellMail
NutshellMail sistemi sizi xeber bülletinini izləmə imkanı ilə təmin edir. Sizin sosial media fəaliyyətinizi sizə e-mail vasitəsilə çatdırır – onları e-mail poçt qutularınızda asanlıqla izləmə  imkanı verir. Sizə nələr olduğunu görmək üçün isə alətlərdən istifadə etmək qalır. Səyahət zamanı son dərəcə çox rahatdır, mən həmçinin Nutshell xidmətini təsadüfi sosial media istifadəçiləri üçün də tövsiyyə edirəm.

 

Sosial Media – Listening / Dinləmə

Sunday, August 11, 2013 @ 05:08 AM
posted by admin

twazzupTwazzup
Sürətlə Tweet axtarışları üçün adətən Twazzup proqramına üstünlük verilir, çunki o sadə interfeysə və ümumi sürətə malikdir.

socialmentionSocialMention
Daha ətraflı sosial media axtarışı üçün bloqları, tweetləri, mesaj lövhəsini və s. indeksləyən  SocialMention saytından istifadə edin.

google-alertsGoogle Alerts
Digər marketinq peşəkarları kimi, sizin də adınıza, şirkətinizin adına, sizin üçün maraqlı mövzular yaradılmış bir neçə Google Alerts var. Bu sayt mesajlarınıza link yerləşdirən bloqçuları tapmaq üçün əvəzsizdir, belə ki, siz onların bloquna daxil ola və etdikləri şərhlərə görə minnətdarlıq bildirə bilərsiniz. Hər kəsə məsləhət görürəm.

 

radian6Radian6
Ətraflı sosial media dinləmə (sosial media listening) platformasıdır.  Radian6 saytını bütün mövcud  geniş sosial dinləmə platformalarının sağlam /güclü funksiyalar dəstinə malik platformadır. Məhsulunu inkişaf etdirmə planına sahib olan hər kəs üçün məsləhət görə bilərsiniz.

Sosial Media – Content Creation / məzmun yaratma

Sunday, August 11, 2013 @ 04:08 AM
posted by admin

tubemogulTubeMogul

Video yükleme və birləşdirmə üçün mən tez-tez TubeMogul istifadə edirəm, hansı ki, bir videoklipi təkcə YouTube saytına deyil, onlarca belə video sayta yükləmə imkanı verir. TubeMogul digər bir özəlliyi isə saytlardakı video izlənmə nisbəti, videoların və ya video yükləyənlərin təqibinə və digərlərinə dair ətraflı məlumat əldə etməyə imkan verməsidir. Məsələn, hər saytda videonuza nə qədər şərh yazılıb, hər saytda tamaşaçılar tərəfindən klipinizə ortalama nə qədər baxilib və s.

slideshareSlideShare
Mən əsasən təqdimatlarımın əksəriyyətini yükləmək üçün SlideShare xidmətindən istifadə edirəm və onun izləyici artırmaq üçün dəyərli bir qaynaq/mənbe olduğunu düşünürem. Mənim “7 Ways to Build Stunning Business (Biznes qurmanin 7 esas yolu” ) və Personal Brands in Social Media” (“Sosial mediada ferdi markalar (brendler)”) adli təqdimatlarim ilkin olaraq 35 kişiye verildi. Onları Slideshare saytına yukledikdən sonra isə 12,360 dəfə baxilib. Slideshare saytının daha böyük gücü odur ki, o həmçinin indi sizə təqdimatlarınızın müşaiyəti üçün audio-musiqi yükləməyə də imkan verir.

QHT-lər və dəyişiklik yaradanlar üçün 6 məsləhət

Saturday, November 12, 2011 @ 10:11 PM
posted by admin

Twitter- desktop əlavəsindən istifadə edin

Bütün günü hər yerdə işləmək üçün bü əlavəni seçməklə öz Twitterverse-nizi təşkil edib idarə edin. Sizin istədiyiniz iki əsas əlavələr yüklənə bilər. Bunlar TweetdeckSeesmic Desktop-dur və rekonfiqurasiya olunmuş veb sayt bazalı əlavə olan Hootsuite-dir. Burada hər şeyi “Tweetstream”inizi qruplara və ya siyahılara görə qura bilərsiniz.

Daha ətraflı

Hədəf kütləsi : qeyri-komersiya təşkilatları, ictimai təşkilatlar, sahibkarlar, QHT-lər, naşirlər, pedoqoqlar.

Huddle – Qeyri-komersiya təşkilatları üçün sərbəst iş mühitləri:

Habitat for Humanity, UNİCEF və World Vision Huddle və onun xırda təşkilatlar üçün nəzərdə tutulmuş böyük imkanlarından istiadə edən QHT-lərdən sadəcə bir neçəsidir. Onlar əsası Londonda qoyulmuş, qeyri-komersiya müştərilərindən olan, Yeni Media Laboratoriyaları üçün onlayn iş mühiti təmin edən və yeni açılmış San Fransisko ofisinin təqdim etdiyi Huddle-dan istifadə edirlər. Ən üstün xüsusiyyətləri: Huddle-nin fərdiləşdirilə bilən idarə paneli “widget”-lərin əlavə olunmasını və LinkedIn, Ning və Facebook ilə inteqrasiyanın qurulmasını asanlaşdırır. Huddle qeydə alınmış xeyriyyə işləri təflik edən (7 milyon dollardan aşağı büdcə ilə) və tamamilə pulsuz xidmət göstərən yeganə təsisatlardan biridir. Buna görə Huddle Fonduna təşəkkürlər! Huddle.net 2009-ci ildə TechCrunch Avropa mükafatları müsabiqəsində ən yaxşı B2B/ Başlanğıc təsisat mükafatına layiq görülüb. Huddle TvitterdəHuddle Itunes-də.

Daha ətraflı

9 onlayn ərizə alətləri: Dəyişikliyə necə nail olaq?

Thursday, October 27, 2011 @ 01:10 AM
posted by admin

Ərizələrinizin internetdə daha effektiv olması üçün variantlarınızın və strategiyalarınızın qiymətləndirilməsi.

Hədəf kütləsi: qeyri-kommersiya, sosial dəyişiklik təşkilatları, müəllimlər, fondlar, şirkətlər, insanlar.

Ərizə saytları

“The Petition Site”

  1. care 2. Petition Site ərizəçiyə rahat imzalamaq və göndərmək imkanı yaradır. Burada 3 asan addım etmək kifayətdir: ərizə səhifəsini açın, öz məlumatınızı əlavə edin, (ərazilər meydana gəlincə) “Ərizə elanı” yaradın. Müşahidəçilər qeydiyyatdan keçəcəyi ərizə saytlarında, bilavasitə formaların yanında ərizə elanları və ya məktublar tapacaqlar. Təbiətin mühafizəsi üzrə qeyri-kommersiya dəniz təşkilatlarından biri yaxınlarda Konqresə məhv olan mavi balıq – tuneslərin xilası ilə bağlı ərizə ilə müraciət etmişdir. Ərizə 1500 imza yerinə  10.600 imza əldə edib.

Daha ətraflı

Sosial Media Vasitəsilə Vəsait toplamağın 24 yolu

Friday, October 21, 2011 @ 12:10 AM
posted by admin

Təşəbbüsə dəstək almaq üçün necə vəsait toplamaq olar

Hədəf kütləsi: Qeyri-kommersiya təşkilatları, sosial dəyişiklik təşkilatları, firmalar.

Son zamanlar sosial mediada böyük dəyişikliklər yaranıb. Feysbuk, Tvitter və digər sosial şəbəkələrin sayəsində öz layihəniz üçün vəsait toplayarkən daha geniş kütləyə müraciət edə bilərsiniz. Belə onlayn fəaliyyətdən əldə olunan nəticələr arasında böyük fərqlər var: Flora London Marafonundakı atletlər Justgiving adlı onlayn platformanın vasitəsilə 7.3 milyon dollar vəsait toplayıblar.

Trail of Tails Pet Walk and Festival isə sosial medianın imkanlarından istifadə edərək Jacksonville, Fla., Humane Society üçün daha az miqdarda, 41.000 dollar vəsait topladılar. Nyu York rəqqasəsi Amanda Gravel, ChipIn vidjetindən istifadə edərək döş xərçənginə qarşı kampaniyasına 988 dollar vəsait topladı.

Onlar buna necə nail oldu? Sosial alətlər sayəsində fond yaratma vidjet və ya nişanlarından, Tvitter və ya Causes müraciətlərindən ( Feysbukun bir hissəsi) istifadə edərək daha asan yolla vəsait toplamaq olar. Vəsait toplayanlar Network for Good və ya Paypal vasitəsilə fəaliyyətlərini tənzimləyərək öz mesajlarını daha kəsərli ifadə edir və düzgün insanları hədəf ala bilərlər. Hamı eyni üsuldan istifadə etmir: Bəziləri layihənizə dəstək üçün saytınıza reklam yerləşdirməyə və ya şəxsi veb səhifə yaratmağa şərait yaradır. Kampaniyanızın böyüklüyü və büdcəsi də böyük rol oynayır və hazırda kiçik qeyri-kommersiya təşkilatlarının istifadə edə biləcəyi çoxlu alətlər var- aşağıda orta miqyaslı və böyük təşkilatlar haqda məlumat verəcəyik.

Daha ətraflı

QHT-lər üçün 10 uğurlu məsləhət

Tuesday, October 18, 2011 @ 12:10 AM
posted by admin

Sizin bir sosial media strategiyanız var- bəs indi nə etmək fikriniz var? Strateji məqsədlərinizi həyata keçirmək üçün sosial media alətlərindən istifadə ən düzgün yoldur, amma bəzən onlardan istifadə üçün bir neçə məsləhətə ehtiyacınız ola bilər.

QHT-lər strategiyalarına maraqlı ideyalar qatmaq üçün 50 məsləhət ( 50 Social Media Tactics for Nonprofits). Elementar səviyyədən orta səviyyəyə qədər olan bu məsləhətlər strateji məqsədləri dəstəkləmək üçün və tərəfdarlarınızı da fəaliyyətə sövq etmək üçün işlədilə bilər.
Aşağıda başlanğıc üşün sizə kömək edə biləcək 10 məsləhət var:

Daha ətraflı

Təşkilatınızda əməkdaşlarınızı fəaliyyətə səfərbər edin

Wednesday, October 5, 2011 @ 01:10 AM
posted by admin

İşinizi asanlaşdırmaq üçün 12 mərhələ

1. Qulaq asın
Sizə maraqlı olan icmanın nəyi müzakirə eydiyini  bilmək üçün qulaq asın. Dəstək istəməzdən əvvəl bir işlə, məşğuliyyətlə təmin edin.

2. Dəqiq məqsədlərinizi təyin edin
Nail olmaq istədiyiniz məqsədlərinizi aydınlaşdırın və şirkətinizin fəallığını yoxlamaq üçün müəyyən ölçüləri təyin edin.

Daha ətraflı